"Mənə belə gəlir ki, karantin müddəti uzadılacaq" - deputat
Tarix: 14-04-2020, 09:17 |
Çap et
“Virusa yoluxanların sayı azalarsa, təbii ki karantin müddətini yekunlaşdırmaq olar”.
Bu fikirləri Yenicağ.az-a açıqlamasında ölkədə tətbiq edilmiş karantin rejiminin uzadılacağı haqda ehtimallara münasibət bildirən millət vəkili Aqil Abbas deyib.
Aqil Abbasın fikrincə, indiki vəziyyətdə karantin rejimi müddətinin uzaldılacağı daha real görünür:
“Əhali evdə qalıb sıxılır, qadağalara əməl etmir. Bunu vətəndaşlara yazılan cərimələrin sayından da açıq görürük.
Ölkədə virusa yoluxanların sayı azalarsa və xəstələnənlər arasında sağalanlar çoxalarsa, o halda, təbii ki karantin müddətini yekunlaşdırmaq olar.
Amma mənə belə gəlir ki, karantin müddəti uzadılacaq. Bunun nə vaxta qədər davam edəcəyini deyə bilmərəm. Hər şey vəziyyətdən asılı olacaq”.