"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                     Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... .....                     Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı .....                     Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı .....                     Hərbi pilotların peşəkarlığı artırılır .....                     Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir .....                     Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... .....                     Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı .....                     Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! .....                     Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib .....                     Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                     Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                     Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                 

Sürünə-sürünə geriyə doğru: “derjava” üçün yolun sonu görünür - GƏLİŞMƏ
Tarix: 4-10-2023, 14:00 | Çap et
Sürünə-sürünə geriyə doğru: “derjava” üçün yolun sonu görünür
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Rusiya Federasiya Şurasındakı çıxışında ölkəsindəki inflyasiya tendensiyası ilə bağlı qiymətləndirmələr edib. Rusiyada illik inflyasiyanın 7,5 faiz olduğunu qeyd edən nazirin sözlərinə görə, gələn il orta illik inflyasiya 10 faizdən artıq olacaq: “Biz 2024-cü ilin dekabrında inflyasiyanın illik 5 faizə düşəcəyini gözləyirik. Lakin gələn il ərzində inflyasiya yüksək səviyyədə qalacaq”.

Rusiya Mərkəzi Bankı (RMB) rublun ucuzlaşması fonunda artan yüksək inflyasiya təhlükəsi ilə əlaqədar avqustun 15-də uçot dərəcəsini 8,5 faizdən 12 faizə, sentyabrın 15-də isə 13 faizə qaldırıb. RMB sədri Elvira Nabiullina inflyasiyanın yavaşlamasının davamlı olduğuna əmin olana qədər faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlayacaqlarını bildirib.

Qeyd edək ki, ötən ilin fevral ayının 24-də Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra ABŞ və müttəfiqləri Rusiyaya qarşı çoxvektorlu sanksiyalar tətbiq edir. Moskva uzun müddət inzibati resurlsar hesabına daxili iqtisadi vəziyyəti sabit saxlamağa müvəffəq olsa da, 2023-cü ilin ortalarından rus rublunun qiyməti enməyə başladı.

Bəzi ekspertlər rublun “ölməsinin” Rusiyanın ixracını bir qədər stimullaşdıracağı qənaətində olsalar da, prosesin ümumilikdə şimal qonşumuzun iqtisadi cəhətdən çöküşünə gətirəcəyini iddia edənlər də var. Bütün hallarda Rusiya gərgin iqtisadi dövrə qədəm qoyur və artıq bunu rəsmi şəxslər də etiraf edirlər. Rusiyanın iqtisadi inkişaf naziri və baş bankirin son açıqlamaları da bu xüsusda təsadüfi sayıla bilməz.

DİA.AZ-ın məlumatına görə, bank-maliyyə eksperti Əkrəm Həsənov AYNA-ya açıqlamasında deyib ki, Rusiyanı növbəti ildə dərin iqtisadi böhran gözləyir: “Bunun da öz növbəsində kifayət qədər obyektiv və subyektiv səbəbləri var. Birinci səbəb odur ki, ABŞ və müttəfiqləri Ukrayna müharibəsinə görə Rusiyaya təzyiqləri davam etdirir. 12-ci sanksiya paketi qəbul olunub. Gələn il ABŞ-da Prezident seçkiləridir. Cozef Bayden bəyan edib ki, yenidən prezidentliyə namizəd olacaq. Onun seçkilərdə qələbə qazanması Rusiyaya qarşı təzyiqlərin nəticəsindən daha çox asılı olacaq”.

“Bu mənada Bayden çalışacaq ki, Moskvaya qarşı təzyiqləri gücləndirsin. Bu, həm hərbi, həm də iqtisadi baxımdan həyata keçiriləcək. Əsas diqqət neftin qiymətinin aşağı salınmasına yönələcək. ABŞ-ın İranla anlaşmağa çalışması, enerji daşıyıcılarının qiymətinin enməsinə yönəlik fəaliyyəti bunun bariz nümunəsidir. Bu siyasət gələn il də davam edəcək”, - deyə həmsöhbətimiz bildirib.

Həsənov hesab edir ki, Rusiya böyük dövlətdir və onun çökdürülməsi asan olmayacaq: “Bunun üçün müəyyən zamana ehtiyac var. Təbii ki, ildən-ilə Rusiyanın iqtisadi vəziyyəti pisləşəcək. Rusiya iqtisadiyyatını çox ağır günlər gözləyir. Ukrayna müharibəsində Rusiyanın hərbi baxımdan çökdürülməsi ilə yanaşı, daxildə iqtisadi böhranın yaranması istiqamətində də fəaliyyət davam edəcək. Onsuz da Rusiyada iqtisadi vəziyyət ağırdır. ABŞ və müttəfiqləri çalışır ki, daha da ağır olsun. Düzdür, rus rublunun enməsi və yüksək neft-qaz qiymətləri şimal qonşumuzun ixrac potensialını artırır. Lakin bu, uzun müddət belə davam etməyəcək. Ən dəhşətlisi isə odur ki, Kreml artıq gözlənilən iqtisadi və siyasi böhranın qarşısını almaqda acizdir. Regiona nəzarət imkanlarını itirir. Qərb təmkinli siyasət yürüdür və bu siyasət yaxın gələcəkdə Rusiyanın çöküşü ilə bitəcək”.

DİA.AZ-ın məlumatına görə, iqtisadçı alim Eldəniz Əmirov da AYNA-ya şərhində söyləyib ki, Rusiya iqtisadiyyatı böhranlı dövrünü yaşayır: “Ötən ilin fevralında Rusiya Ukraynaya qarşı hücumlara başlayandan sonra Qərbin çoxvektorlu embarqoları fonunda, bəziləri belə hesab edirdi ki, Rusiya iqtisadiyyatı dərhal çökəcək. Bu, şübhəsiz ki, qeyri-peşəkar yanaşma idi. Qərb təsisatları da bilirdi ki, bu proses uzun müddətdən sonra öz bəhrəsini verəcək. Məhz bu səbəbdən də prosesi tədricən həyata keçirirlər. Bir tərəfdən Ukrayna silahlandırılır, digər tərəfdən isə şimal qonşumuza qarşı çovektorlu sanksiyalar tətbiq edirlər”.

“Görünən odur ki, ABŞ və müttəfiqləri bu mövqedə prinsipialdır və sona qədər dirəniş göstərəcəklər. Rusiya iqtisadiyyatı ötən müddət ərzində kifayət qədər zəifləyib. Bu zəifləmə davam edəcək. Növbəti il Rusiya iqtisadiyyatı böhranlı bir dövr yaşayacaq. İnzibati yollar işlək olmayacaq. Məlum proqnozlar da göstərir ki, artıq baş verənlər Rusiya hökumətini narahat etməkdədir”, - deyə müsahibimiz söyləyib.

Əmirovun fikrincə, enerji daşıyıcılarının qiymətlərinin azalması Rusiya iqtisadiyyatına öldürücü zərbə vura bilər: “Artıq Vaşinqton Tehranla neft və qaz sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparır. Digər alternativlər üzərində də işlənilir. Çünki Qərbdə bilirlər ki, müharibə itkiləri, iqtisadi-siyasi gərginliklər fonunda neft-qaz qiymətlərinin enməsi Rusiya üçün öldürücü zərbə olacaq. Bu istiqamətdə ciddi səylə çalışırlar. Nəzərə alsaq ki, gələn il ABŞ-da seçkilərdir, bu xüsusda Rusiyaya qarşı təzyiqlərin artacağını söyləmək olar. Nəticədə Rusiya iqtisadiyyatı daha da zəifləyəcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru