Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                 

Gültəkin Hacıbəylinin “videoqeybət”i...
Tarix: 14-05-2020, 10:36 | Çap et
Gültəkin Hacıbəylinin “videoqeybət”i...
Müxalifətin radikal qanadının, xüsusilə də “Milli Şura”nın üfunət qoxuyan bir bataqlığa çevrildiyini təxmin edirdim, amma vəziyyətin nəinki təxmin, heç təsəvvür edilməyəcək qədər vahiməli olduğunu ağlıma belə gətirmirdim. Əsasən “Milli Şura” adlanan qurumun rəhbərliyində təmsil olunmuş şəxslərin keçirdiyi videokonfrans radikal müxalifətin gerçək durumunu, bu düşərgədəki mənəvi-əxlaqi deqrodasiya prosesinin ən son həddə çatdığını ən “incə” detallarına kimi, şəxsən mənim üçün gün işığına çıxardı…

Əslində Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Rafiq Manafov, Vidadi Mirkamal, Qənimət Zahid və digərlərinin iştirak etdiyi videokonfrans” “videoqeybət” və yaxud Gültəkin xala və digərlərinin qeybət videokonfransı adlandırmaq daha doğru olardı… Çünki müzakirə olunan mövzular və bu mövzularla bağlı səsləndirilən fikirlərin qurşaqdan aşağı səviyyəsi radikal düşərgə təmsilçilərinin söhbətinin ən yaxşı halda “qeybət” adlandırılmasına imkan verir.

Dəyərli oxucular, öncədən qeyd edim ki, təsəvvürünüzdə ənənəvi qeybət “səhnələri” ilə bağlı heç bir mənzərəni canlandırmağa cəhd göstərməyin. Bu heç mümkün də deyil!

Deməli, videoqeybətin baş ittihamçısı rolunda çıxış edən Gültəkin Hacıbəyli sosial şəbəkələrdə seksual azlıqlarla apardığı “qlobal mübarizə”, virtual “fədakarlıq” nümunələrindən bəhs edir və bildirir ki, “Qərbin bir nömrəli prioriteti bu üzdəniraqların hüquqlarıdır”. Gültəkin Hacıbəyli seksual azlıqlarla virtual mübarizə mövzusunda çıxış-qeybətini, başqalarına münasibətdə, həmçinin özünə yaraşdırdığı qeyri-etik və aşağılayıcı ifadələrlə davam etdirir: “yaramaz gədə”, “ikiüzlü”, “riyakar”…

Bunun davamı olaraq, onunla eyni “dəyərlər”in daşıyıcısı olan başqa birisinin seksual azlıqların təmsilçisi ilə virtual “müharibə”də göstərdiyi “qəhrəmanlıq”dan danışır və özü də bilmədən onunla eyni düşərgəni və düşüncəni bölüşən şəxslərin özünüifadə metodlarının, təfəkkürlərinin səviyyəsini açıb ortalığa qoyur: “Xədicə onun statusunun altına girib ağzına gələni yazdı ki...” Burada “Dil çaşar düzünü deyər” el məsələni xatırlatmaq, yerinə düşür. Gültəkin Hacıbəyli də ya zəlzələdən, ya vəlvələdən, illərdən bəri siyasi opponentlərinə qarşı ağıllarına gələnləri deyil, ağızlarına gələn nə varsa, ağına-bozuna baxmadan “püskürdüklərini” dolayısıyla etiraf edir. Gültəkinin bu ehtiraslı çıxışına sualıyla “qüvvət verən” “Milli Şura” üzvü Rafiq Manafov isə daha da irəli gedərək, “kişi q...dən nə gözləyirsiniz” deyir və dəstəyini daha mübaliğəli şəkildə ifadə etmək üçün bəşər tarixinin ən qaniçən cəlladlarından biri olan Adolf Hitleri nümunə gətirir: “Mən çox təəssüf eləyirəm ki, 41-45-də Hitler geyləri qırıb qurtarmadı...”

