“Birinci rübdə ÜDM-in onda iki və ya onda üç faizinədək zərər çəkə biləcəyimizi düşünürük”
Tarix: 15-02-2020, 10:10 |
Çap et
Çində yeni koronavirusun yayılması cari ilin birinci rübündə ABŞ-ın iqtisadiyyatına mənfi təsir göstərə bilər.
“Report” “FoxNews”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli İqtisadiyyat Şurasının (NEC) direktoru Larri Kadlou bildirib.
“Birinci rübdə ÜDM-in onda iki və ya onda üç faizinədək zərər çəkə biləcəyimizi düşünürük”, - deyən NEC rəhbəri bundan əvvəl də koronavirusun ABŞ-a mühüm iqtisadi ziyan yetirməyəcəyini bildirmişdi.
Xatırladaq ki, dekabrın 31-də Çinin Uhan şəhərində yayılması qeyd olunan yeni koronavirus bir müddət sonra Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən beynəlxalq miqyaslı fövqəladə hadisə olaraq dəyərləndirilib. Son məlumata görə, Çində koronavirusa yoluxanların sayı 66,4 mini ötüb, bunlardan 1523 nəfər ölüb, 8 mindən çoxu isə sağalıb.