Millətə baha dərman sırıyan monopolist deputat - Feyziyev kimə arxayındır?
Tarix: 7-10-2019, 09:12 | Çap et
Beynəlxalq statistik göstəricilərə görə, Azərbaycan dünyanın bahalı ölkələri cərgəsindədir.
Biz bu hesabata özünəməxsus düzəliş eləsək, vətəndaşları ən çox soyan ölkələr sırasında olduğumuzu əminliklə söyləyə bilərik.
Axı hər yerdə insanlar vahiməli soyğunçuluqla qarşılaşır – restoranda, hoteldə, marketdə, ticarət mərkəzində və…aptekdə!
Əhalinin neçə faizinin xəstəlikdən əziyyət çəkdiyini demək çətindir. Amma sağlam insanın az olduğunu asanlıqla deyə bilərik.
Ölkədə şəkərli diabet, hepatit, onkoloji xəstəliklərdən tutmuş dəri-zöhrəvi, sinir, mədə, böyrək, zob və s. ağır və yüngül xəsətliklərdən müalicə alan milyonlarla azərbaycanlı var.
Azərbaycanda səhhətimizin hansı səviyyədə, əhalinin sağlamlığının nə dərəcədə olduğunu bilmək üçün “velosiped” kəşf etmək lazım deyil, apteklərin sayı, hər tin başında fəaliyyət göstərməsi faciəli nəticədir. Deməli, nəyə çox tələbat varsa, o da artır.
Məsələn, Hollandiya ya da Avstriyada qəfil qızdırmanız qalxsa, şəhəri ələk-vələk edib güc-bəla aptek taparsınız.
Axı insanlar sağlamdır, apteklərə çox müraciət eləmirlər. Bizdə isə gecə-gündüz bütün apteklərin kassalarında növbədir.
Ən dəhşətlisi isə restoranda, marketdə olduğu kimi aptekdə də bahalıq, soyğunçuluq, dərmanların “od” qiymətinə satılmasıdır.
Reportyor.info həftə sonu apardığı araşdırma zamanı müəyyən edib ki, bu bahalığın səbəbi illərdir “dərman mafiyası”nın öz gücünü saxlamasıdır.
Məntiqlə ən ucuz elə dərman olmalıdır ki, təqaüdçü də, yoxsul da ölməmək üçün ala bilsin.
Azərbaycanın dərman bazarında isə əjdahanın neçə başı olduğunu deyə bilməsək də, başı var və bulağın qarşısını kəsərək su içməyə gələndən xırs-quldurbasan kimi xərac yığır.
Yəni, dərman mafiozları apteklərdə ucuzlaşmaya imkan vermirlər və ağır sabit şəraiti saxlamaqda maraqlıdırlar.
Araşdırmalar göstərir ki. xüsusən “Avromed” dərman bazarının əsas inhisarçısı, monopolistidir, qiymətlərə ciddi təsir edə bilir.
Əməkdaşlarımızın bir neçə aptekdə keçirdiyi sorğulardan çıxan nəticələr də belə deməyə əsas verir ki, “Avromed” baş inhisarçıdır.
Bəs, onlar buna necə müvəffəq olurlar? – araşdırma qrupumuzun qeydlərinə görə, aptek sahibləri “Avromed”lə işləməyə məcbur edilir.
Bazarda olan depolar, ayrı-ayrı firmalar müxtəlif təzyiq üsulları ilə sıxışdırılır, apteklərə mal verən mənbə olaraq yalnız adıçəkilən şirkət qalır.
Misal üçün, araşdırma zamanı müəyyən eləmişik ki, “Binə” deposu deyilən dərman məntəqəsi “Avromed” tərəfindən sıxışdırılır. Həmin depo apteklərə nisbətə ucuz dərman paylaması ilə fərqlənir.
Bu da bazarın hökrmanı olan “Avromed”in ürəyinə yatmır. Amma “Binə” deposu ilk belə hədəf seçilən qurban deyil. Bu illər ərzində onlarla belə dərman idxalçıları “zərərsizləşdirilib”, bazarı tərk eləməli olub.
“Azerimed” və “Asfarma” kimi iri firmalar da inhisarçılığa görə küncə sıxılırlar. Hazırda “Avromed”lə yanaşı “Zeytun” da aptekləri dərmanla təmin edir. Ancaq hələ də onunla başa-baş rəqabət aparmaq iqtidarında deyil.
