Ankaradan sülh çağırışı və balanslı mövqe: - “Türkiyəyə şimalda müharibə lazım deyil”
Tarix: 11-03-2023, 08:34 | Çap et
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davam etdiyi vaxtda Türkiyədən tərəflərə sülh çağırışı edilir. Rəsmi Ankara hesab edir ki, Moskva ilə Kiyev arasında sülh danışıqları başlamalı, müharibəyə son qoyulmalıdır. Türkiyənin bunun üçün vasitəçilik etməyə hər zaman hazır olduğu istər Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən, istərsə də digər rəsmi şəxslər tərəfindən bəyan edilib.
Ankaranın bu mövqeyi bəzi ölkələr, xüsusilə də Qərb tərəfindən müsbət qarşılanmır. Avropa və ABŞ hesab edir ki, indiki şəraitdə sülh danışıqları yalnız Moskvanın xeyirinə işləyər.
Ankaranın Rusiyanın Ukraynadakı işğalçı müharibəsi ilə bağlı tutduğu mövqeyi “Lenta.ru” saytına Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Altınbaş Universitetinin (İstanbul) rektoru Çağrı Erhan şərh edib. DIA/AZ Erhanın müsahibəsini AYNA-ya istinad və ixtisarla təqdim edir:
- Türkiyə Ukrayna böhranının lap əvvəlindən kifayət qədər balanslı mövqe tutdu və bu, ona münaqişənin hər iki tərəfinin etibar etdiyi azsaylı ölkələrdən birinə çevrilməyə imkan verdi. Belə bir ssenari varmı ki, Türkiyə Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirməyə, məsələn, sanksiyalara qoşulmağa məcbur olacaq?
- Mən belə düşünmürəm. Türkiyə lap əvvəldən Qərb müttəfiqlərinə açıq şəkildə bildirdi ki, bizim xüsusi mövqeyimiz var. Biz digər NATO üzvləri kimi deyilik. Bizim həm Rusiya, həm də Ukrayna ilə dəniz sərhədlərimiz və bir çox ticarət, sosial və mədəni əlaqələrimiz var. Türkiyə ilə bu iki ölkə arasında münasibətlərin həcmi digər NATO ölkələri ilə müqayisədə daha çoxdur. Ona görə də biz əvvəldən Qərb müttəfiqlərimizdən xahiş etdik: bizi heç bir sanksiyaya doğru itələməyin, biz Rusiya ilə münasibətlərimizi normal şəkildə davam etdirmək istəyirik. Eyni zamanda Türkiyə, təbii ki, Montrö Bəyannaməsi əsasında dərhal Qara dəniz boğazlarını Rusiya hərbi gəmiləri üçün bağladı.
Sonrakı aylar isə Türkiyənin yanaşmasının düzgünlüyünü nümayiş etdirdi: təxminən bir il əvvəl biz Rusiya və Ukraynanın xarici işlər nazirlərini Antalyada bir araya gətirə bildik. Sonra Türkiyə hərbi əsirlərin mübadiləsində vasitəçi rolunu oynadı.
Nəhayət, bizim əsas uğurumuz “taxıl sazişi” oldu. Çünki bu, təkcə Rusiya, Ukrayna və ya Türkiyə üçün deyil, həm də Ukrayna və Rusiya taxılının tədarükündən tamamilə asılı olan ən azı 11 Afrika ölkəsi üçün vacib idi. Onlar aclığın astanasında idilər. Bu razılaşma Qərb müttəfiqlərimiz tərəfindən bəyənildi və müsbət qarşılandı.
Hər bir münaqişədə münaqişənin hər iki tərəfinə çıxışı olan biri olmalıdır. Bunsuz müqavilələr bağlamaq, hətta sadəcə bazarlıq etmək mümkün deyil. Ona görə də Türkiyə öz siyasətindən əl çəkməyəcək.
- Prezident Rəcəb Tayyib Ərdoğan apreldə Rusiya və Ukrayna prezidentləri arasında danışıqlar təşkil etmək istəyir...
- Bunun nəticə verib-verməyəcəyini söyləmək çətindir. Çünki ABŞ və Böyük Britaniya hərbi əməliyyatların davam etdirilməsinə çalışır və Rusiya ilə istənilən görüş və danışıqlara qarşı çıxır.
- Türkiyə vasitəçilikdən nə qazanır - iqtisadi və siyasi baxımdan?
- Artıq Türkiyənin cənubunda və şərqində müharibələr gedir, şimalda da müharibəyə ehtiyacımız yoxdur. Ona görə də Türkiyə Rusiya və Ukraynanın münaqişəyə tez bir zamanda son qoymasını və sülhə gəlməsini istəyir.
Hərbi əməliyyatların başlaması ilə Türkiyəyə Rusiya və Ukraynadan mühacir axını çoxalıb. Qaçqınların sayı hər gün artır. Artıq Suriyadan və regionun digər ölkələrindən çoxlu miqrant və qaçqınlarımız var. Ona görə də bizə hələlik rus və ukraynalı qaçqınlar lazım deyil. Biz münaqişənin onsuz da çətin vəziyyətə düşən Türkiyə iqtisadiyyatına mənfi təsir göstərməsini istəmirik.
