Rusiya-Çin ittifaqına qarşı hansı ittifaq güclənir? - İNCƏLƏMƏ...
Tarix: 24-03-2023, 10:58 | Çap et
“The Wall Street Journal” dərgisində yayımlanan məqalədə Çinin raket arsenalının ABŞ-ın raket arsenalını tədricən üstələdiyi yazılıb. Amerikalı konqresmenlər Rusiya və Çinlə mübarizə aparmaq üçün Amerikanın nüvə potensialının artırılması vacibliyini bildiriblər. Vaşinqton hesab edir ki, Pekinin Moskva ilə yaxınlaşmasının məqsədi ABŞ-ın gücünü zəiflətməkdir. Pekinin Rusiyanın Ukraynada apardığı müharibəyə verdiyi gizli dəstək bununla bağlıdır. Bu arada, “The Sydney Morning Herald” dərgisində yayımlanan məqalədə ABŞ-ın Çini durdurmaq üçün Avstraliyanı atom sualtı gəmiləri ilə təhciz edəcəyi yazılıb. Bu AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ arasında ittifaq) formatı çərçivəsində həyata keçiriləcək. ABŞ, Böyük Britaniya və Avstraliyanın liderləri Amerikanın San-Dieqo şəhərində keçirdikləri son zirvə görüşündə Çinin siyasəti ilə bağlı geniş fikir mübadiləsi aparıblar. Rusiya-Çin ittifaqı ABŞ-ı AUKUS formatı çərçivəsində strategiyasını gücləndirməyi diqtə edib. Amerika Çinə həmsərhəd olan dövlətləri də gücləndirməyə qərar verib. Bu sırada Hindistan, Vyetnam, Yaponiya, Avstraliya gəlir. Vaşinqton eyni zamanda Mərkəzi Asiya ölkələrinin Çindən və Rusiyadan asılılıqlarını azaltmaq üçün müxtəlif təşəbbüslər həyata keçirməyə çalışır. ABŞ Senatında çıxış edən milli kəşfiyyat rəhbəri Evril Heyns senatorları bu sözlərlə xəbərdar edib: “Pekin Moskva ilə strateji tərəfdaşlığı dərinləşdirdikcə Amerika və onun müttəfiqlərinə qarşı yeni təhlükələr yaradır”. Pekin Vaşinqtondan çəkinmədiyini göstərməyə çalışır. Çinin üçüncü dəfə rəhbəri seçilən Tsi Cinpin mübarizəyə hazır olduğunu nümayiş etdirir. Böyük Britaniyanın baş naziri Rişi Sunak son 18 ayda dünyadakı problemlərin artdığını vurğulayıb: “Ukraynadakı işğalçı müharibə davam edir, İran və Şimali Koreya beynəlxalq aləmə təhlükələr yaradırlar. Çinin artan hərbi gücü və qonşularına təhlükə yaratması da əsas müzakirə mövzularından biridir”. Vaşinqton və London Avstraliyanı hərbi nöqteyi-nəzərdən gücləndirməyə qərar veriblər. Birinci mərhələdə avstraliyalı dənziçilərə atom sualtı gəmilərini idarə etmək öyrədiləcək. İkinci mərhələdə ABŞ 2027-ci ilə qədər Avstraliyanın hərbi-dəniz bazasında “Virginia” tipli 4 atom sualtı gəmisi yerləşdirəcək. Böyük Britaniya isə “Astute” tipli atom sualtı gəmisini Avstraliya limanına gətirəcək. Üşüncü mərhələdə ABŞ və Böyük Britaniya Avstraliyaya yerli sualtı gəmilərin istehsalına da kömək edəcəklər. Vaşinqton hərbi gücünü artırmaqla yanaşı Pekinlə dialoqdan da imtina etmək istəmir. Ancaq dialoq hələ ki, alınmır. Birincisi, dövlət katibi Entoni Blinken fevral ayının əvvəlində Pekinə səfər hazırlaşarkən, Amerika səmasında Çinə məxsus kəşfiyyat şarları aşkarlandı. Bu Blinkenin Pekinə səfərinin təxirə salınmasıyla nəticələndi. İkincisi, ABŞ-ın Çinə qarşı sanksiyaları artıb. Sanksiyaya məruz qalanlar içərisində Çinin yeni müdafiə naziri Li Şanfu da var. O Rusiyadan Cu-35 hərbi təyyarələri və C-400 raket kompleksləri aldığına görə sanksiya siyahısına salınıb. Belə olan halda Pentaqon rəhbərinin çinli həmkarıyla görüşü mümkünsüzdür. Üçüncüsü, Çin lideri Tsi Cinpinin Moskvaya iki günlük səfəri və Rusiya ilə strateji tərəfdaşlığı dərinləşdirmək qərarı Vaşinqtonla Pekin arasında dialoqa mənfi təsir edib. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|