Semyon Baqdasarovun “Rusiya İstanbulu işğal etsin” çağırışına “Müsəlman Qaradaşları”ndan təpki gəldi - TƏFƏRRÜAT
Tarix: 24-03-2023, 07:47 | Çap et
İslam Dünyasında xüsusi nüfuzu ilə seçilən “Müsəlman Qardaşları” təşkilatına yaxınlığı şübhə doğurmayan “Middle East Monitor” saytı “This Russian call to occupy Istanbul is an outrageous provocation” (Rusiyanın İstanbulu işğal etmək çağırışı hədsiz bir təxribatdır) adlı məqalə ilə çıxış edib. Həmin məqaləyə keçməmişdən onu qeyd edim ki, “Müsəlman Qardaşları” Türkiyəyə həmişə simpatiya ilə yanaşıb. Bu təşkilat Tayyib Ərdoğana açıq dəstək verib. Türkiyə prezidenti də “Müsəlman Qardaşları”na xoş münasibətini açıq şəkildə ortaya qoyub. “Müsəlman Qardaşları” Türkiyənin İslam Dünyasında öncüllüyünü qəbul edən təşkilatdır... Londondan yayımlanan saytın sözügedən məqaləsində deyilir ki, Rusiyalı “mütəxəssis” bu yaxınlarda 6 fevral zəlzələsindən sonra Türkiyə ilə bağlı qalmaqallı açıqlamalar verib. Semyon Baqdasarov ehtiyatda olan erməni əsilli ordu polkovnikidir. O, Federal Məclisin aşağı palatası olan Dumada deputat olub, Moskvada yerləşən Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktorudur. Baqdasarov Rusiya televiziyalarında tez-tez görünməsi və özünə diqqət çəkmək üçün qalmaqallı bəyanatlar verməsi ilə tanınıb. Bir çox televiziya kanalları tamaşaçıları cəlb etmək və reytinqi artırmaq üçün ifrat baxış bucağı olan şərhçiləri önə çıxardırlar. Bağdasarov da belələrindən biridir. Bununla belə, onun Rusiya dövlət televiziyası “Rossiya-1”də ara-sıra çıxışları Rusiyanın siyasi mənzərəsi daxilində daha böyük strategiyanın bir hissəsi ola bilər. Bu “mütəxəssis” uzun müddət Türkiyə ilə bağlı düşməncəsinə şərhlər səsləndirib. Məsələn, o, “Qərbi Ermənistan” ifadəsi işlətməklə Türkiyənin ərazi bütövlüyünü inkar edir. O, bir neçə dəfə Türkiyə dövlətinə qarşı düşmənçilik ifadə edib və Rusiyanı kürd PKK terror təşkilatı ilə əməkdaşlığa çağırıb. Üstəlik, o, II Qarabağ müharibəsi zamanı PKK terrorçularının Ermənistanın tərəfində döyüşməsini müdafiə edib və onları “Rossiya-1”də yaxşı döyüşçü və sosialist kimi qiymətləndirib. Son aylarda o, hətta PKK-nın Ukraynada Rusiya adından döyüşməsini təklif edib. O, həmçinin Türkiyə hökumətini devirmək və “Konstantinopolu geri almaq” üçün “mexanizmlərin” həyata keçirilməsinin vacibliyini bildirib. Baqdasarov təklif edib ki, rus siyasətçiləri və ordusu Türkiyənin zəlzələdən sonrakı çətinliklərindən istifadə edib, tarixən Rusiyanın bir hissəsi olan torpaqları “geri alsınlar”. Onun təkliflərindən biri də budur ki, İstanbuldakı Ayasofya məscidinin qübbəsinə ortodoks xristian xaçı vurulsun, orada arami və rus dillərində dualar oxunsun. Baqdasarovun təxribat xarakterli sözləri marginal görünsə də və rəsmi Rusiya xəttini təmsil etməsə də, sosial şəbəkələrdə hələ də geniş müzakirə olunmaqdadır. İstanbulun (Konstantinopol) vaxtilə