Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                 

Türkiyə siyasi tarixində həlledici mərhələ - Son söz vətəndaşda
Tarix: 6-01-2023, 10:45 | Çap et
Türkiyə siyasi tarixində həlledici mərhələ
Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin tarixi ertələnə bilər. Bu ehtimalı bazar ertəsi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik açıqlayıb.

O, bunu seçkilərin təyin edildiyi vaxtda əhalinin məzuniyyətdə olması ilə əlaqələndirib: “Bizim bu seçkiləri iyunun 18-də keçirmək iradəmiz var. Lakin bu, vətəndaşlarımızın xaricə məzuniyyətə getdiyi bir dövrə təsadüf edir. Odur ki, bəzi problemlər yarana biləcəyi üçün vəziyyətlə bağlı qiymətləndirmələr aparırıq”.

Eyni zamanda AKP nümayəndəsi qeyd edib ki, səsvermə tarixinin mümkün dəyişdirilməsi növbədənkənar seçkilərin keçirilməsi kimi qiymətləndirilə biləcək bir qərar olmayacaq: “Bizim etdiyimiz qiymətləndirmələr erkən seçkilər kontekstində deyil. Bu məsələ ilə bağlı hələ yekun qərar yoxdur”.

Xatırladaq ki, bir müddət öncə Türkiyədə erkən prezident və parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddialar gündəmə gəlsə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəti şəkildə bunu istisna etmişdi: “Türkiyədə erkən seçkilər olmayacaq. Seçki gələn ilin iyun ayında keçiriləcək. Özünüzü ora hazırlayın”.

Türkiyədə hakim partiya səviyyəsində erkən seçkilər mövzusunun gündəmə gəlməsi ciddi müzakirələrə səbəb olub. Müxalifət təmsilçiləri hesab edir ki, Türkiyədə növbəti devalvasiya gözlənilir və məhz bu səbəbdən “Cümhur İttifaqı” seçkiləri tezləşdirməyə çalışır.

DİA.AZ-ın məlumatına görə, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TUİB) sədrinin müşaviri, Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Raqıp Sarı AYNA-ya açıqlamasında deyib ki, Türkiyədə erkən seçkilər nəticələrə təsir etməyəcək: “Hakim partiya rəsmisi Ömər Çelikin seçkilərin erkən keçirilə biləcəyinə dair açıqlaması ciddi maraqla qarşılanıb. Müxalifət hesab edir ki, seçkilərin ertələnmə səbəbi “Cümhur İttifaqı”nın situasiyasını nəzarətə almaq niyyətindən qaynaqlanır. Lakin mən bu iddialarla razı deyiləm”.

“Əvvəla, bununla bağlı yekun qərar yoxdur. Digər tərəfdən, hətta belə bir qərar olsa belə, seçkilərin bir neçə ay irəli çəkilməsindən söhbət gedir. Bir neçə ay isə ciddi dəyişikliklərə gətirib çıxara bilməz. Bu mənada iyunda gözlənilən nəticələrin ondan bir neçə ay qabaq keçiriləcək seçkilərdə də təkrarlanacağı qənaətindəyəm. Belə bir qərarın olması əslində müxalifəti də narahat etməməlidir. Əgər onlar doğrudan da uğur qazanacaqlarına əmindirlərsə, seçkilərin hətta bu gün də keçirilməsinə hazır olmalıdırlar”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, seçkilərdə “Cümhur İttifaqı”nın qələbəsi qaçılmaz görünür: “Müxalifətin “Altılı masa”sı hələ vahid namizədini açıqlamayıb. Cümhuriyyət Xalq Partiyasının daxilində də vahid namizədlə bağlı yekdil qərar yoxdur. Təkcə bu partiyadan üç iddialı mövcuddur və onlardan heç biri geri çəkilmək niyyətində deyil. Müxalifət seçkilərə fəal hazırlaşdığını və birlikdə mübarizə aparacaqlarını bəyan etsə də, onların ciddi sosial elektoratı yoxdur. Görünən odur ki, Türkiyə seçiciləri bu seçkilərdə də mövcud iqtidara etimad göstərəcəklər”.

