Rusiya-Ukrayna müharibəsində YENİ FAZA - NƏ BAŞ VERİR?
Tarix: 7-03-2023, 08:17 | Çap et
Rusiya Ukraynanın iri sənaye şəhəri olan Baxmutu mühasirəyə almaq və ələ keçirmək səylərini davam etdirir. Şəhərin Rusiyanın işğalı altına düşməsinə yaxınlaşması cəbhənin fərqli istiqamətləri üzrə də əməliyyat planlarının hazırlanmasını labüd edir. Rusiya genişmiqyaslı hava hücumlarına, Ukrayna isə əsasən, Xerson və Zaporojye vilayətlərini işğaldan azad etmək əməliyyatlarına hazırlıq görür. Rusiya Ukraynanın gec-tez əks-hücuma keçəcəyini anlayır və tutduğu ərazilərdə müdafiəni gücləndirib, həmin cəbhələrdən gələcək həmlələrin qarşısındakı maneələri yarmağa çalışır. Moskvada başa düşürlər ki, Ukraynaya qarşı canlı qüvvəni ayaqlandırmaq çətindir, çünki hərbi əməliyyatlar baxımından Ukrayna hərbçiləri daha yaxşı döyüş qabiliyyətinə malikdirlər. Buna görə də Rusiya alternativlər axtarır və daha çox aviazərbələrlə Ukraynanın hərbi qüvvələrini, mülki infrastrukturunu sıradan çıxarıb taktiki üstünlüklər qazanmağı hədəfləyir. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı bildirir ki, Rusiya “UPAB-1500V” hava bombalarından istifadəyə başlayıb. Bu bombalar texnologiyasına və partlayıcı gücünə görə ciddi təhlükədir. Rusiya Ukrayna müharibəsində aviazərbələrin Kiyevi məğlub edə biləcək potensialına güvənir, hərçənd ki, hələ də istədiklərinə nail ola bilməyib. Ancaq Rusiyanın inam bəsləyə biləcəyi başqa bir əməliyyat taktikası yoxdur, ona görə də daha çox hava zərbələrini maksimallaşdırmağı qarşıya məqsəd qoyur. Bu məqsədlə Rusiya Hərbi Hava Qüvvələrinin fəaliyyətində aktivlik dərəcəsi artırılır. Rusiya Baş Qərargahı Rostovda və Ukraynanın ilhaq edilmiş Krım yarımadasındakı aerodromlarda hava hücumları və aviazərbələrdən qorunmaq üçün gücünü artırıb. ABŞ-nin nüfuzlu “Atlantic Council” analitik mərkəzinin nəzdindəki Rəqəmsal Tədqiqat Laboratoriyası Rusiyanın aviasiya gücünün hazır vəziyyətə gətirildiyini sübut edən peyk görüntülərini toplayıb. Rusiyanın aviazərbələrə üstünlük verməsi onun Ukrayna cəbhəsində hava məkanına nəzarət və bununla NATO-nu təhdid altında saxlamaq istəkləri ilə bağlıdır. Çünki Qərbin Ukraynaya qırıcılar, güclü aviasiya vasitələri verəcəyi gündəmdədir, Moskva indidən onların tədarükünün qarşısını almaqdan ötrü tədbirlərini görür. Müharibənin birbaşa tərəfi olmayan Avropa İttifaqı Ukraynadakı münaqişədən ən böyük əziyyətləri çəkir. O, bir tərəfdən, Rusiyanın hədə və şantajları, digər tərəfdən isə ABŞ-Britaniya ikilisi tərəfindən verilən təlimatların icrasındakı problemlərin arasında əzilir. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqının üst quruluşları son onilliklər ərzində genişlənsə də, onun təhlükəsizliyini müəyyən edən əsaslar hələ də ABŞ-Britaniya tandemindən asılıdır. Rusiya Ukraynadakı müharibənin nəticələrini elə şəkilləndirmək istəyir ki, həmin rıçaqları əlinə keçirərək Vaşinqton-London tandemini regiondan sıxışdırsın. Lakin Kreml müharibənin nəticələrindən asılı olmayaraq, çətin ki, öz məqsədinə çata, çünki ABŞ və Britaniyanın nüfuz dairəsinin tarixi, siyasi, təhlükəsizlik, iqtisadi əsasları çox dərinə işləyib. O, bir müharibə ilə sarsıla bilməz, hərçənd ki, Avropa İttifaqı modeli Ukraynadakı müharibə səbəbindən sarsıntı içərisindədir. ABŞ-Böyük Britaniya ikilisi Ukraynadakı müharibənin strateji təhlükələrini analiz edir və Avropanın təhlükəsizliyində mərkəzi rola malik olduqlarını nümayiş etdirir. Ukrayna münaqişəsi bu ikilinin sonrakı beynəlxalq rolunu müəyyənləşdirəcək, lakin müharibənin nəticələri kartların oynanılmasını müvəqqəti təxirə sala bilər. Avropadakı arxitekturanın silkələnməsi Asiya uğrundakı rəqabəti daha da şiddətləndirir, ona görə də həm Rusiya, həm də onun rəqibləri Ukraynadakı müharibədən əlidolu çıxmağı hədəfləyirlər. Rusiya indi üçün maksimalist mövqeyinə çatmağı aviazərbələrin gücləndirilməsi, Qərb isə Ukraynaya külli miqdarda silah tədarük etməkdə görür. Baxmut oxu ona görə böyük strateji dəyərə malikdir ki, bura müharibənin sonrakı taleyinə həlledici təsir göstərəcək. Bəs Ukraynadakı oxlar qlobal oyunçulardan kimin sinəsinə sancılacaq? Bunun mütləq proqnozlarını vermək çətindir, çünki nə danışıqlarda, nə də hərb meydanında böyük bir irəliləyiş mövcuddur. Süstlük isə müharibənin strateji alovlarını böyüdür və Ukraynanın poliqon kimi istifadə edilməsinə münbit zəmin yaradır. Aqşin Kərimov, Siyasi şərhçi - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|