İsrail-İran ritorikası müharibə həddində: - Tehran Azərbaycana qarşı tonunu yüksəldir
Tarix: 16-03-2023, 07:55 | Çap et
İranla İsrail arasındakı ritorikanın real müharibə həddinə qədər sərtləşməsi qlobal risklər üçün əlavə dəyər yaradır. İranın uranı 84 faizə qədər zənginləşdirməsi onun nüvə dövlətləri ailəsinin üzvü olması yolunda ambisiyalarını göstərir. Beynəlxalq ictimaiyyət Rusiya-Ukrayna müharibəsinin bir illik nəticələrini təhlil edərkən ortaya çıxan yeni dərdlər münaqişənin miqyasının genişlənməsinə gen-bol fürsət verir. İran uranı nüvə silahı səviyyəsində zənginləşdirməyə yaxınlaşdıqca İsrail bunu ekzistensial təhlükə kimi görərək hərəkət edir. İranla İsrailin davakar ritorikası iki ölkə arasında müharibə və ya ona bərabər tutulacaq hadisələrin olacağının anonsu kimi başa düşülə bilər. İran məqsədinə çatana qədər nüvə proqramı ilə bağlı təhrifedici rəy yaratmaq istəyir, guya bu, elmi və dinc məqsədlərə xidmət edir. İkinci bir tərəfdən, İran uranın 84 faiz həcmində saflaşdırılmasını təkzib edir, ancaq əldə etdiyi və açıqlamadığı nəticələrin arxasına sığınaraq təhdid etmək şakərini yuxarı mərtəbələrə qaldırır. ABŞ ilə İsrail müttəfiqliyi İranın girdiyi yolun təhlükəli sonluqlara doğru getdiyini dünyaya dərk etdirmək istəyir. Paralel şəkildə İrana qarşı birgə tədbirlər proqramını icra etməkdə israrlı olduğunu göstərmək üçün hərbi əməliyyatlara başlamaq səlahiyyətlərinə və imkanlarına işarə edir. İranı cəzalandırmaq aktının ssenarilərini effektiv yazmaq üçün ABŞ ilə İsrail İranın qonşuluğundakı ölkələrin də rəyini öyrənmək məcburiyyətindədirlər. Azərbaycan həmin ölkələr içərisində eksklüziv strateji qiymətə malikdir. Çünki İran nüvə silahı vitrininə əlini uzatdıqca, Azərbaycana qarşı hədə səsini yüksəldir və Azərbaycanın İsraillə dərinləşən əlaqələrini həzmə verməyəcəyini deyir. İran dəfələrlə elə Azərbaycanın prinsipiallığı və qurduğu mexanizmlər sayəsində geri oturdulub, lakin məsələ bu dəfə daha təhlükəli şəkil almaqdadır. Çünki hadisələr və proseslər daha sərt qərarların fonunda növbəti mərhələlərə adlayır, xüsusilə İsrail İranın müdafiə sənayesi obyektlərini zərbə altına qoyduqdan sonra bu gərginlik bir neçə dəfə artıb. Azərbaycan İsrail üçün İrana qarşı taktiki üstünlüklər vəd edən coğrafiyadır, lakin Bakı bir qərarında qətiyyət göstərir: Azərbaycan üçüncü ölkəyə müdaxiləyə imkan verməyəcək. Hərçənd ki, İran Cənubi Qafqazda Azərbaycanın əleyhinə çevrilə biləcək cəbhə formatını təsis etməklə nüvə ambisiyalarının davamını gətirmək istəyir. İran beynəlxalq təcridə məruz qalması, daxildəki problemlərin qalaq-qalaq yığılması, Azərbaycanın öz tərəfdaşları ilə düzgün iş apara bilməsi səbəbindən istədiyi xətti yaratmaqda xeyli çətinlik çəkir. Hissləri və nifrəti qırılıb içərisinə tökülən İran alternativ olaraq elə hərbi hədə ritorikasından yapışmağı çarə kimi görür. Bu mənada İran qoşunlarının bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi və uzaqmənzilli raketlərin ölkənin bütün ərazisi boyunca məxfi ərazilərdə yerləşdirilməsi barədə məlumatlar həqiqət kimi görünür. İranın əsas məqsədi İsrailə və ABŞ-nin Yaxın Şərq üzrə bazalarına zərbələr endirmək görüntüsü yaratmaqdır. Ola bilsin ki, İran raketlərinin yerləşdirilməsi İsrailin zərbəsinin şərti vaxtı ilə bağlı daxil olan məlumatlara cavabdır. Ancaq İran illüziyaların və reallıqların arxasından Azərbaycana qarşı barmaq silkələmək cəhdlərini nümayiş etdirir. Bu cəhdlər, əvvəlki illərdəki kimi, İran üçün zərərli olacaq cəbhələri aktivləşdirmək zərurətlərini aktuallaşdırır. İran başa düşür ki, Azərbaycana qarşı hər hansı hərbi təhdid Türkiyənin prosesə cəlb edilməsi deməkdir, belə bir vəziyyətdə İran Türkiyə ilə baş-başa gəlməkdən çəkinər. İkincisi, Azərbaycan əleyhinə bəhanələrin bəhanələrə calanması İranı cəzalandırmaq istəyən ABŞ-İsrail tandeminin, Britaniyanın maraqlarına zidd addımlardır. Bu baxımdan ABŞ, İsrail və Böyük Britaniya Azərbaycanı dəstəkləyən mexanizmləri gücləndirməkdə qətiyyətlidirlər. ABŞ-nin Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqanın Azərbaycana səfəri və Müdafiə Nazirliyində müzakirələr keçirməsi İran gündəliyi fonunda maraq doğurur. Yəni nəticə olaraq deyə bilərik ki, Azərbaycan İrandan gələn təhdidlərə qarşı təhlükəsizlik arxitekturasını Türkiyə ilə yanaşı, ABŞ-İsrail müttəfiqliyi və Britaniya ilə təmas şəklində qurur. Bu tərz İrandakı türk kimliyinə vurğular kontekstini böyüdəcək. Bu prosesə İsrail mediası da qoşulub və görünür ki, məna yükü daha çox İsrailin dərin strategiyası tərəfindən ötürülən tezislər üzərindədir... Aqşin Kərimov, Siyasi şərhçi - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|