Bu ifadənin kimlər üçünsə müzakirə oluna, yaxud olunmaya biləcək tərəflərini bir kənara qoyuram. Amma bu günə qədər, “Milli Şura”da təmsil olunan bir çoxları, o cümlədən Əli Kərimli və onun ətrafı Gültəkin Hacıbəylinin dediyi kimi “Qərbin bir nömrəli prioritet” saydığı, “həssas yanaşdığı” mövzularda, o cümlədən seksual azlıqların hüquqları ilə bağlı məsələlərdə tamamilə fərqli bir mövqe nümayiş etdiriblər. İndi isə “Milli Şura”nın üzvlərindən biri onları “üzdəniraq” adlandırır, digəri isə faşistlərin onların qırıb qurtarmadığına görə təəssüflənir. Bu isə sübuta yetirir ki, radikal düşərgə başbilənlərinin əhəmiyyətli hissəsi “azlıqların hüquqları”, “demokratiya” və digər bu kimi məsələlərlə bağlı danışanda da hesabat verdikləri xarici dairələrin maraqlarını təmin etmək, onlara xoş gəlmək, eyni prinsipləri paylaşdıqlarını görüntüləmək naminə danışıblar. Yəni ortalıqda heç bir prinsip olmayıb, sadəcə maraqlar olub, vəssalam! Əgər bu şəxslər hər hansı bir prinsipə söykənərək hərəkət etsəydilər, üzdə bir, arxada isə tamamilə başqa yanaşma sərgiləməzdilər. Çünki, demokratiya, insan hüquq və azadlıqları kompleks anlayışdır və bu prinsiplərin hansısa birini kontekstdən çıxarmaqla demokrat olmaq mümkün deyil.

Əslində, bu düşərgədə demokratiyanın “D”-sından da əsər-ələmət yoxdur. Əks təqdirdə Gültəkin Hacıbəyli sözügedən “videoqeybət”də Müsavat Partiyasının üzvlərinə xitabən “bu yaramazlar heç bir dəstək vermirlər Tofiq bəyə” deməklə, onlarla eyni baxış bucağını bölüşməyən insanları aşağılamazdı... Və yaxud Müsavat Partiyasını təmsil edən Mustafa adlı şəxsin “sərsəm bir şey” yazdığını dilə gətirməzdi və qısa bir zaman öncə onunla eyni siyasi cərgədə dayanan insanları “mühacir alveri”ndə ittiham etməzdi, istehza ilə müsavatçıların “rüsvayçı bir vəziyyətdə olduqlarını” söyləməzdi. Cəmil Həsənli də, həmçinin yaşına-başına yaraşmayan bir şəkildə, konkret ad çəkmədən, ünvan göstərmədən və bütövlükdə Müsavat Partiyasının üzvlərini nəzərdə tutaraq, “bədbəxtlər” ifadəsini işlətməzdi...

Bunların dünyagörüşünə, təfəkkürünə, rəqiblərinə münasibətinə “heyran” qalmamaq mümkün deyil.

Məsələn, Gültəkin Hacıbəyli “videoqeybət” formatındakı “möhtəşəm” nitqində İlqar Məmmədovu məsxərəyə qoyur və deyir ki, “REAL rəhbərinin statusuna cəmi 3 min adam baxıb, 75 laykı var”. Bir siyasətçi kimi hesablama, təhliletmə, proqnozlaşdırma qabiliyyətləri rəqiblərinin layklarını hesablamaqdan ibarət olan bu adamların siyasətdə nə işləri var, görəsən? Gültəkin Hacıbəyli deyir ki, “İlqar Məmmədov bitib... Həm siyasətçi olaraq bitib, həm partiyası bitib”. Əgər Qənimət Zahidin “canlı yayımdayıq” deyə yarıxəbərdarlıq, yarıqorxaqlıq təsiri bağışlayan sözləri olmasaydı, çox güman ki, ifadələr daha sərt olacaq və Adolf Hitlerlə bağlı Rafiq Manafovun gətirdiyi misal REAL-çılara və müsavatçılara da şamil ediləcəkdi. Təsəvvür edin ki, fərqli fikirləri, yanaşmaları süngü ilə qarşılayan bu adamlar hakimiyyətə yiyələniblər... Heç şübhə etmirəm ki, onlarla eyni baxış bucağını bölüşməyən hər kəsi əsir düşərgələrinə, bəlkə də qaz kameralarına “yola salardılar”...

Hətta “avroritarizm” sözünün özü belə “Milli Şura” başbilənlərinin aqressiya, kin, qəzəb və qəddarlığın iç-içə olduğu dünyagörüşlərinin yanında kölgədə qalır. Bu neofaşist təfəkkürüdür!
Onu da qeyd edim ki, bu adamlar öz davranışları ilə həm də cəmiyyətə qarşı saymaz münasibətlərini nümayiş etdirirlər. Başqalarının ünvanına bu qədər ağır və aşağılayıcı ifadələrin, ittihamların olduqca rahat bir şəkildə, sanki belə olmalıymış kimi ifadə edilməsi də bunu sübuta yetirir. Əslində “sözün bitdiyi yer” buradır! Bütün bunlardan sonra, ilk növbədə özünə hörmət edən istənilən şəxs insanlardan üzr istəyər və siyasi arenadan sakitcə çəkilib gedərdi. Geridə hətta virtual kölgəsini də buraxmazdı...
Elçin Mirzəbəyli
//qafqazinfo.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Bu gün, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Bu gün, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru