Müxalifətin "oxumuş adamları" niyə azalıb - səbəblər
Tarix: 6-05-2020, 10:15 | Çap et
Azərbaycan müxalifəti intellektual bazasını itirmə dövrünü yaşayır. Bu hal uzun illlərdir ki, davam edir. Əvvəllər aparıcı müxalif qurumların rəhbərliyində ölkədə kifayət qədər nüfuz sahibi olan alimlər, tanınmış ziyalılar, politoloqlar təmsil olunurdular. İndi bundan əsər-əlamət yoxdur. Bu da haqlı olaraq, çoxsaylı suallara yol açır.
Siyasi partiyaların bazalarını bu qədər itirmələrinin səbəbləri barədə ən müxtəlif versiyalar, fikirlər irəli sürülür. Demokratik düşərgənin uzun illərdir ki, uğursuzluq yaşamasının kökündə duran amillərdən biri kimi intellektual bazanın qıtlığı göstərilir. Burada günahkarların kimlər olduğu barədə isə yetkin bir fikir yoxdur.
Sabiq dövlət müşaviri Qabil Hüseynli deyilənlərlə razılaşır: “Doğrudan da müxalifət partiyalarının bir hissəsində cəmiyyətin intellektual potensialının müəyyən qismi toplanmışdı. Həqiqətən də elm adamlarının, digər bu qəbildən olan peşəkarların təmsil olunması bir növ normaya çevrilmişdi. Bu adamlar müxalifət partiyalarının cazibə qüvvəsini təşkil edirdilər. Yəni partiyaların cazibəsinin artmasında bu adamların rolu az deyildi. Doğrudur, həmin dövrlərdə həm lider, həm də ideya ətrafında toplanmaq müəyyən bir vərdişə çevrilmişdi. Partiyaların formalaşmasında bu mühüm rol oynayırdı. Amma təəssüflər olsun ki, müəyyən zamanlarda partiya liderlərinin yanlış addımları, bu intellektual potensialla həssas davranmamaları, onları bəzi dövrlərdə küsdürmələri, incik salmaları potensialın dağılmasına gətirib çıxardı. Zənnimcə, potensialı qoruyub-saxlamaq üçün partiya liderlərinin özləri ilk növbədə, nümunəyə çevrilməli idilər. Qeyri-standart qərarların verilməsində, həmin qərarların icrasında özləri nümunə göstərməli, praktiki addımlar atmağı öz üzərlərinə götürməli idilər. Amma təəssüf edirəm ki, belə olmadı. Müəyyən tarixi dönüş məqamlarında, siyasi məsuliyyətin olduğu və siyasi qərarların verilməli olduğu bir məqamda həmin liderlər ya acizlik göstərdilər, ya da düzgün qərarlar qəbul edə bilmədilər.
Bəziləri sözün həqiqi mənasında qorxaqlıq nümayiş etdirdilər. Bu səbəbdən də vaxtilə kifayət qədər populyar olan liderlər, onların əllərində rəhbər tutduqları ideyalar qısa müddətdə nüfuzdan düşməyə başladılar. Nəticədə partiyalar daxillərində intriqalar dövrünə qədəm qoydular. Bu partiyalar sürətlə potensiallarını itirməyə başladılar. Bu avtoritetlik partiyaların təkcə cazibə qüvvəsi deyil, eyni zamanda intellektual bazası idi. Onlar proqramlar hazırlayır, cəmiyyətə mesajlar verir, mətbuatda partiyanın ideyalarını təbliğ edir, nəticə etibarı ilə partiyaların populyarlığını təmin edirdilər. Amma həmin intellektual baza zəifləyəndən sonra partiyalar həm parçalanma, həm də intellektual potensialı itirmə dövrünü yaşadılar. Nəticədə bu müxalif qurumlar öz qınına qapanmağa məcbur oldular. Keyfiyyət dəyişiklikliyi ilə partiyalar əvvəlki populyarlığı, intellektuallığı təmin edə bilmədilər. Əgər bugünkü mövcud durumu böhran, partiyaların kritik məqamlardan keçmə dövrü adlandırsaq, bu gün də partiyalar həmin vəziyyəti yaşamaqda, hətta olan-qalanı da getdikcə itirməkdədirlər. Partiyaların başında duran şəxslər nə cazibə qüvvəsinə çevrilə, nə öz nüfuz və avtoritetlikləri ilə ətraflarına insanlar cəlb edə bilirlər, nə də siyasi proseslərə əvvəllər olduğu kimi təsir etmək imkanlarına malik deyillər”. Yuxarıda qeyd etdiyimiz problemləri yaşayan AMİP-in sədr əvəzi Arzuxan Əlizadə: “Bildiyiniz kimi, AMİP müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçmiş siyasi partiyasıdır. Partiya quruculuğunda Etibar Məmmədov və ölkənin müstəqilliyinin əldə olunmasında xüsusi xidmətləri olmuş siyasilərlə yanaşı Elmlər Akademiyasının prezidentindən tutmuş digər tanınmış elm və incəsənət xadimlərinə, ziyalılara, müxtəlif səviyyəli ixtisas sahiblərinə, iş adamlarınadək bir çox şəxslər yaxından iştirak ediblər. Sonradan həmin şəxslər uzun müddət partiya rəhbərliyində təmsil olunublar. Zaman keçdikcə bu şəxslərin bir hissəsi siyasi baxışlarının dəyişməsi səbəbindən, bir hissəsi öz potensialını ölkə quruculuğunda realizə etmək məqsədilə, başqa bir hissəsi iqtidar düşərgəsində təmsil olunmağa üstünlük verdikləri səbəbindən partiyanı tərk ediblər. Belə şəxslərin sayı o qədər çoxdur ki, hətta bu mənada bəzən AMİP-i iqtidarın kadr bazası da adlandırıblar. Əlbəttə ki, hər bir siyasi təşkilat öz mütəxəssisləri və intellektual potensiala malik üzvlərinin çoxluğu ilə güclü olur. Bu anlamda müxalif düşərgənin belə potensiala sahib olması heç şübhəsiz ki, uğur qazanmağın da əsası ola bilərdi. Amma təəssüf ki, müəyyən bir dövr kəsimində təkcə müxalif düşərgədən deyil, həmçinin ölkədən beyin axını olub ki, bu da ümumilikdə ölkə üçün xoşagələn hal sayıla bilməz. Mən bu vəziyyətin yaranmasına digər amillərlə yanaşı uzun müddət ərzində normal siyasi mühitin və bərabərhüquqlu siyasi münasibətlərin formalaşmamasının da səbəb olduğu qənaətindəyəm”. Yeni Müsavat
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Dünən, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Dünən, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Dünən, 15:24 |
|
|
|
|