Qara dəniz regionu iqtisadiyyatımız üçün son dərəcə əhəmiyyətlidir. Türkiyəyə enerji qaynaqlarının çatdırılması üçün ən mühüm kanal olan “Türk axını” oradan keçir. Rusiya Prezidenti Vladimir Putin Türkiyədə yeni qaz qovşağının yaradılmasını təklif etdi və biz bunu ürəkdən alqışlayırıq. Ona görə də Türkiyə sülhün tezliklə bərqərar olmasına gətirib çıxaracaq istənilən təşəbbüsü dəstəkləyəcək. Üstəlik, özümüz də çox vaxt təşəbbüskar kimi çıxış edirik.
- Siyasi aspektdən yanaşsaq, Türkiyənin münaqişəyə yanaşmasının geosiyasi mövqeyini gücləndirdiyini, onu bir növ Qərbə alternativə çevirdiyini hiss edirsinizmi?
- Mən belə düşünmürəm. ABŞ və Böyük Britaniya öz təsir dairələrini yaradırlar və iki şərti blok yaranıb. Fevralın sonunda BMT Baş Assambleyası Ukrayna ilə bağlı daha bir qətnamə qəbul etdi: dünya ölkələrinin demək olar ki, dörddə üçü ya lehinə səs verdi, ya da bitərəf qaldı. Qətnamənin əleyhinə yalnız bir neçə ölkə çıxış etdi. Deməli, Qərb artıq istədiyinə nail olub.
Amma eyni zamanda biz Rusiyaya qarşı sanksiyaların nəticə vermədiyini görürük. Nə İranda, nə Şimali Koreyada, nə də başqa bir ölkədə onların heç bir təsiri olmadı. Ona görə də Qərb Rusiyaya maksimum ziyan vurmaq üçün müharibəni uzatmağa, onun dayanmamasına əmin olmağa çalışır. Yəni söhbət Türkiyənin geosiyasi mövqeyindən və ya buna bənzər bir şeydən getmir. Biz yalnız Qərblə Rusiya arasındakı bu lazımsız eskalasiyadan uzaqlaşmağa çalışırıq.
- ABŞ və Avropa İttifaqında getdikcə daha çox deyilir ki, Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının vaxtı hələ çatmayıb. Türkiyə bu fikirlə razılaşırmı? Hazırda sülh danışıqları üçün hər hansı şərait görürsünüzmü?
-Türkiyə əmindir ki, ilk addım barışıq əldə etmək üçün mühümdür. Tam hüquqlu sülh danışıqları bundan sonra başlayacaq. İndi onların parametrlərini, gündəliyini müzakirə etməyə ehtiyac yoxdur. Tam hüquqlu sülh danışıqları üçün hələ tezdir.
Əvvəllər sülh üçün ilkin şərtlər artıq yaranmışdı və o, çox qısa müddətə bağlanmışdı. İndi ən azı bir ay davam edəcək və tərəflərə sülhün bağlanmasının təfərrüatlı şəkildə müzakirə olunacağı nazirlər səviyyəsində danışıqlar aparmağa imkan verəcək atəşkəsin bağlanması üzrə danışıqlara başlamaq lazımdır.
Amma hazırda belə şərait yaratmadan sülh danışıqları aparmaq mümkün deyil. Təbii ki, tərəflər atəşkəs üçün öz ilkin şərtlərini irəli sürəcəklər. Bu barədə rəsmi məlumatım yoxdur, amma mediada gedən məlumatlara əsasən, deyə bilərəm ki, Ukrayna atəşkəs üçün şərt kimi Zaporojye Atom Elektrik Stansiyasının onun və ya ən azı MAQATE-nin nəzarətinə verilməsini istəyir. Rusiyanın bununla razılaşacağına əmin deyiləm. Amma düşünmürəm ki, Ukraynanın heç bir tələbini təmin etmədən atəşkəsə razılaşmaq mümkün olacaq.
Ukrayna münaqişənin davam etdirilməsində maraqlı olan Qərbin təzyiqi altındadır. Qərb ölkələri Ukraynaya getdikcə daha çox silah göndərir, hərbi məsləhətlər verir və mənəvi dəstək göstərir: ABŞ Prezidenti Co Bayden Kiyevdə idi və bundan əvvəl də Zelenski ABŞ-da qəbul edilib. Ona görə də ukraynalılar hiss edirlər ki, Qərb onları sona qədər dəstəkləyəcək - yaxşı və ya pis, amma reallıq budur.
- Türkiyə bu ilin sonuna qədər atəşkəsin bağlana biləcəyinə inanırmı?
- Bəşəriyyət tarixində minlərlə müharibə olub. Onların hamısı bitdi. Bu müharibə də nə vaxtsa bitəcək, amma dəqiq nə vaxt olduğunu bilmirik. Bunun üçün tərəflər bir-birinə doğru bir neçə addım atmalı, qarşılıqlı tələblərin heç olmasa bir hissəsini yerinə yetirməlidirlər. Və Türkiyə indi bu iki ölkəni bir araya gətirməyə, uzlaşmaya, ortaq məxrəcə gəlmələrinə kömək etməyə çalışır.
- Türkiyənin sülh yolu ilə nizamlanmaya dair öz baxışı varmı?
-Bu il ərzində Türkiyə yalnız vasitəçi idi, başqa bir şey olmadı. Hazırda Türkiyənin yeganə missiyası prezidentlər Putin və Zelenskinin xarici müdaxilə olmadan heç olmasa bir dəfə görüşməsi və birbaşa danışması üçün şərait yaratmaq istəyir. Çünki onlar görüşsələr, bəlkə də özlərinə uyğun bir həll tapa bilərlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
|