“Bu baxımdan qarşıdakı seçkilərin qalibinin “Cümhur İttifaqı”ndan olacağı qənaətindəyəm. Seçkilər yaxınlaşdıqca siyasi mübarizə artsa da, rəqabət çoxalsa da, nəticə Ərdoğan və komandasının xeyrinə olacaq. Sadəcə Türkiyənin müstəqil siyasət yürütməsi, ABŞ və Qərbin dediyi ilə oturub-durmaması, Rusiyaya qarşı embarqolara qoşulmaması Türkiyəni öz nəzarətində görmək istəyən qüvvələri qıcıqlandırır. Onlar hər vəchlə Ərdoğan iqtidarını devirməyə, öz adamlarını hakimiyyətə gətirməyə çalışırlar. Seçkiöncəsi beynəlxalq təzyiqlərin artacağı gözlənilir. Seçkilərin ertələnəməsi həm də beynəlxalq dairələrin Türkiyəni qarışdırmaq niyyətini önləmək üçün atılan bir addım ola bilər”, - deyə Sarı vurğulayıb.

Əlavə edib ki, Türkiyədə Ərdoğanla müxalifətin deyil, həm də onunla Qərbin arasında bir mübarizə gedir: “Hesab edirəm ki, Türkiyə bu seçkilərdə milli maraqları təmsil edən namizədə - Ərdoğana etimad göstərəcək. Bunun əksi olsa, Türkiyənin siyasi həyatında çox ciddi dəyişikliklər baş verəcək”.

DİA.AZ bildirir ki, Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Türkiyədə seçkilərin gərgin şəraitdə keçəcəyi qənaətindədir. Onun AYNA-ya dediyinə görə, kifayət qədər gərgin siyasi mübarizə gedəcək: “Müxalifət birləşmiş və vahid komanda halında seçkilərə gedir. Əvvəlki seçkilərlə müqayisədə Ərdoğan daxildə ciddi elektorat itkisinə məruz qalıb. Digər yandan, bu seçkilərə beynəlxalq maraq həddindən artıq böyükdür. Türkiyənin müstəqil xarici siyasət yürütməsi Qərbi hərəkətə gətirib. Onlar bütün təzyiq imkanlarını işə salaraq, Ərdoğan və komandasının devrilməsinə çalışacaqlar”.

“Yəni, Ərdoğan bu gün təkcə müxalifətə, “Altılı masa”ya qarşı yox, ona qarşı olan Qərbə qarşı döyüşür. Lakin bütün hallarda seçkilərin taleyinə Türkiyə seçiciləri aydınlıq gətirəcək. Türkiyə demokratik dəyərlərin oturuşduğu bir ölkədir və qardaş ölkənin seçiciləri özləri öz iqtidarını və parlamentini formalaşdıracaqlar”, - deyə müsahibimiz söyləyib.

Sabiq dövlət müşaviri seçkilərdə “Cümhur İttifaqı”nın qələbə qazanacağı qənaətindədir: “Bir daha söyləmək istəyirəm ki, seçkilər gərgin şəraitdə keçəcək. Nəticələr barədə qəti mülahizə yürütmək çətindir. İrəliləyən aylarda vəziyyət dəyişə də bilər. Yəqin ki, müxalifət də vahid namizədini açıqlayacaq”.

“Amma Türkiyə bu kimi vəziyyətlərdən dəfələrlə üzüağ çıxıb. Hesab edirəm ki, çətinliklə də olsa, seçkilərin qalibi Ərdoğan və komandası olacaq. Türkiyə seçicilərinin hakim siyasi bloka etimad göstərəcəyi ehtimalları daha yüksəkdir”, - deyə Hüseynli fikrini yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Dünən, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Dünən, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Dünən, 13:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru