Ərdoğan Rusiya və İrana müraciət etdi
Tarix: 3-03-2020, 08:39 |
Çap et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsinə görə Rusiya və İrana müraciət edib.
Trend-in məlumatına görə, Ərdoğan müraciətində Türkiyənin Suriyada bu ölkələrlə problemi olmadığını bildirib.
Prezident qeyd edib ki, Türkiyə Ankaranın qan tökülməsinin qarşısının alınması məsələsində həssaslığını bu ölkənin zəifliyi hesab edənlərə qarşı güc nümayiş etdirir: "Türkiyə hərəkətlərində öz ehtiyatlarına və xalqın dəstəyinə əsaslanır, heç bir ölkənin və ya strukturun köməyinə arxalanmır. Türkiyə təzyiqə boyun əyməyən böyük bir dövlət olduğunu uzağı görməyən dairələrə göstərdi".
"Bahar qalxanı" əməliyyatının gedişini şərh edən Ərdoğan vurğulayıb ki, Bəşər Əsədin itkiləri "yalnız başlanğıcdır".
Türkiyə Prezidenti, həmçinin ölkədən Avropaya yollanan qaçqınları və qeyri-qanuni miqrantların sayının artmasını da şərh edib: "Türkiyə sərhədi açdıqdan sonra Qərbə yüz minlərlə insan gedib. Yaxın zamanda bu göstərici milyonlara çatacaq".