Müxalifət xalqı səfərbərliyə çağırdı Ukraynada vəziyyət yenidən gərginləşib
Tarix: 17-01-2014, 15:45 | Çap et
Ukrayna müxalifəti bazar günü – yanvarın 19-da Kiyevdə növbəti xalq yığıncağının (narodnoye veçe) keçiriləcəyini elan edib.
APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, bunu “UDAR” (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı ) Partiyasının lideri Vitali Kliçko Kiyevin Müstəqillik Meydanında davam edən mitinqdə bildirib. O, əhalini meydana səsləyərək deyib ki, yanvarın 16-da Ali Radada faktiki olaraq insanlar öz hüquq və azadlıqlarından məhrum edilib və qanundankənar vəziyyətə salınıb: “Hakimiyyət xalqın qorxmadığını görməlidir. Tələblər dəyişməyib – növbədənkənar prezident və parlament seçkiləri”. “Svoboda” Partiyasının lideri Oleq Tyqnibok isə Ali Radada baş verənləri tipik Kreml ssenarisi adlandırıb. Onun sözlərinə görə, Ukraynada dövlət çevrilişi baş verib. “Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk qeyd edib ki, prezident Viktor Yanukoviç Ukrayna xalqının azadlığını Vladimir Putinə 15 milyard dollara satıb. “Üçüncü Respublika” hərəkatının lideri, sabiq daxili işlər naziri Yuri Lusenko isə milyonlarla şəxsin qatılacağı “Maydan Xalq Cəbhəsi” adlı müqavimət hərəkatının yaradılması və “hakim banda”ya qarşı hücumlara başlamaq təşəbbüsünü irəli sürüb. O, hesab edir ki, müxalifət liderləri qarşıdakı prezident seçkilərinə yönəlmiş seçki təbliğatına son qoymalı və xalqı, əgər ehtiyac olarsa diz üstə çöküb yalvararaq, yanvarın 22-də ölkədə qeyd olunan Birlik Günü (Den Sobornosti) bayramı zamanı səfərbər olaraq “hakim banda”ya hücuma keçməyə çağırmalıdır: “Təyin olunan vaxtda bütün ukraynalılar avtomobillərlə, avtobuslarla, yük maşınları ilə, traktorlarla paytaxta gəlib azad Ukrayna uğrunda döyüşə atılmalıdır. İtirəcək bir şey qalmayıb. Bizim sələflərimiz daha pis şəraitdə mübarizə aparıblar. Biz milyonlarlayıq və bir ovuc oğrudan güclüyük”. Qeyd edək ki, yanvarın 16-da Ukrayna parlamenti deputat toxunulmazlığının ləğvi prosedurunun sadələşdirilməsi, müxalifətçilərin avtomobil karvanları təşkil edərək prezidentin və hökumət nümayəndələrinin paytaxt ətrafındakı iqamətgahlarının qarşısında etiraz aksiyası təşkil etmələrinin əngəllənməsi, məhkəmə prosesinə gəlməkdən imtina edən məhbuslara (məsələn, Yuliya Timoşenko) qiyabi hökm çıxarılması, internet mediası da daxil olmaqla, KİV-də yayılan böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan qanun dəyişikliklərini qəbul edib. Dəyişikliklər iqtidar və müxalifət deputatlarının qarşıdurması, elektron səsvermə aparatından istifadənin və lehinə-əleyhinə səs verənlərin dəqiq sayılmasının mümkün olmadığı şəraitdə əl qaldıraraq qəbul olunub. Hətta RP-nin deputatlarının bir çoxu nəyə səs verdiklərini bilmədiklərini etiraf ediblər. Qanun dəyişiklikləri ABŞ və Avropa Birliyinin sərt etirazına səbəb olub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|