“Putin nəticənin belə olacağını bilsəydi, Ukraynaya qarşı təcavüzə başlamazdı” - ABŞ-da yaşayan politoloq
Tarix: 18-01-2023, 10:54 | Çap et
Rusiyanın Müdafiə Nazirliyi “Vaqner” özəl hərbi şirkətinin ardınca məhbusları səfərbər etməyə başlayıb. Bunu Ukraynada əsir düşən və 20 ilini Rusiya həbsxanalarında keçirən Leonid Obrazkov ukraynalı jurnalist Vladimir Zolkinə müsahibəsində söyləyib.
41 yaşlı Obrazkov ilk məhkumluğunu hələ azyaşlı ikən aldığını, sonra isə oğurluq, avtomobil qaçırması və yandırma kimi müxtəlif maddələrlə, demək olar ki, fasiləsiz həbsxanada qaldığını bildirib. Onun sözlərinə görə, Ukraynada müharibəyə cəlb edilməsi koloniyanın rəis müavini vasitəsilə həyata keçirilib və o, məhkumları çağıraraq Müdafiə Nazirliyinin tələbi ilə onları “təxliyə qrupu”na qoşulmağa dəvət edib.
Beynəlxalq analitiklərin sözlərinə görə, Rusiya Ukrayna ilə müharibədə məğlub olacağını artıq bilir və məhbuslara son ümid yeri kimi baxır. Rusiya Prezidenti Vladimir Putinin səfərbərlik elan etməklə bağlı qərarından sonra rusiyalı çağırışçıların əksəriyyətinin müharibədə iştirakdan boyun qaçırması, bu qərardan sonra Rusiya vətəndaşlarının kütləvi şəkildə mühacirətə üz tutması Kremli çıxılmaz duruma salıb. ABŞ və Qərbin çoxvektorlu sanksiyaları fonunda inzibati resurslar hesabına iqtisadi sabitliyi qorumağa çalışan rəsmi Moskva məhbsuları cəbhəyə göndərməklə daxili narazılıqları önləməyə çalışır.
Bu arada NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynaya Rusiya ilə müharibədə qalib gələnədək silah dəstəyi veriləcəyini bəyan edib. Baş katib bildirib ki, Rusiya ilə münasibətlər əvvəlki kimi olmayacaq: “Ukrayna münaqişəsinin həllindən sonra da Rusiya ilə Qərb arasında münasibətlərin normallaşması gözlənilmir. Ukraynada silahlar sussa belə, biz Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməməliyik”.
Əlavə edib ki, Qərb böyük resursa sahib olsa da, Rusiyanı gözündə kiçiltməməlidir: “Rusiyaya qarşı mübarizə daha düşünülmüş və planlı şəkildə aparılmalıdır”.
DİA.AZ bildirir ki, ABŞ-da yaşayan azərbaycanlı siyasi şərhçi Azər Aslanlı AYNA-ya müsahibəsində mövzuya dair fikirlərini bölüşüb.
- Rusiyada məhbusların Ukrayna müharibəsinə cəlb olunduğuna dair iddialar yayılıb. Doğrudanmı, Rusiya o qədər zəfiləyib ki, məhbusların ümidinə qalıb?
- Rusiya bu müharibəyə başlayanda güman edirdi ki, bir neçə gün ərzində Ukraynanı təslim edəcək. Ssenari bundan ibarət idi ki, Rusiya Ukraynanın ərazisinə daxil olur və ən qısa müddətdə Kiyevi nəzarətə götürür. Bundan sonra Prezident Volodimir Zelenskini və komandasını hakimiyyətdən devirərək, sərt formada cəzalandırır və öz adamını iqtidara gətirir. Bununla da Gürcüstanda olduğu kimi, Ukraynada da ciddi təsir imkanları əldə edir.
Əslində, Yuşşenkonun hakimiyyətə gəlməsindən sonra Rusiyanın birmənalı şəkildə Ukraynaya təsir etmək imkanı olmayacaqdı. Necə ki, Saakaşvilidən sonra Gürcüstanda bunu edə bilmədilər. Lakin Kreml Ukraynanın birqiymətli şəkildə ABŞ və Qərbin yanında yer alması ilə barışmaq istəmirdi. Xüsusən, ötən ilin yanvarında Qazaxıstanda baş verən hadisələr Moskvanı ruhlandırırdı. Ancaq göründüyü kimi, Rusiyanın bütün planları alt-üst oldu. Açıq şəkildə söyləmək olar ki, Putin nəticənin belə olacağını bilsəydi, Ukraynaya qarşı təcavüzə başlamazdı.
Təbii ki, Rusiya zəifdir, ciddi hərbi texnika, canlı qüvvə itkisinə məruz qalıb. Digər tərəfdən, Ukraynaya qarşı başlatdığı hərbi təcavüzdən sonra Rusiyaya qarşı tarixdə görünməmiş sanksiyalar tətbiq edilib. Düzdür, inzibati resurslar hesabına bunun qarşısını müəyyən qədər alsalar da, bu, uzun müddət belə davam edə bilməz. Putin və komandası anlayır ki, yaxın gələcəkdə həm iqtisadi, həm də hərbi cəhətdən tükənəcəklər. Bundan da Ukraynanı dəstəkləyən beynəlxalq dairələr məharətlə istifadə edəcəklər.
Əslində, ABŞ və Qərbin məqsədi də budur. Rusiyanı zəif salmaq və ardınca hücuma keçmək. Bu, hərbi yox, siyasi və iqtisadi hücumlar olacaq. Putinin səfərbərlik qərarı da nəticəsiz qaldı. Rus xalqı Putinin bu qərarına tabe olmadı. Rusiya vətəndaşları bu qərardan sonra ölkəni tərk etməyə başladılar. Nəzərə alanda ki, müharibənin doğuracağı fəsadlar davam edəcək, qarşıdakı dönəmdə əhalinin də etirazlara qalxacağı gözləniləndir.
- Ukraynanın müharibədə qalib gələcəyini ehtimal edənlərlə yanaşı, bunu inkar edənlər - Rusiyanın sona qədər geri çəkilməyəcəyini söyləyənlər də mövcuddur...
- Rusiya, heç şübhəsiz, zəif dövlət deyil. Dünyanın aparıcı güc mərkəzlərindən biridir. Məhz, elə buna görə də ABŞ və Qərb uzun müddət Rusiyanın işğal siyasətinə dözüm nümayiş etdirirdi. Rusiya vaxtilə Ukrayna və Gürcüstanı işğala məruz qoyanda buna göz yumdular. Zamanla görəndə ki, bu, Rusiya tərəfindən geri çəkilmə kimi qiymətləndirilir və Moskva işğal siyasətini davam etdirir, bundan sonra qəti hərəkətə keçdilər.
Təxminən bir il öncəyə qayıtsaq, görərik ki, o zaman Rusiya nəinki Qərbin tələbləri ilə razılaşırdı, əksinə, birmənalı şəkildə təhlükəsizlik təminatı tələb edirdi. Tələb edirdi ki, onun sərhədləri yaxınlığında NATO genişlənməsin. Konkret tələblər irəli sürürdü. Açıq şəkildə bəyan edirdi ki, İsveç və Finlandiya NATO-ya üzv ola bilməz və bu, baş versə, cavabları çox sərt olacaq. ABŞ, Böyük Britaniya və Avropanın Rusiyaya qarşı başqa cür davranmaq şansı yox idi.
Rusiya nə qədər güclü dövlət olsa da, yekunda məğlubiyyətə məhkumdur. Çünki Ukrayna geri çəkilmir, sona qədər dirəniş göstərir. ABŞ və Qərb Ukraynaya dəstəyini davam etdirir, silahla təmin edir, Rusiyaya qarşı isə çoxvektorlu sanksiyalar tətbiq olunur. Hadisələrin bu şəkildə davamı Rusiyanın çöküşünə gətirib çıxaracaq. Hətta şimal qonşumuz baş verənlərin fonunda öz bütövlüyünü qoruyub saxlaya bilməyəcək. Ən yaxşı halda isə Putin və komandası hakimiyyəti təhvil vermək məcburiyyətində qalacaq.
Bu gün Rusiya dünya üçün təhdiddir. Dünyadakı bütün avtoritar rejimlər Rusiyanın dəstəyinə arxalanır və öz ömrünü uzada bilir. ABŞ və Qərb fərqindədir ki, ona qarşı cəbhə açılır və bu cəbhənin başında Rusiya dayanır. Bu səbəbdən Rusiyaya qarşı heç bir güzəşt olmayacaq. O ki qaldı müharibədə Rusiyanın, yoxsa Ukraynanın qalib gələcəyinə, məncə, bu müharibənin qalibi üçüncü tərəf olacaq - ABŞ və müttəfiqləri.
- NATO-nun Baş katibi Stoltenberq Ukraynada silahlar sussa belə, Rusiya ilə münasibətlərin bərpa olunmayacağını bildirib. Qərblə Rusiya arasında bütün körpülər yanıb?
- Açıq şəkildə etiraf etmək lazımdır ki, Qərb dairələri Ukraynaya dəstək göstərsələr də, bu, lazımi səviyyədə deyildi. Xüsusən təcavüzün ilk aylarında bu dəstək minimum həddə idi. Son dövrlər bu dəstək artıb və bunun nəticəsidir ki, Ukrayna əhəmiyyətli üstünlüklər əldə edib. Təsəvvür edin ki, Rusiya aylarla döyüşür, təcavüz edir, amma adi bir şəhəri azad edə bilmir. NATO-nun Baş katibi Stoltenberqin Ukraynaya silah dəstəyinin artırılması, Rusiya məğlub olana qədər bunun davam etdiriləcəyini bəyan etməsi təqdirəlayiq haldır. Hesab edirəm ki, Qərbin, NATO-nun, demokratik dünyanın səyləri və dəstəyi nəticəsində Ukrayna Rusiyanın üzərində tarixi qələbə qazanacaq. Qərblə Rusiya arasında körpülərin tamamilə yanmasına gəldikdə isə, nə qədər ki, Putin və komandası hakimiyyətini qoruyur, Qərb-Rusiya savaşı davam edəcək.
- Beynəlxalq ictimaiyyəti, habelə region dövlətlərini düşündürən əsas sual budur: bu müharibə nə vaxt bitəcək? Postmüharibə dövrü ilə bağlı gözləntiləriniz nədən ibarətdir?
- Bu müharibə hələ bir müddət davam edəcək. Çünki mövcud şəraitdə Rusiya geri çəkilə bilməz. Əgər Moskva məğlubiyyətini hər hansı formada etiraf edərsə, bu, Putin və komandasının sonu demək olacaq. Putin üçün isə hakimiyyət hər şeydən öndə gəlir. Əmindir ki, devriləcəyi təqdirdə onu hansı aqibət gözləyir. Bu səbəbdən nəyin bahasına olursa olsun, geri çəkilməyəcək. Ukrayna da geri çəkilməyəcək. Ukraynanın siyasi rəhbərliyi açıq şəkildə bunu bəyan edir və Ukrayna xalqı da Zelenskinin yanındadır. ABŞ və Qərbin də Rusiyaya qarşı müqaviməti davam etdirəcəyini nəzərə alsaq, müharibənin hələ bir müddət davam edəcəyini söyləmək olmaz. Postmüharibə dövrü ilə bağlı qəti proqnoz vermək mümkün olmasa da, yəqin ki, Rusiya sonda öz suverenliyini itirmək təhlükəsi ilə üzləşəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Dünən, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Dünən, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Dünən, 13:10 |
|
|
|
|