“Təhlillər radikal müxalif münasibətin ölkəmizə xeyir vermədiyini göstərir”
Tarix: 25-04-2020, 11:10 | Çap et
Xəbər verildiyi kimi, REAL Partiyasının sədri İlqar Məmmədov və partiyanın funksioneri Rəsul Cəfərov aprelin 23-də bəraət alıblar.
Onlara təzminat ödənilməsi barədə qərar da çıxarılıb. Hakimiyyətlə dialoqdan imtina edən müxalifət partiyalarının bəzi yetkililəri isə məsələyə “Hakimiyyət niyə müxalifətin bir hissəsinə bəraət və təzminat verir, başqa hissəsini düşmən elan edir” sualını qoyaraq fərqli münasibət sərgiləyir.
Böyük Azərbaycan Partiyasının sədri Elshad Musayev bu barədə Musavat.com-a bildirdi ki, Sülhəddin Əkbərin sədri olduğu Azad Demokratlar Partiyasının qeydə alınmasından sonra hakimiyyətin müxalifətə yönəlik daha bir ciddi addımı məhz İlqar Məmmədovla bağlı olub: “Ali Məhkəmə ilk dəfədir ki, belə vacib qərar qəbul etməklə əvvəlki məhkəmə hökmlərinin səhv olduğunu etiraf edir. Obyektivlik naminə qeyd etmək lazımdır ki, Ali Məhkəmənin timsalında hakimiyyətin atdığı bu addım müsbət qiymətləndirilməlidir. Biz illərlə deyirik ki, məhkəmələrdə müxalifətçilərə, müstəqil media təmsilçilərinə qarşı qəbul olunmuş yanlış məhkəmə hökmləri ləğv olunub bəraətlə əvəz olunsun. İndiki halda bəraət verilib, bunun nəyi pisdir? Əgər Ali Məhkəmənin Plenumu əvvəlki məhkəmə hökmlərini qüvvədə saxlasaydı, nə olacaqdı? Bu, yaxşı presedentdir və çalışmalıyıq ki, onlar daha çox adama tətbiq olunsun. Məhkəmələr doğrudan da ədalət mühakiməsini həyata keçirsinlər, qanunsuz, ədalətsiz qərarlar, hökmlər verməsinlər. İqtidar-müxalifət mübarizəsi məhkəmə, həbsxana müstəvisində deyil, seçki müstəvisində olsun.
Şəxsi münasibətlərimizdən, ideoloji mövqemizdən asılı olmayaraq istənilən şəxsə, xüsusən də müxalifət və media təmsilçilərinə yönəlik verilən bəraət hökmlərini məqbul hesab etməklə belə addımların davam etməsini arzulayıram. O ki qaldı hakimiyyətin müxalifətin fərqli hissələrinə fərqli münasibət göstərməsi məsələsinə, məncə, sual hakimiyyətin özünə verilməlidir. İndiki halda mən konkret fakta qiymət verirəm. Təhlillər radikal müxalif münasibətin ölkəmizə xeyir vermədiyini göstərir. Düşünürəm ki, hakimiyyət də, müxalifət də radikal səngərdən daha rasional mövqeyə keçməlidir. İndiki pandemiya ilə mübarizə şəraitində isə münasibətlər daha mülayim müstəviyə gətirilməlidir”.
Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, ölkədə yeni siyasi konfiqurasiyanın qurulduğu, yeni siyasi yumşalmalara gedilməsi xüsusilə prezident İlham Əliyevin təşəbbüsü ilə baş verir: “Bu siyasi yumşalma cəmiyyətdə yeni müsbət dəyişikliklər, yeni siyasi perspektivlər vəd edir. Siyasi partiyalarla dialoqun başlaması, prezident administrasiyasında bununla bağlı iş şöbəsinin partiya sədrləri ilə dialoqu, mütəmadi əlaqələrin saxlanması, dialoqun davam etdirilməsi dövlətçiliyin möhkəmlənməsinə və iqtidar-müxalifət anlaşması fonunda cəmiyyətin siyasi cəhətdən inkişafına gətirir.
Əslində iqtidar tərəfi heç kimə ayrı-seçkilik qoymadan ilk gündən bütün müxalifət partiyalarına dialoq çağırışı etdi, görüş dəvəti bütün partiyaların sədrlərinə oldu. Əksər müxalifət partiyası dialoqa getdi, görüşlər oldu. Cəmi bir-iki nəfər bu görüş təklifini qəbul etmədi. Yəni onları kənarda hakimiyyət yox, özlərinin davranışı qoyub. Bu dialoqa radikal kəsim getməməklə iqtidarla arasında böyük uçurum yaradır və iqtidar da onların davranışlarını ümumi dövlətçiliyə düşmənçilik kimi qiymətləndirir. Müxalifətin bəlli qisminin düşmən adlandırılmasında, görünür, iqtidarın əlində arqumentlər var ki, bu qənaət formalaşıb. Hesab edirəm ki, hazırkı pandemiya dövründə bütün partiyaların əməkdaşlığı, iqtidarla dialoqu zəruridir. İlqar Məmmədovla bağlı məsələyə gəldikdə, onların partiyası hakimiyyətlə dialoqa getdi, ümumi müsbət atmosfer formalaşdı. İlqar Məmmədova bəraətin verilməsini ədalətin bərqərarı kimi qiymətləndirirəm və onun haqqıdır. Göründüyü kimi, siyasi dialoq və birlik çağırışına cavab verən partiyalarla əməkdaşlıqda hüquqi problemlər də ortadan qalxır”. Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|