Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                 

Moldovada fövqəladə vəziyyət elan olundu - Rusiya bu ölkəni qışın soyuğunda qazla imtahana çəkməyə hazırlaşır
Tarix: 25-10-2021, 08:25 | Çap et
Moldovada fövqəladə vəziyyət elan olundu
Moldovada Qərbyönümlü Mayya Sandunun hakimiyyətə gəlməsinə bu günə qədər səbrlə yanaşan Rusiya deyəsən gözlədiyi qisas anının yaxınlaşdığını düşünür.

Ovqat.com-un məlumatına görə, Moskva Sandu hökumətini bu qış mövsümündə qazla imtahana çəkməyə qərar verib.

Bildirilir ki, Moldova hökuməti ilə “Qazprom” arasında oktyabrın 21 və 22-də Moskvada keçirilən iki günlük danışıqlar uğursuz alınıb və saziş imzalamaq mümkün olmayıb. Nəticədə Kişinyov ölkədə qazla bağlı fövqəladə vəziyyət elan edib. “Qazprom” isə böhranın bütün günahını Moldovada görür.

“Hazırda Moldovaya Rusiya qazının tədarükü ilə bağlı çox çətin vəziyyət var. Bunun günahı tamamilə Moldova hakimiyyətinin üzərinə düşür. Söhbət Moldovanın aldığı qazın haqqını ödəməməsi böhranından gedir”, - “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov media açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda borcun ümumi həcmi 433 milyon dollardır və ödənişlərin gecikməsini nəzərə alsaq borc məbləği 709 milyon dollara qədər yüksələ bilər. “Eyni zamanda, Moldova təmsilçiləri nədənsə yığılmış borc məbləğini tanımaq istəmirlər. Moldova nümayəndələri qazın qiymətini bəyənmirlər, baxmayaraq ki, burada qiymətlər aydın və şəffafdır”, - deyə Kupriyanov vurğulayıb.

Qeyd olunur ki, “Qazprom” Moldovaya 700 milyon dollardan çox borcunu üç il ərzində ödəmək şərtilə əlavə 25% endirimlə bazar qiyməti təklif edib, lakin Moldova tərəfi qazın bazar qiymətindən iki dəfə aşağı olmasında israrlıdır. Rusiyanın "Kommersant" nəşrinə məlumat verən mənbə bunun səbəbini vəsait çatışmazlığı ilə əlaqələndirib.

“Qazprom” nümayəndəsi Moldovanın qazla imtahana çəkilməsində hər hansı siyasi motiv axtarılmasını istisna edir. Onun fikrincə, böhranın yeganə səbəbi iqtisadidir:

“Burada siyasət yoxdur, “Qazprom” səhmdar cəmiyyətdir və zərərlə işləyə bilməz, RF büdcəsinə vergi ödəmələrini itirə bilməz. Səbrin sərhədləri var. Moldova özü də öz əlləri ilə böhran yaradır”, - deyə “Qazprom” nümayəndəsi Kişinyovun borcdan yayınmaq üçün “Moldovaqaz”ı ləğv etməyi planlaşdırdığını bildirib və bundan təəccübləndiyini gizlətməyib.

O, həmçinin qeyd edib ki, "Qazprom" Kişinyova bir neçə güzəştli təkliflər verib, amma Moldova rəsmiləri bu təkliflərlə də razılaşmaq istəmirlər: “Yığılmış borclara baxmayaraq, Moldova tərəfi qaz tədarükü üzrə müqavilənin bu ilin oktyabr və noyabr ayları üçün uzadılmasını xahiş edir. "Qazprom" burada da kompomis təklif irəli sürüb. Moldova tərəfi oktyabr ayı üçün müqavilə imzalayıb bu ilin sentyabr və oktyabr ayları üçün tədarükləri tam ödəsə, “Qazprom” noyabr ayına qədər müqaviləni uzatmağa hazırdır".

Kupriyanov onu da vurğulayıb ki, ödənişlərin edilməməsi və yeni müqavilə üzrə danışıqların nəticəsiz qalması halında “Qazprom” dekabrın 1-dən Moldovaya qaz nəqlini tamamilə dayandıracaq.

“Qazprom”un bu qərarından sonra Kişinyov alternativ qaz qaynaqları axtarmağa başlayıb. Bildirilir ki, bu axtarışların ilk məqsədi cari kəsiri ödəməkdir. Moldovanın “Energocom” şirkəti qaz alışı hərracının başlandığını elan edib.

“Moldovada qaz sektorunda fövqəladə vəziyyət elan edilib. 100% dövlətə məxsus olan “Energocom” şirkəti Ukrayna və Rumıniya ilə Moldova sərhədinə qaz tədarük etmək üçün qaz almağa hazırlaşır. Buna görə də şirkət yaxın günlərdə və həftələrdə tədarükçülər üçün müxtəlif tenderlər təşkil edəcək”, - Moldova şirkətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, “Energocom”un kifayət qədər maliyyəsi var və şirkət öncədən də ilkin ödənişlər edə biləcək. “Energocom”un yeganə səhmdarı olan Dövlət Əmlak Agentliyi seçilmiş təchizatçılar üçün ödənişə zəmanət vermək üçün xüsusi məktub hazırlayacaq. Şirkətin tenderə dəvət etdiyi tədarükçülər arasında “Qazprom”-un adı isə yoxdur.

İddia olunur ki, iki gün davam edən hərracda hələlik heç bir şirkət Moldovaya qaz vermək istəməyib. Görünən budur ki, Moldova Avropaya inteqrasiya siyasətinin bədəlini qışda donmaqla ödəyəcək. Avropa isə Rusiyanın “Şimal axını-2” layihəsinin necə həyata keçirməyin hesabını aparır.

Ovqat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Bu gün, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Bu gün, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru