Azərbaycanın GOZAL PROBLEMİ... - Ərzaq təhlükəsizliyimiz TƏHLÜKƏDƏ
Tarix: 8-06-2019, 12:11 | Çap et
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda inhisarçılığın olmadığını bəyan etsə də, artıq hər kəsə bəllidir ki, ölkənin qida sənayesinin böyük bir hissəsi məhz "Azərsun Holding"in nəzarətindədir. Belə ki, adıçəkilən şirkət bu sektorda inhisarçı mövqeyə sahib olduğundan yağ, çay, qənd, şəkər tozu, ət konservləri, turşular, duz və digər ərzaq mallarının qiymətini bazarın tələb-təklif münasibətlərinə görə deyil, holdinqin prezidenti Abdulbari Gozalın şəxsi kommersiya maraqlarına əsasən müəyyənləşdirir. Təbii ki, bu da son nəticədə bazarda süni qiymət artımına gətirib çıxarır. Məsələnin maraqlı tərəfi ondadır ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat naziri Şahin Mustafayev bütün bunlardan məlumatlı olsa da, hələ də "Azərsun Holding"in monopolist mövqeyinin zəiflədilməsi, o cümlədən ərzaq bazarında rəqabət mühitinin formalaşdırılması istiqamətində təsirli addımlar atılmayıb. Bu isə onu deməyə əsas verir ki, Abdulbari Gozalın qida sənayesini nəzarətində saxlaması kimlərinsə maraqları ilə üst-üstə düşür.
Bu arada, məlumat üçün bildirək ki, "İntersun İnternational Sun Group FZCO" şirkətinin törəmə müəssisəsi olan "Azərsun Holding"in tərkibinə "Azərbaycan Duz istehsalat Birliyi" QSC, "Azərsun Ticarət və Dağıtım" MMC, "Bakı Qida və Yağ Fabriki" MMC, "İnnova Konstrakşn ənd Kontraktinq" MMC, "Kürdəmir Süd Emalı Zavodu" MMC, "Qafqaz Ticarət" MMC, "Sun Food Service" MMC, "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC, "Qafqaz Konserv Zavodu" MMC, "Sun Tea Çay Fabriki" MMC və "Green Tech" MMC daxildir. Bundan başqa, Abdolbari Goozalın rəhbərlik etdiyi holding "Lənkəran Konserv Zavodu" ASC, "Qazax Konserv Zavodu" MMC, "İntepe Ofşor LLC", "Muğan Enerci LLC", "Azərsun Humanitar Fondu", "Svit Star" MMC, "Sumqayıt Plastik Emal Zavodu" MMC, "Gözəl Təbiət" MMC, "Qusar-İstixana" MMC, "Qusar-Agro" MMC və Gürcüstanda fəaliyyət göstərən "Dəfnə H A Limited" şirkətinin səhmdarıdır.
"Azərsun Holding"in prezidentindən söz düşmüşkən, nəzərinizə çatdıraq ki, o, bugünlərdə Bakıda keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı dövlətin iqtisadiyyatda uğurlu ola bilməyəcəyini vurğulayıb: "Biz dövlətdən xahiş edirik ki, sən ticarətlə məşğul olma, bizim yolumuzu aç. Dövlət heç vaxt iqtisadiyyatda uğurlu ola bilməz. Bu gün bizim üçün ən vacibi ölkəyə xarici sərmayənin gəlməsidir. Bunun üçün də qanunların düzgün işləməsi lazımdır. Şükür Allaha, Prezident bu məsələni nəzarətə götürüb. Biz ona inanırıq. Əgər ölkə başçısı bir şeyi diqqətdə saxladısa, ən yaxşısını görəcək. Əgər qanunlar düzgün işləyərsə, sahibkarlar üçün yaxşı olar". Bununla yanaşı, Abdulbari Gozal Azərbaycanda məhkəmə sisteminin də inkişaf etdirilməsinin vacib olduğunu bildirib: "Bir dəfə Almaniyada dostumla danışırdım. Ona dedim ki, biri gəlib məni aldadıb. Vəkilə vəkalət verdim. Mən qayıdıb gəldim. Pulumu alıb yolladı, həmin adamı da 6 il həbsə saldı. Mənim ona inamım, simpatiyam artdı. Bu baxımdan, qanunlarımızın daha da ədalətli olmasını arzulayıram".
Gördüyünüz kimi, uzun illərdir Azərbaycanda ərzaq bazarını nəzarətdə saxlayan, inhisarçı mövqeyə sahib olan "Azərsun Holding"in prezidenti ölkə qanunlarından, onların ədalətli olmamasından şikayətlənir. Görün, indi kiçik və orta sahibkarlar nə vəziyyətdədir. Axı, onlar "Azərsun" qədər geniş imkan və əlaqələrə, az qala sərhədsiz səlahiyyətlət sahib deyillər. Kiçik və orta sahibkarların tam əksinə, Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq isə qida sənayesində "Burda mən, Bağdadda kor xəlifə" prinsipiylə fəaliyyət göstərir. İş o yerə çatıb ki, artıq onun inhisarçı mövqeyə sahib olduğunu bilməyən yoxdur. İqtisadçı ekspertlər də bəyan edirlər ki, "Azərsun" bazarın böyük bir hissəsini nəzarətində saxladığından bu sektorun əsas söz sahibi hesab olunur. Belə ki, bir müddət əvvəl məhz bu mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, əgər Dövlət Gömrük Komitəsinin müvafiq şöbəsi bazarı öyrənsəydi, o zaman görərdilər ki, bazardakı bir sıra şirkətlər seqmentlər üzrə az qala 90 faizdən yuxarı paya malikdirlər: "Məsələn, "Azərsun" şirkəti bir çox bazar seqmenti üzrə, misal üçün çay bazarında hegemonluğa malikdir. Demək olar ki, bütün çay bazarı "Azərsun" şirkətinin əlindədir. Bu o demək deyil ki, Dövlət Gömrük Komitəsi sərhəddə bayanıb heç bir malı ölkəyə buraxmır, yəni birbaşa inhisarçılıq yaradır. Bu, belə baş vermir. Təbii ki, insanlar ölkəyə mal gətirə bilərlər. Sadəcə, bəzilərinə üstünlüklər verilir, gömrük keçid məntəqələrindən daha tez keçirlər, işləri daha asan şəkildə görülür. Bəziləri isə incidilir, gecikdirilir. Nəticədə ya malları xarab olur, ya da gətirdikləri nəqliyyat vasitələrinə əlavə pul ödəməyə məcbur olurlar ki, sonda bu işlərlə məşğul olmaq onlara sərf etmir. Beləliklə də bazardan çəkilirlər. Yəni inhisarçılıq belə yaradılır".
Onu da nəzərinizə çatdırmalıyıq ki, Abdolbari Goozal Aqrar Məşvərət Şurasının sədri seçildikdən sonra "Azərsun Holding"in bazara təsir imkanları xeyli artıb. Xatırlayırsınızsa, təxminən, bir il öncə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən toplantıda adıçəkilən nazirliyin yanında Aqrar Məşvərət Şurası yaradılıb. Həmin şuranın sədri postuna isə aqrar və qida sənayesi sahəsində inhisarçı mövqeyə sahib olan, daxili bazardakı qiymət siyasətinə diqtəedici yöndə təsir imkanları əldə edən "Azərsun Holding"in prezidenti seçilib. Qeyd edək ki, o zaman bununla bağlı mövqeyini öyrəndiyimiz "İqtisadi Təhlil İnstitutu" İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblı bildirmişdi ki, həmin işçi heyətdə inhisarçı şirkətlərin təmsil olunması maraqlar konflikti yaradan haldır: "Mən inanıram ki, ucqar kəndlərdə və qəsəbələrdə fermer təsərrüfatı ilə məşğul olan çoxsaylı peşəkarlar vardır ki, resurs çatışmazlığından başlamış istehlakçıya çatdırılacaq məhsulların bütün mərhələlərdindəki dəyər zəncirinin harada qırıldığını dəqiqliklə bilirlər. Çünki onlar məhz bu problemlərdən əziyyət çəkir. Kənd təsərrüfatı məhsulların istehsalında və idxalında inhisarçı bazar payı olan şirkətlərin rəqabəti təşviq edən təklif və tövsiyələrlə nazirliyə müraciət etmələri mənə inandırıcı gəlmir".
Yeri gəlmişkən, "ərzaq kralı" kimi tanınan Abdulbari Gozalın "Biz dövlətdən xahiş edirik ki, sən ticarətlə məşğul olma, bizim yolumuzu aç" və yuxarıda qeyd olunan digər fikirlərinə münasibət bildirən iqtisadçı ekspert Qadir İbrahimli "Yeni Sabah"a müsahibəsində ölkənin biznes mühitində çoxsaylı problemlərin olduğunu söyləyib. Onun sözlərinə görə, həm qanunların işləməməsi, həm iş adamlarından tələb olunan qeyri-rəsmi ödənişlər, həm də rəqabət mühitinin olmaması və digər məsələlər sahibkarlara problemlər yaradır: "Biz bu problemlərlə bağlı dəfələrlə danışmışıq, bu problemlər son vaxtlara qədər kiçik və orta biznesə yaradılırdı, indi artıq böyük biznes nümayəndələri, monopolistlər də gileylənməyə başlayıblar. Yəni o deməkdir ki, biznes mühitində daha ciddi proseslər baş verməyə başlayır. Təbii ki, bu da müsbət istiqamətdə deyil. Həmin qanunsuzluqlarla kiçik və orta iş adamları yox, həm də böyük iş adamları qarşılaşırlar. Abdulbari Gozalın açıqlaması əslində bunun etirafıdır". Qadir İbrahimli bu qənaətdədir ki, əgər ölkədə normal rəqabətli biznes mühiti olsaydı, Abdulbari Gozal kimi monopolistlər uzun müddət bazarda öz mövqeyini qoruyub saxlaya bilməzdi: "Yəni bazarda tək oyunçu deyil, oyunçulardan biri olardı. Amma bu da fakdır ki, onun açıqlaması göstərir ki, artıq bu problemlərdən iri iş adamları da əziyyət çəkməyə başlayıb. Mənə elə gəlir ki, bu artıq ciddi məsələdir. Hökumət bununla bağlı ciddi siyasi qərarlar qəbul etməlidir. Biznes mühiti yaxşılaşdırılmalıdır. Müəyyən addımlar atılmalı, mülkiyyət toxunulmazlığına təminat verilməlidir. Ölkədə mülkiyyət hüququ ən çox pozulan hüquqlardan biridir. Yalnız bu halda ölkədə biznesin normal inkişafından danışmaq olar. Hələlik isə görüləsi işlər çoxdur, hökumət ciddi addımlar atmalıdır".
Abdulbari Gozalın sözügedən açıqlamasının kökündə bazarların yenidən bölüşdürlməsi tendensiyasının dayandığını vurğulayan istisadçı ekspertin fikrincə, son iki ildə Azərbaycanda mülkiyyətin və bazarların yenidən bölüşdürülməsi prosesi gedir: "Bu qeyri-rəsmi xəbərlər də olsa, həqiqətdir. Heç bir səbəb olmadan biznesdə əl dəyişməsi baş verir. Hazırda biznes sahiblərinə bu kimi hücumlar var. Amma Abdulbari Gozala olan hücumlarla bağlı məndə dəqiq məlumat yoxdur. Amma görünür, o da yuxarıda qeyd etdiyim problemlərlə üzləşib".
"Azərsun Holding"in prezidenti Abdulbari Gozalın "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirən iqtisadçı ekspert Pərviz Heydərov isə "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, hansısa çağırış və ya tələblə heç nəyə nail olmaq mümkün deyil: "İqtisadiyyat özü bir orqanizmdir və onun düzgün çalışması üçün bir çox prinsiplərin olması, həmin prinsiplərə əməl edilməsi, normal atmosferin mövcud olması vacib şərtdir. Bəli, "Azərsun" şirkəti istər ölkəyə idxal olunan, istərsə də yerli istehsala məxsus ərzaq məhsulları, ümumiyyətlə istehlak bazarında qida sənayesi üzrə monopolist mövqeyə malikdir. Lakin dövlət bunu heç də bilərəkdən, şərait yaradaraq təmin etməyib. Yəni deməzdim ki, "Azərsun"un bugünkü mövqeyə sahib olması bilavasitə dövlətin apardığı siyasətin nəticəsidir. Bu, sadəcə olaraq uzun illər ərzində baş verən tendensiyanın müvafiq nəticəsidir ki, "Azərsun" kimi şirkət qida məhsulları üzrə istehlak bazarında inhisarçı mövqeyə yiyələnib. Bazar iqtisadiyyatı üçün əsas şərtlərdən biri rəqabət amilinin olmasıdır. Ancaq iqtisadiyyatın özünün də müəyyən qanunları mövcuddur ki, həmin qanunlara əsasən kiçik bazarlarda, yəni Azərbaycan kimi xırda dövlətlərdə rəqabət amilini təşkil və onu hərtərəfli şəkildə təmin etmək heç də asan başa gələn məsələ deyil".
"Azərsun" şirkətinin 1990-cı illərdə istehlak bazarının təmin edilməsində, yəni ölkədə ərzaq qıtlığının baş verməməsində xidmətlərinin olduğunu vurğulayan iqtisadçı ekspertin sözlərinə görə, bu, ondan irəli gəlir ki, həmin dönəmlərdə Azərbaycanda adıçəkilən holdinq kimi iri müəssisə yox idi: "Lakin bu illər ərzində hələ də "Azərsun"la qarşı-qarşıya gələcək şirkət ortaya çıxmayıbsa və rəqabət amili yoxdursa, bu, artıq iqtisadiyyatın idarə olunmasında müəyyən prinsiplərin çatışmazlığından xəbər verir. Bildiyiniz kimi, Abdulbari Gozal qanunların daha da ədalətli olmasını istədiyini deyib. Qeyd edim ki, Azərbaycanda qanunvericilik bazası kifayət qədər şəffaf xarakter daşıyır və qəbul olunan qanunlar beynəlxalq praktikalara əsasən işlənib hazırlanır. Odur ki, qanunların işləməməsi onların ədalətli olmaması ilə bağlı deyil. Sadəcə olaraq, qanunların işləməsi üçün müvafiq münbit şərait yoxdur. Çünki hələlik bizdə rəqabət şəraiti haqqında qanunvericilikdə ciddi boşluq var. Neçə illərdir ki, bunu təmin edə bilmirlər. Səbəb ondan ibarətdir ki, bu qanun qəbul olunsa belə, yenə də işləməyəcək. Ona görə ki, bunun üçün müvafiq şərait yoxdur. Bu səbəbdən də iqtisadiyyatın idarə edilməsi mexanizmində dəyişikliklər olmalıdır. Bunun üçün müəyyən bir vaxt lazımdır. Odur ki, hər hansı bir tələb və ya şüarla heç nə həll olunan deyil".
Pərviz Heydərov hesab edir ki, istər qida, istər ağır, istərsə də yüngün sənaye olsun, əgər hər hansı bir şirkət inhisarçı mövqeyə sahibdirsə, o zaman həmin sahə ciddi risk altındadır: "Xüsusən də qida məhsulları üzrə rəqabət şəraitinin olması əsas tələblərdən biridir. Yəni əgər sənin bazarını ərzaq məhsulları ilə təmin edən, söz sahibi olan bir və ya iki şirkətdirsə, bu halda bazar real risk altındadır. Çünki sabah hər hansı bir xarici şirkətin bazara ucuz mallarla müdaxilə etməsi qaçılmazdır. Sərhədi başlasan belə, bu, mümkün deyil. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, istənilən yerli istehsala aid məhsul təkcə daxili bazarda rəqabət qabiliyyətliliyi ilə ölçülməməlidir. O eyni zamanda, xarici bazarlarda da söz demək, özünü tanıtmaq gücündə olmalıdır. Əgər sənin daxili bazarında ərzaq istehsal edən şirkətin məhsulları ölkədən kənarda satış qabiliyyətinə malik deyilsə, onun daxili bazarda hökmran mövqe tutması heç bir əhəmiyyət daşımır. Bu özü də risk xarakteri daşıyır. Ona görə də Azərbaycanda yerli istehsalla məşğul olan şirkətlər məhsulları ilə dünya bazarlarına çıxmağa qadir olmalıdırlar. Əgər həmin şirkət, yəni məhsulları xarici bazarlarda yer almayan şirkət monopolist mövqeyə malikdirsə, bu, ümumiyyətlə fəlakətdir". "Hürriyyət"in Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Dünən, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Dünən, 13:14 |
|
|
|
|