"Əslində bizə Ermənistanda yalnız qarışıqlıq sərf edir ki, düşmən tərəf iç-içə girsin"
Tarix: 10-10-2018, 08:43 | Çap et
Bu ilin dekabrında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə qərar parlamentin oktyabrın 9-da baş tutan iclasında qəbul edilib. Qanunverici orqanın 55 deputatı qərarın lehinə səs verib.
Siyasi ekspertlər hesab edir ki, parlamentin belə bir qərar verməsi Ermənistanın baş naziri Nikol Paşinyanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri, məşhur biznesmen Qaqik Tsarukyanla görüşərək memorandum imzalamasından sonra mümkün olub. Buna qədər Paşinyan parlamentdə növbədənkənar seçki qərarının qəbuluna nail ola bilmirdi. Bu memorandumdan sonra parlamentdə çoxluqda olan Serj Sərkisyanın Respublika Partiyası müqavimət göstərə bilməyib. Səsvermə Paşinyanın istəyinin nəhayət reallaşması ilə nəticələnib.
Ermənistanda dekabrda keçiriləcək parlament seçkilərinin həddən artıq gərgin keçəcəyi proqnozlaşdırılır.
Azərbaycanın müxalifət düşərgəsi Ermənistanda seçkilərin nəticələrinin hansı ssenarisinin bizə sərf etdiyini düşünür?
VİP sədri Əli Əliyev bildirdi ki, Nikol Paşinyan seçkiləri önə çəkməklə Qarabağ klanının Kremllə hazırladığı planı pozmaq istəyir. Onun hesablamalarına görə uzaq vədədə Robert Köçəryan Moskvanın dəstəyi ilə güclənə bilər. Zaman keçdikcə Paşinyandan olan gözləntilər puça çıxa bilər deyə o, tələsmək zorundadır. Əslində bizə Ermənistanda yalnız qarışıqlıq sərf edir ki, düşmən tərəf iç-içə girsin: “Bu halda Rusiyanın nüfuzu güclənəcək. Digər iki variant da xeyrə deyil. Köçəryanın timsalında Qarabağ klanı hakimiyyətə dönsə, Kremlin bölgə və Ermənistana təsiri həlledici olacaq. Üçüncü gedişat da ürəkaçan deyil. Belə ki, Ermənistanda demokratik sistemin qurulması Qarabağ münaqişəsinin həllində onların əlini güclü edə bilər. Ona görə də Azərbaycan ümidini Ermənistanda seçkinin necə nəticələnməsinə deyil, öz daxilində demokratik açılım, siyasi münasibətlərin yumşaldılması, Qarabağ münaqişəsinin həllində ümummilli platformanın yaradılmasına, daxili dialoqa bağlamalıdır”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, Paşinyan faktiki olaraq ölkənin icra hakimiyyətini əlində cəmləşdirir. Ancaq nəzərə alsaq ki, Ermənistan parlamentar respublika modelinə keçib, hazırda burada əsas siyasi qüvvə parlament sayılır. Çünki belə dövlətlərdə hökuməti parlament formalaşdırır. Nə qədər ki, parlament Paşinyanın müxalifətinin əlindədir, o özünü arxayın hiss edə bilməz. Odur ki, Paşinyan və onun komandası tələsir.
Azərbaycanın maraqları baxımından yanaşsaq, hansı siyasi qüvvənin orada hakimiyyətə gəlməsinin strateji cəhətdən elə də fərqi olmayacaq: “Çünki erməni xisləti və onların Azərbaycana münasibətləri birmənalı olaraq mənfidir, düşməncədir. Yəni biz oradakı hansısa siyasi təlatümlərə və ya şəxslərə ümid etməməliyik. Tam əksinə, bütün mümkün vəziyyətlərin həllini özümüzdən asılı hala gətirməliyik. Yəni ki, rəqibin zəifliyinə deyil, özümüzün gücünə arxalanmalıyıq.
Ancaq ümumiyyətlə götürsək, düşünürəm ki, parlament seçkilərində təcrübəsiz, populist, yeganə hamiləri olan Rusiya ilə aranı soyudan Paşinyan və onun komandasının qalib gəlməsi bizə sərf edir. Çünki Qarabağ məsələsində lap əvvəldən birmənalı və tam şəkildə hərbi, siyasi, iqtisadi cəhətdən Ermənistanın yanında dayanan Rusiya ilə münasibətləri Paşinyanın populist və qərbyönlü siyasəti məhv edir. O da bəllidir ki, Rusiya kimi müttəfiqdən məhrum olan Ermənistanın Qarabağ konfliktində Azərbaycanın qarşısında heç bir mənada şansı yoxdur. Məncə, hazırkı vəziyyətdə Rusiya ilə münasibətlərin soyumasına səbəb olan siyasi qüvvənin Ermənistanın tam hakimiyyəti olması Azərbaycanın maraqları çərçivəsindədir. Belə bir vəziyyətdə Rusiyanın da sakit qalacağına inanmıram, ancaq bu artıq başqa bir məsələnin mövzusudur".
ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, Ermənistan Azərbaycan ərzilərini işğal edən və bu gün də ilhaq siyasətini həyata keçirən dövlətdir. Bu baxımdan Ermənistanda baş verən ictimai-siyasi hadisələr, o cümlədən keçirilən seçkilər Azərbaycanda həssaslıqla izlənilir. Ona görə də Ermənistanda keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin hansı ssenari üzrə keçirilməsinin sözsüz ki, Azərbaycan üçün əhəmiyyəti var: “Hesab edirəm ki, Ermənistandakı parlament seçkilərinin azad, ədalətli və demokratik şəkildə keçirilməsi Azərbaycan üçün daha məqbul olardı. Çünki yalnız demokratik seçkilərlə Ermənistanın nisbətən mütərəqqi qüvvələrinin parlamentə düşmə şansı böyükdür. Ermənistanın bu cür qüvvələri hakimiyyətdə təmsil olunarsa, bu faktor Dağlıq Qarabağ probleminin ədalətli həllinə müsbət təsir edə bilər. Yox, əgər bu seçkilər də bu vaxta kimi keçirilən seçkilər kimi Rusiyanın nəzarəti altında keçiriləcəksə, sözsüz ki, bunun istər regionun demokratikləşməsi baxımından, istərsə də Dağlıq Qarabağ probleminin ədalətli həll olunması baxımından Azərbaycana heç bir müsbət təsiri olmayacaq”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
|