Sabiq MTN zabitindən İŞİD təhlükəsi ilə bağlı ilginc açıqlamalar
Tarix: 13-07-2016, 09:03 | Çap et
Türkiyənin “Milliyet” qəzetinin İŞİD terror təşkilatının üzvlərini Avropaya göndərmək üçün Azərbaycan, Gürcüstan və Kipr ölkələrini yeni marşrut xətti kimi seçdiyi, Azərbaycan və Türkiyəni hədəfə aldığı barədə verdiyi xəbər hər iki dövlətdə ciddi narahatlıq doğurub. Ekspertlər xəbərin ardından həyəcan təbili çalırlar.
Azərbaycanın İŞİD təhlükəsini önləmək üçün ciddi tədbirlər görməsi, dünyanın öndə gedən xüsusi xidmət orqanları ilə əməkdaşlığı genişləndirməsinin vacibliyi vurğulanır. Qəzetin xəbərində İŞİD-ın Azərbaycan və Türkiyədə terror aktları törətmək üçün Azərbaycan və Şimalı Qafqaz terrorçularından istifadə edəcəyi barədə xəbərin verilməsi təhlükəni daha da artırır.
Xüsusilə, İŞİD-ın tərkibində azərbaycanlıların olduğunu nəzərə alsaq, təcili addımların atılması çox vacibdir.
Keçmiş MTN rəhbərlərindən olan, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər terror təhlükəsinin gücləndiyini bildirdi: “İndiyə qədər etdiyimiz xəbərdarlıqlara baxmayaraq, Azərbaycan hakimiyyəti lazımı tədbirlər görməyib. Bu istiqamətdə atılan addımları hələ ki, yetərsiz hesab edirəm. Çünki terrorla mübarizə aparmaq üçün ilk növbədə, ölkənin güclü kəşfiyyat xidməti olmalıdır. Nəzərə alsaq ki, MTN ləğv edilib və bu kəşfiyyat xidməti yenidən qurulur, onda mənzərə aydın olar. İŞİD-lə sözdə deyil, realda ciddi mübarizə aparan dövlətlərin xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq etmək lazımdır. Burada Azərbaycan, ilk növbədə, qardaş Türkiyə ilə sıx əməkdaşlıq etməlidir. Bundan əlavə, ABŞ, İsrail, Almaniya, Fransa, Böyük Britaniyanın da kəşfiyyat orqanları ilə yaxın əlaqələr qurulmalıdır. O cümlədən, Pakistan kəşfiyyatı ilə də yaxından əməkdaşlıq çox vacibdir. Çünki onların terrorla mübarizədə böyük təcrübələri var. Sadaladığım ölkələrlə Azərbaycan qısa zamanda sıx əlaqələr qurmağı bacarmalıdır. Özü də qura bilməsə, burada Türkiyənin yardımından istifadə etməlidir. Çünki Türkiyənin qeyd etdiyim ölkələrlə uzun illərdir sıx, praktiki əlaqələri var. Bir amili unutmaq olmaz ki, terrorla mübarizədə kəşfiyyat çox önəmlidir. Terror təşkilatları qloballaşıblar. Yüzlərlə Azərbaycan vətəndaşı İŞİD sıralarında döyüşür. Eyni zamanda, ölkə daxilində İŞİD-lə bağlı olan şəxslərin həbsləri, məhkəmələri keçirilir. Terror təşkilatı artıq Türkiyə və Azərbaycanı özünün əsas hədəflərindən biri kimi elan edib”.
S.Əkbər türk kəşfiyyatının dünyanın aparıcı kəşfiyyat xidmətlərindən olmadığını qeyd etdi: “Yalnız Türkiyəyə arxalanmağımız yetərsiz olar. Unutmaq olmaz ki, dünyanın qabaqcıq kəşfiyyat xidmətləri belə terrorun qarşısını ala bilmirlər. İŞİD gizli, radikal şəkildə mübarizə aparır və öz sıralarında təmizləmə işi aparmağı bacarır. Buna görə onların sıralarına adam yerləşdirmək çətindir. Aşağı səviyyələrdə agentlər ola bilər. Amma unutmaq olmaz ki, qərarların siyasi, strateji, praktiki və operativ kimi səviyyələri var. İŞİD terror qruplaşması olduğundan, burada siyasi və strateji qərarlar vahiddir. Burada rəhbərliyə adam yerləşdirmək çətindir. Azərbaycan və Türkiyə imkanlarını birləşdirməlidir. Siyasi, strateji və operativ səviyyələr güclü olmalıdır. Çünki hansı ölkədə terror törədiləcəyi bu səviyyəli qərarlarla verilir. Rus kəşfiyyatının bu sahələrdə imkanları çoxdur. Çünki İŞİD rəhbərliyi keçmiş ”əl-Qaidə" üzvləri və Səddam Hüseynin generallarından ibarətdir. O generallar da Rusiyada təhsil alıblar. Rus dairələri ilə yaxından əlaqələri var. Rusiyanın bu informasiyaları bizimlə bölüşüb-bölüşməməsi mənim üçün sualdır".
Sabiq MTN-çi azərbaycanlı İŞİD-çinin Türkiyədə həbs edilməsi, birinin də axtarışda olmasına bu cür şərh verdi: “İŞİD Türkiyə və Azərbaycanı hədəf seçibsə, demək bu ölkənin vətəndaşlarından istifadə edəcək. Dünyada baş verən terrorlar bunu sübut edir. Bu baxımdan gözləniləndir. MDB ölkələrinin vətəndaşlarından da istifadə oluna bilər. İŞİD strateji düşüncəyə sahib şəxslər tərəfindən idarə olunur. Bu amansız terror təşkilatından gələn hər bir informasiyanı ciddiyə almaq lazımdır. Əks halda nəticələri ağır ola bilər”. Partiya sədri Azərbaycanın hədəf seçilməsinə də aydınlıq gətirdi: “Türkiyənin hədəf seçilməsi bəllidir. Çünki uzun zamandır aktiv şəkildə İŞİD-lə mübarizə aparır. Azərbaycana gəldikdə isə, bunun səbəblərini dəqiq bilmirik. Əgər İŞİD burada terror törətmək istəyirsə, təkcə Azərbaycanla bağlı ola da bilməz, digər ölkələrə yönəlik siyasət də ola bilər. Azərbaycanda bir çox xarici ölkələrin nümayəndəlikləri var. Yəni İŞİD harada mümkünsə, orada da mübarizəsini aparacaq. Bu, sərhəd mübarizəsi deyil. Hər istiqamətdən təhlükə gözləmək olar. Azərbaycan və Türkiyə arasında sıx əlaqələr var, strateji müttəfiqlik mövcuddur. Eyni zamanda, ölkə daxilində İŞİD-la ciddi mübarizə gedir. Bunu həbs edilmələr, keçirilən məhkəmələr sübut edir. Bu baxımdan hədəfə gələ bilərik”.
Müsahibimiz sonda Azərbaycanın İŞİD təhlükəsindən sovuşmaq üçün hansı istiqamətlərə diqqət yetirməsindən də söz açdı: “Təhlükəsizlik orqanı İŞİD təhdidi ilə mübarizəni narıncı səviyyəyə qaldırmalıdır. Narıncı qırmızı rəngdən öncəsidir. Qırmızı səviyyə o zaman elə olunmalıdır ki, artıq kəşfiyyat orqanının təhlükə barədə əlində informasiya olsun. Yəni terror olması, harada törədiləcəyi barədə dəqiq məlumat olur. İndi ümumi məlumat olduğuna görə, narıncı səviyyəyə qaldırılmalıdır. Belə halda təhlükəsizlik xidməti hazır vəziyyətdə olur. Açığı panika yaratmağa da ehtiyac yoxdur. Azərbaycan hazırlıqsız yaxalanmamalıdır. Deyilməməlidir ki, terror gözlənilmirdi. Azərbaycan hakimiyyəti və cəmiyyəti bilməlidir ki, belə hadisə gözlənilir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|