Bakı Apelyasiya Məhkəməsində mübhəm mülk davası - Binəqədi Məhkəməsinin arxivindən sənədlər oğurlanıb?
Tarix: 16-07-2019, 11:18 | Çap et
Binəqədi Məhkəməsinin arxivindən sənədlərin oğurlanması haqda ciddi iddialar var. Bundan əlavə, 2007-ci ildə məhkəmə qətnaməsi ilə Kamil İsmayılovun sənədlə mülkü olan evinə belə göz dikiblər: “Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 12 A saylı mülk 12 il əvvəl məhkəmə qətnaməsi əsasında mənim mülkiyyətimə verilib. Hələ 2007-ci ildə anam Binəqədi Rayon Məhkəməsinin bu haqda qətnaməsini alıb. Həmin qətnamə üzrə mülk mənə anam Gülbəniz İsmayılovanın iştirakı ilə təhvil verilib. Həmin vaxt məhkəmə sənədlərində də bu öz əksini tapıb. Lakin bu gün biz Bakı Apelyasiya Məhkəməsində böyük bir cinayətlə üz-üzə qaldığımızı görürük. Deməli, 11 il sonra Binəqədi Məhkəməsi qətnamə çıxarıb. Həmin qətnamə alınandan 1 ay müddətində şikayət vermə müddəti var. Həmin müddətin bərpa olunması üçün böyük bir cinayət törədilib. Apelyasiya şikayəti verilməsi üçün arxivə girib anamın şikayət verməsi üçün onun qətnaməni almasını təsdiq edən sənədləri aradan çıxarıblar. Hansısa yolla Binəqədi Rayon Məhkəməsinin arxivinə yol tapıblar, qətnamənin anama təqdim olunmasını təsdiq edən sənədləri - məktub, qəbz, xəbərnamə, zərfi yoxa çıxarıblar, bunu hüquq-mühafizə orqanları araşdırmalıdır. İşin içindəki sənədlərin siyahısına əlavə məlumatlar daxil edilib. Həmin əlavəyə 1 il əvvəl Binəqədi Rayon Məhkəməsində hakim Kamran Əsədovun katibi vəzifəsinə işə götürülən Tural Bayramov imza atıb. Siyahıya əlavəni isə arxiv müdiri Ruslan Adıgözəlov edib. Bunu ona görə ediblər ki, apelyasiya şikayəti verilməsi üçün əsas yaransın. Böyük bir cinayətə yol verməklə belə bir şikayət ediblər. Mən ədliyyə naziri Fikrət Məmmədovdan, baş prokuror Zakir Qaralovdan xahiş edirəm ki, Binəqədi Rayon Məhkəməsinin arxivində baş verən böyük qanunsuzluqlarla bağlı ölçü götürsünlər. Bu adamlar belə qanunsuzluqlar etməklə, Azərbaycan məhkəməsinin adına xələl gətirirlər, bütövlükdə məhkəmələrdə çıxarılmış qətnamələri şübhə altına alırlar”.
Kamil İsmayılov deyir ki, G.İsmayılova tərəfindən verilmiş apelyasiya şikayəti 11 il sonra - 27 iyun 2018-ci ildə Binəqədi Rayon Məhkəməsinə daxil olub, baxılması üçün mülki işlərlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilib: “Mən ötən il keçirilən prosesdə hakimlərin diqqətinə çatdırdım ki, məhkəmə qətnaməsi çıxarıldıqdan 11 il sonra cavabdeh G.İsmayılova tərəfindən apelyasiya şikayətinin verilməsi qanunsuzdur. Çünki 11 il əvvəl qətnamə çıxarılarkən anam və atam Ənvər İsmayılov qətnamə ilə razılaşıblar. Qətnamə qəbzinə imza edilməklə valideynlərim tərəfindən qəbul edilib. Lakin bu barədə xəbərnamə, qəbz iş materiallarından çıxarılaraq mülki iş yenidən siyahıya alınıb və siyahıda həmin qətnamə göstərilməyib. Mənim bu izahatımdan sonra məhkəmə şikayəti geri qaytardı. Çünki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə verilə bilər. Eyni zamanda məhkəmə bu qənaətə gəlib ki, G.İsmayılova məhkəmə qətnaməsini 6 iyun 2018-ci il tarixində təkrarən alıb. Bu hal da apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz. İş materiallarında qətnamənin alınmasına dair poçt xəbərnamələrinin sıralandığı səhifələrə nəzər yetirdikdə müəyyən olunur ki, orada 118 nömrəli səhifə çıxarılıb. Şikayət geri qaytarılandan sonra Binəqədi Rayon Məhkəməsində sənədlərin itirilməsi ilə bağlı şikayətimi davam etdirmədim. Düşündüm ki, qanunsuzluq dövlət qurumları tərəfindən nəzərə alınar və cinayəti etmiş şəxslər cəzaya çatdırılar. Amma belə aydın olur ki, səhvə yol verib qanunsuzluğun araşdırılmasını, həmin qanunsuzluğun icraçıları ilə yanaşı sifarişçilərinin də cəzaya çatdırılmasını tələb etməli idim. İndi səhvimi düzəltmək qərarını vermişəm. Məhkəmə qərar çıxardıqdan sonra G.İsmayılova Binəqədi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Halbuki əvvəlki qərarda hər şey çox aydın şəkildə yazılıb”.
Kamil İsmayılov bir daha hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etməklə ona qarşı törədilən qanunsuzluqların araşdırılmasını istəyib. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|