O səbəbdən də rəqabətsizlik apteklərdə bahalığa, vətəndaşların cibinə uyğun olmayan qiymətlərə gətirib çıxarır.
Sorğularımızın qənaətinə görə, əhali apteklərdə bahalıqdan çox şikayətçidir. Baş Nazir, Tarif Şurası və ümumən hökumət səviyyəsində qiymət siyasətinə heç bir müdaxilə yoxdur.
Hökumət firmaları qiymətləri endirməyə çağırmalıdır, bazarda qiymətlərin tənzimlənməsi üçün siyasət həyata keçirməlidir.
Hətta 2015-ci ildə prezident İlham Əliyev dərmanların başqa ölkələrlə müqayisədə Azərbaycanda baha olduğunu açıqlamışdı.
Sitat: “Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır və insanlar məcbur olub bu dərmanları alırlar.
Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib.
Digər tərəfdən, dərmanlar var ki, müxtəlif ölkələrdə istehsal olunur. İnkişaf etmiş ölkələrdə onların qiyməti bahadır. O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır.
Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir.
Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır”.
***
Reportyor.info-nun araşdırma qrupunun qeydlərinə görə, prezidentin çıxışından 5 ilə yaxın vaxt keçir və dərman şirkətlərinin, əsasən də “Avromed”in məsuliyyətsizliyi davam edir.
Bu şirkətin səhmdarlarından biri deputat Cavanşir Feyziyevdir. Cavanşir Feyziyev iddia etdi ki, 2015-ci ildə növbəti parlament seçkilərindən sonra “Avromed”də təsisçilik hüququndan imtina edib və öz səhmlərini satıb.
Əcəba Cavanşir Feyziyev bu səhmləri kimə satıb? Onu təsisçilik hüququndan imtina etməyə nə vadar edib? Bu suallar hələ də açıq qalır…
Şirkət haqqında şaiyələr yayılır ki, guya dərman bazarında öz yerini sürətlə itirir, regionlardakı filiallarıbağlanır, Pfizer, Novartis, Roche, Sanofi-Aventis, Abbot, Alcon, Berlin Chemie, Novo Nordisk, Eli Lilly, Takeda kimi əczaçılıq nəhəngləri artıq şirkətlə əməkdaşlığı dayandırır. Hamısı manipulyasiyadır, diqqətdən yayındırmaq cəhdləridir.
Faktiki olaraq, “Avromed”ə rəhbərlik edən deputat Cavanşir Feyziyevdir, apteklərə mal paylayan yenə həmin şirkətdir, bahalığın, inhisarın baiskarı da onlardır, prezidentin tənqidlərini qulaqardı edən də biznesmen-deputatdır.
O, həmin deputatdır ki, “Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi.
C.Feyziyevin ondan az əvvəl də ölümlə nəticələnən qəzada adı keçmişdi. “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olubmuş.
Amma haşiyədən kənara çıxmayaq və qeyd etməliyik ki, dərman bazarında bahalıq ciddi narazılıq doğurmaqdadır.
Bu, İ.Əliyevin xəbərdarlıqlarına daban-dabana zidd getmək və öz maraqlarını diqtə etmək siyasətidir. C.Feyziyev və “Avromed” kimə arxayındır?
Onu da deməliyik ki, Azərbaycanda hələ də dövlət farmakopeyası, dərmanlarla bağlı dövlət reyestri yoxdur.
İnsanlar bilmir ki, Azərbaycan ərazisində istifadəsi üçün icazə verilən dərman preparatlar hansılardır.
Preparat keyfiyyətsiz olanda firmadan nəsə tələb etmək üçün hüquqi əsas olmalıdır. Ölkənin dərman bazarında çox anormal vəziyyət hökm sürür.
Hərdən dərmanın üstündə yazılmış istehsalçı ölkə düzgün göstərilmir.
Yoxlayanda bilinir ki, bu ölkədə heç bu dərmanın adını tanıyan yoxdur, amma Azərbaycanda bu dərman satılır. Məsələyə milli maraqlardan yanaşılmalıdır, korporativ maraqlarından yox.
REPORTYOR.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|