"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM
Tarix: 18-11-2019, 13:04 | Çap et
Bir müddət öncə gecə radələrində təcili olaraq mənzil başına çatmaq üçün taksi xidmətindən istifadə etdik. Maşın elə təzəcə Babək prospektindəki körpüyə yaxınlaşırdı ki, tıxaca düşməli olduq. Uzun müddət tıxacda qalsaq da, hərəkət bərpa olunmadı. Məcburiyyətdən geri qayıdan sürücülərdən nə baş verdiyini soruşduq. Məlum oldu ki, qəza hadisəsi baş verib və tərəflər maşınları yolun ortasında saxlayaraq sığorta şirkətinin əməkdaşının gəlməsini gözləyirlər. Sığortaçı da, yalan olmasın, 2 saatdan yuxarıdır ki, hadisə yerinə gəlib çıxa bilmir. Nəticədə isə, böyük tıxac yaranır və vətəndaşlar əziyyət çəkməli olurlar. Maraqlıdır, yolda nəqliyyatın hərəkətinə mane olan, insanların vaxtını alan bu cür hadisələri necə tənzimləmək olar ki, sürücülər uzun müddət sığorta şirkətini gözləmək məcburiyyətində qalmasınlar? Sığorta məsələləri üzrə ekspert Kamran Babayev bildirdi ki, ən ideal variant hadisə yerindən şəkillər çəkməkdir: "Bu məsələ, əslində sığorta şirkətindən də asılıdır. Məsələn, sığorta şirkətinə rəhbərlik etdiyim dönəmlərdə bu cür hadisələr necə tənzimlədiyimizlə bağlı təcrübəmizi bölüşə bilərəm. İlk olaraq sürücü hadisə yerindən avtomobilin şəkillərini çəkib saxlayır. Yolda tıxac yaratmamaq üçün hadisə yerindən çox da uzaqlaşmamaq şərti ilə sığorta şirkətinin və yol polis əməkdaşlarının gəlməsini gözləmək lazımdır ki, hadisəni protokollaşdırsınlar. Ən ideal variant isə sığorta şirkətlərinin onlayn mobil tətbiqinin olmasıdır. İndi bəzi şirkətlər bundan istifadə edir, amma gələcəkdə daha geniş yayılmış olacaq. Belə ki, sürücü hadisə yerindəcə maşının şəkillərini çəkib sığorta etdirdiyi şirkətin xüsusi mobil tətbiqinə yükləyir, hadisənin harada, necə baş verdiyini qeyd edir və sığorta şirkətinin əməkdaşları şəkillərə baxıb hadisə yerinə gəlib-gəlməyəcəklərini bildirirlər. Hadisə yerindən şəkil çəkilibsə və polislər də bunu qeydə alıblarsa, sığorta şirkəti hadisə yerinə getməyə bilər. Amma günümüzdə ən çox istifadə edilən variant ilk dediyimdir. Əgər yolda tıxac yaratmaq istəmiriksə, hadisədən dərhal sonra maşının şəkillərini çəkib, sonra bir kənarda gözləmək olar. Sığorta şirkətinin əməkdaşı gələndə həm maşını, şəkilləri, həm də yol polisinin protokolunu görəcək və hadisəni qeydiyyata götürəcək”.
Ekspertdən, sığorta şirkətinin belə bir məqamda yollardakı kamera çəkilişini istəmək hüququnun olub-olmadığını da soruşduq: "Əgər hadisə ilə bağlı şübhələr varsa, bu zaman sığorta şirkəti rəsmi olaraq müraciət edib Dövlət Yol Polisindən çəkilişi istəyə bilər. Bu, sırf sığorta işinin tənzimlənməsi üçün lazımdır”. Sığorta üzrə ekspert İlkin Nəcəfov qeyd etdi ki, bu məsələ həm də sürücülər arasındakı razılıqdan asılıdır: "İcbarı sığorta haqqında qanunda da var ki, əgər zərər verənlə zərərçəkmiş şəxs arasında mübahisəli məqam yoxdursa, bu zaman yol polisinə və sığorta şirkətinə məlumat verməklə, nəqliyyatın hərəkət axınına mane olmamaq üçün avtomobili hadisədən sonra yolun kənarına çəkə bilərlər. Amma tərəflər arasında mübahisəli məqam olsa belə, hər yerdə kamera var. Həmin kamera çəkilişləri vasitəsi ilə məsələni həll etmək olar. Yəni sürücülərin yolun ortasında maşını saxlamalarının əsas səbəbi budur ki, birdən maşını tərpədərik, sığorta şirkəti ödənişi etməkdən imtina edər. Ancaq hadisəni törədən tərəf günahı boynuna alırsa, bu zaman nəqliyyatın axınına mane törətmək düzgün deyil. Hətta bunun özü belə, qanun pozuntusudur. Avtomobil hərəkət edilməyəcək vəziyyətdirsə, bu zaman evakuator çağırıla bilərlər. Son olaraq bir daha vurğulayıram, əgər tərəflər arasında mübahisəli məqam yoxdursa, maşınların kənara çəkilməsi daha məqsədəuyğundur, nəinki yolun ortasında saxlamaq”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, sığorta şirkətləri bəzən ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki, sürücülər də bunun üçün maşını yerindən tərpətmədən, sığortaçını gözləyirlər: "Yol hərəkəti haqqında qanun buna icazə verir ki, 1000 manata qədər dəymiş zərərə görə, hadisə yerində dayanıb nə sığorta şirkətinin nümayəndəsini, nə də polis əməkdaşlarını gözəməyə ehtiyac yoxdur. Sürücülər öz aralarında razılığa gəlirlər. Bundan başqa xüsusi texniki vasitələr var ki, avtomobilin şəklini çəkmək olur. Sürücülər özləri hadisə yerindən çəkiliş edib həmin görüntüləri yol polisinə göstərərək, kimin günahkar, kimin günahsız olduğunu müəyyənləşdirirlər. Yol polisi də buna uyğun olaraq protokol tərtib edir, həmin protokolla bərabər, "forma 4” arayışı verilir. Bu arayışın əsasında isə sığorta ödənişi edilir. Sadəcə sığorta şirkətləri sürücüləri incidir, maşının yerindən tərpədilməsi ilə bağlı çoxlu bəhanələr gətirirlər. Təsəvvür edin, bəzən polisin protokolunu belə şübhə altına alırlar. Ona görə, kiçik zərərdə belə, sürücülər saatlarla sığorta şirkətinin əməkdaşının gəlməsini gözləyirlər. Hansı ki, qanun icazə verir ki, maşını müəyyən qədər də olsa, yol kənarına çəksinlər ki, tıxaca səbəb olmasınlar”. //kaspi.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|