Rusiya imperiyasının tərkibində olması iddiası isə tamamilə yalandır. Uzun tarixi boyunca İstanbul bir gün belə Rusiyanın nəzarəti altında olmayıb. Ancaq bu qondarma mütəxəssis Rusiyanın Bizans İmperiyasının varisi kimi indiki Türkiyənin ərazisinə sahib olmaq haqqını təbliğ edir. Üstəlik, Türkiyədə baş verən son zəlzələlərdə 50 mindən çox insanın ölüməsi, böyük fəsad və tələfatlardan istifadə etmək təklifi onun qəddar və amansız düşüncəsini ortaya qoyur. Ancaq mənəvi baxımdan bu cür tənəzzülə uğramış insan çətinliklə üzləşmiş bir xalqın fəlakətindən istifadə etməyi düşünə bilər. Yunanıstan kimi Türkiyə ilə uzun müddət mübahisələri olan ölkələr belə barışdırıcı bir tona keçdi və sülh və barışığa yeni bir başlanğıc təklif edərək humanitar diplomatiyaya üstünlük verdi. Türkiyəni düşmən kimi göstərən ritorika Rusiya üçün onsuz da çətin olan vəziyyəti daha da gərginləşdirə bilər. Qeyd etmək lazımdır ki, Türkiyə Ukraynada davam edən müharibədə vasitəçilik etməyə çalışır. Türkiyə taxıl dəhlizi sazişinin imzalanmasında mühüm rol oynamaqla yanaşı, iki ölkə arasında əsir mübadiləsinə də təşəbbüs göstərib. Onun Rusiyaya NATO üzvü olan Türkiyəni işğal etməyə çağırışları ehtiyatsızlıqdır və potensial nəticələrin tam dərk etməməsindən irəli gəlir. Belə bir təqdirdə Rusiya ağır və dağıdıcı nəticələrlə üzləşə bilər, çünki NATO-nun 5-ci maddəsi tətbiq olunacaq və bütün NATO üzvlərindən sərt reaksiya tələb olunacaq. Təkcə bu, Moskvanı belə bir addım atmaqdan çəkindirməlidir. Rusiya ilə Türkiyə arasındakı münasibətlər mürəkkəbdir və Baqdasarov kimi media quldurlarının təsvir etdiyi kimi sadələşdirilə bilməz. İki ölkə arasında münaqişə dövrləri olsa da, dostluq münasibətləri də olub. Bəzi fikir ayrılıqlarına baxmayaraq, Rusiya və Türkiyə diplomatik əlaqələri davam etdirir. Ölkələr münaqişələri sağlam düşüncə və konsensus yolu ilə həll etməklə onları minimuma endirə bilər. Böhran vaxtlarında hökumətlər vəziyyətin gərginləşməsinin və daha əhəmiyyətli zərərin yaranmasının qarşısını almaq üçün bərabər səviyyədə olmalıdırlar. Bu prinsip, xüsusən də son illərdə Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə mərkəzi yer tutur. Rusiya beynəlxalq aləmdə getdikcə daha çox təcrid olunmuş vəziyyətdə olduğuna görə Kreml rasional hərəkət etməli və Ankara ilə münasibətlərinə daha çox xələl gətirə biləcək hər hansı təxribatdan çəkinməlidir. Moskva Ukraynada davam edən müharibə vasitəsilə sərhədləri yenidən cızmaq cəhdinin ağır bədəlini artıq ödəyir. Vəziyyət Rusiyanın Türkiyə ilə münasibətlərinə xələl gətirən, nifaqı alovlandırmaq xətti tutan agent təxribatçıların nəzarətindən kənarda olmalıdır. İstanbulu işğal etmək çağırışı hədsiz bir təxribatdır və pislənməlidir.
Elbəyi Həsənli - DİA.AZ
MƏQALƏ BURADA: This Russian call to occupy Istanbul is an outrageous provocation
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|