10 dəqiqəlik ABŞ-RUsiya təması... - Ağzı ağzına dəydi...
Tarix: 4-03-2023, 08:30 | Çap et
Hindistanın paytaxtı Nyu-Dehli şəhərində keçirilən G20 sammitində Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Antoni Blinken arasında görüş keçirilib. Ukraynadakı müharibə səbəbindən mövcud ziddiyyətləri daha da dərinləşdirən ABŞ ilə Rusiya mövqelərini konseptual baxımından bir-birinə yaxınlaşdırmaqda çətinlik çəkirlər. Blinkenin Lavrovla görüşündən sonra jurnalistlərə verdiyi açıqlama belə söyləmək üçün əsasdır. Blinken bildirib ki, rusiyalı həmkarına “təcavüzkar müharibəni dayandırın, ədalətli və davamlı sülh yarada biləcək mənalı diplomatiya ilə məşğul olun” deyib. Rusiya da, ABŞ də Ukraynadakı müharibənin yekunlaşmasını istəyirlər, ancaq təhlükəsizliyə yanaşmadakı ziddiyyətlər döyüşləri dayandırmaq əvəzinə, daha da körükləyir. ABŞ Prezidenti Co Baydenin Ukraynaya sarsılmaz dəstəyini ifadə etməsi və bunun silah ixracı ilə müşayiət ediləcəyini bildirməsi ABŞ daxilində də narazılıqlar yaradır. Konqresdən gələn səslər “Bayden bizim təsdiqimizi almamaqla Konstitusiyanı pozur” formasında şəkillənə bilər, hərçənd ki, bunun özü də mübahisəli məqamdır. Daxili intizamsızlıqla bağlı ABŞ-də hədsiz presedentlər yoxdur, çünki Konqres prezidentlik institutunu mühakimə etmək, media isə məxfi məlumatları, sövdələşmələri yaya bilmək potensialında olduğundan Vaşinqtonun hüquqi prosedurları tapdalaması ilə bağlı deyilənlərin inandırıcılıq gücü azdır. İstənilən halda, Ukraynadakı müharibə ABŞ-ni də, Rusiyanı da strateji maraqlar baxımından incəldir. ABŞ-nin bir ildən çox davam edən müharibənin həllində üstün mövqeyə çıxmaması, Rusiyanın qlobal həmlələrlə üz-üzə qalması, hərbi güc reputasiyasının pisləşməsi bunun sübutudur. Rusiyanın qitələrarası ballistik raketləri, sualtı gəmiləri, nüvə silahları, hava hücumundan müdafiə sistemləri hələ də nəhəng hesab edilsə də, bu, həmin silahların Ukrayna müharibəsindəki iştirakına əsas yaratmayıb. Üstəgəl Rusiyanın Ukrayna meydanındakı silahlarının NATO silahları yanındakı acizliyi onun arsenalında olan və hələ müharibədə tətbiq edilməyən arsenalına olan şübhələri də artırır. Lakin Qərb üçün şübhələr faktlar toplusu deyil, yəni qeyri-müəyyənlikdir, belə natamam təsəvvürlər özü Rusiyanın eskalasiyanın miqyasını genişləndirmək qorxularını artırır. Belə qorxunun motivləri Rusiyada da var, çünki hərbi-taktiki, iqtisadi cəhətdən artan problemlər Qərbin Kiyevə yardımı fonunda Moskvanın zəifliyini göstərə bilər. Kreml bu riskləri nəzərə alaraq İrandan silah idxal edir, Çinə də böyük ümidlər bəsləyir. Ukraynada davam edən müharibənin ssenarisindəki uzunmüddətli perspektivləri ABŞ üçün də, Rusiya üçün də çətinlikləri çoxaldır. Lakin iki nəhəng bir-biri üzərində güclü təsirlərə malik olduğunu göstərmək üçün Ukraynadakı müharibədən istifadə etməkdə israrlıdır. Çinin Ukrayna lövhəsində yerləşdirilmək ehtimalları isə kartları dəyişmək həddinə qalxa bilər. Hər halda, ABŞ də, Rusiya da qətiyyətlərini göstərmək üçün müxtəlif üsullarla hədələmələrə və dünyanı daha təhlükəli sulara itələmək cəhdlərini göstərən bəyanatlara üstünlük verirlər. Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqavilədə (START) iştirakını dayandırması Kremlin Qərbə qarşı şantajıdır. Maraqlıdır, bəs Qərb hərbi təyinatlı bu şantaja necə cavab verəcək ki, Rusiya neytrallaşsın? Hələlik Qərbdə vahid yanaşmanın şahidi olmuruq, ən yaxşı halda onlar Ukraynanı silahlandırmağı davam etdirməyi üstün tuturlar. Lakin bunun NATO-nun birgə müdafiə qabiliyyətinə daxil olan xərclər səviyyəsinə çatmamasında maraqlıdırlar. Bununla belə, suala cavab olaraq deyə bilərik ki, ABŞ də Rusiyaya cavab olaraq analoji şantaj üsullarına əl atacaq. ABŞ ilə Rusiyanın bir-birini didməsi Ukraynanın ağrılarını şiddətləndirir. Ukraynanın ehtiyatı tükənir, üstəgəl Rusiyanın sənaye şəhəri Baxmutu ələ keçirmək səylərində irəliləməsi Kiyev üçün növbəti ağır sınaqları təqdim edir. Müharibənin yekununu şantajlar deyil, döyüş meydanındakı real vəziyyət və onun nəticələri müəyyənləşdirəcək. Ona görə də Blinken-Lavrov görüşü həlledici bir təsirə malik deyil, bu, sadəcə, güclərin radikal mövqeyinin perspektiv üçün hansı riskləri daşıya biləcəyinə dair nəbz yoxlanışı idi. Danışıqların müddətinin 10 dəqiqə davam etməsi də bu fikri gücləndirir. Ancaq supergüclərin də öz parametrləri və siyasi etikası var, məsələn, tükənmək və yorulmaq həddində bir-birilə dil tapa bilmək təcrübəsi... Aqşin Kərimov, Siyasi şərhçi - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|