SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                 

İran-Azərbaycan münasibətləri və Böyük Azərbaycan məsələsi - Fars-molla rejimi ilə hara qədər yol gedə bilərik? - TƏHLİL
Tarix: 10-04-2014, 10:39 | Çap et
İran-Azərbaycan münasibətləri və Böyük Azərbaycan məsələsi - Fars-molla rejimi ilə hara qədər yol gedə bilərik?
DİA.AZ: - Əslində İlham Əliyevin İran səfəri iki qonşu ölkə arasındakı münasibətlərin qaydasına salınma cəhdindən daha çox, Qərbin İrana münasibətinin dəyişməsinin təzahürü kimi qəbul edilməlidir. Təbii ki, Azərbaycan bir müstəqil ölkə olaraq İranla həssas qonşuluq siyasəti yürüdür. Amma buna rəğmən dünənə qədər əlaqələrdə bir gərginlik ruhu var idisə də, məhz Qərbin, xüsusən də ABŞ-ın İran siyasətindəki yeniliklər özünü Azərbaycan-İran münasibətində də hiss elətdirmiş oldu.

Və İranda Qarabağdan…

…danışıldı. İranda əslində ən axırıncı mövzu kimi Qarabağdan danışıla bilərdi. O səbəbə görə ki, rəsmi Tehranın bu problemə əlahiddə baxışı var. Xamneyinin dediyi kimi, Azərbaycanla İran eyni məzhəbdən olsalar da, İran hər zaman Qarabağ münaqişəsinin həllində adındakı «İslam Respublikası» ifadəsinə uyğun mahiyyətdən uzaq dayanıb. Bu bir faktdır ki, İran bu gün Ermənistanın həyatında əsas rol oynayan bir ünvandır və Ermənistan bir dövlət olaraq siyasi, iqtisadi anlamdan Rusiyanın çiyinlərində dayanırsa, nəfəslik olaraq İrana borcludur.

Belə bir şəraitdə…

…İranda Qarabağla bağlı söylənilən istənilən bir fikri ciddiyə almaq olmaz. Bunu sübutlayan bir hadisə isə prezident İlham Əliyevin İran səfəri ərəfəsində baş verdi. Yayılan xəbərlərdən aydın olurdu ki, İlham Əliyevin İran səfəri ərəfəsində Ruhani Azərbaycan prezidenti ilə danışıqlarının predmeti barədə açıqlama verib.

Məlumatda deyilirdi: «Ölkə Prezidenti doktor Ruhani ölkənin Azad Zonaların müdirləri ilə iclasında söz verib ki, Azərbaycan Prezidentinin bu yaxınlarda baş tutacaq Tehrana səfəri çərçivəsində Culfa dəmir yolunun Azərbaycan Respublikasına və bu vasitə ilə Ermənistan və Avropaya birləşdiriləcəyi mövzusu gündəlikdə dayanır və bununla da Araz və Maku Azad Zonalarının ticarət şəraitləri daha da genişlənəcək.

Azad Zonalar Katibliyinin Əlaqələndirmə Şurasının ictimai əlaqələr ofisindən verilən məlumata əsasən, Prezident höccətul-islam vəl-müslimin doktor Ruhani ölkənin Azad Zonalarının İranın inkişafı və müqavimət iqtisadiyyatındanın gerçəkləşməsindəki rolunu çox önəmli adlandırıb».

Yəni anlaşılanı o idi ki, rəsmi Tehran İlham Əliyevi Culfa dəmir yolunun Ermənistan ərazisindən keçməklə Avropaya uzanmasına razı salmağa çalışacaq.

Əslində bu fakt…

…o demək idi ki, İran tərəfi rəsmən Azərbaycanı ələ salmağa çalışır. Bunun başqa bir adı yoxdur. Təbii ki, İranda Azərbaycanın özünün Qarabağ itkisinə hansı müstəvidə yanaşdığını gözəl bilirlər və onu da gözəl bilirlər ki, məhz İlham Əliyevin israrları ilə illərdir ki, Ermənistan çox ciddi layihələrdən kənarda saxlanılır.

Halbuki bunun müqabilində Azərbaycan izafi xərclərə düşür. Yəni normalda Azərbaycana da sərf edir ki, bütün layihələr daha az məsafə qət edilməklə həllini tapsın. Amma Azərbaycan üçün bir nömrəli priritet məhz onun Qarabağ probleminə olan münasibətdir ki,

İranda bunu başa düşmədilər.

Və yaxud da özlərini başa düşməmiş kimi göstərdilər. İlham Əliyevi «Culfadan Ermənistana» layihəsinin anonsu ilə qarşılayan rəsmi Tehranın daha bundan sonra bütün deyəcəklərində nə səmimiyyət axtarmalı deyilik, nə də hansısa kəlmədən coşub, eyforiyaya qapılmalı deyilik.

İrandakı fars hakimiyyəti illərin ənənəsinə malikdir və bu ənənədə hiyləgərlik - siyasət kimi, dəfərlərə xəyanət isə diplomatiya kimi təqdim olunursa, daha İranda nə şiə təəssübkeşliyini aramalı deyilik, nə də din qardaşlığını.

Bu bir faktdır ki, bu gün fars-molla rejiminin işğalı altında olan Güney Azərbaycanda özlərinin ən sıradan milli haqqlarını tələb edən bacı və qardaşlarımıza dar ağacına qədər bir yol göstərilir. Amma onlardan fərqli olaraq ermənilər bu gün fars-molla rejiminin göz bəbəyi kimi xüsusi imtiyazlara madikdir. Hətta İran adlanan ərazidə yerli yəhudilər belə Güney Azərbaycan türklərindən daha azad və daha çox hüquqlu bir qövmdürlər.

Bu səfər uğurludur,

amma bu səfərin uğuru daha çox Qərbin ayağındadır. Azərbaycan heç bir halda İranı Qarabağ probleminə münasibətdə hətta neytrallaşdırmağa da müvəffəq ola bilməz. Hələ onların bizi müdafiə etmələri niyyətini bir kənara atırıq.

Çünki İranda yaxşı bilirlər ki, Xankəndinin, İrəvanın azadlığının ardından hədəfdə ilk olaraq nə Dərbənd deyil, nə Borçalı, nə Qars-İğdır-Diyarbəkir, nə də ki Kərkük… Azərbaycan türkünün ən yaxın hədəfi özünün böyük adını, böyük kimliyini ona qaytaracaq Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməsidir, bütövləşməsidir.

Bu, tarixi biz yaşayacağıq. Geci və tezi var…

Elə buna görə də Qarabağ münaqişəsinin həllində İrandan mədət ummağımız və yaxud da İranı neytrallaşdırma imkanlarımız xəyalpərəstlikdir. Salamatı bir pis qonşular kimi gəlir-çıxar barədə danışmaqdır. Hələlik…

DİA.AZ Araşdırma Qrupu








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru