"Bunu çevriliş adlandırmaq olmazdı" - Partiya sədri
Tarix: 16-05-2020, 09:46 | Çap et
1992-cü ilin 15 mayında baş verən hadisələrdən 28 il ötdü. Həmin ilin 5-6 martında Azərbaycan Ali Sovetində gedən iki günlük gərginlik müzakirələrdən sonra o zaman prezident olan Ayaz Mütəllibov istefaya getmişdi. Onun may ayında hakimiyyətə qayıdış cəhdi xalqın ciddi müqaviməti ilə qarşılanmış və nəticədə sabiq prezident ölkəni tərk etməyə məcbur olmuşdu.
Hər ilin bu günləri 15 may hadisələri ətrafında yeni-yeni müzakirələr açılır. Əksəriyyət bunu xalq inqilabı kimi qəbul etsə də, həmin hadisələri hakimiyyət çevrilişi kimi qəbul edənlər də var. Mütəllibovun birdəfəlik gedişindən sonra iqtidara gələn Xalq Cəbhəsinin doğru addım atıb-atmadığı yönündə də ziddiyyətli fikirlərə rast gəlirik.
Mövqelərdən biri ondan ibarətdir ki, Mütəllibov Rusiyanın adamı idi və o hakimiyyətdə qalsaydı, ərazi itkiləri ilə üzləşməzdik. Bu polemikalarda inqilab yolu ilə hakimiyyətə gəlib, çevrilişlə iqtidardan uzaqlaşdırılan AXC hökumətinin tərəfində duranlar çoxluq təşkil edirlər. 15 may hadisələrinin Azərbaycana nələr verdiyi yönündə də çoxsaylı mövqelər mövcuddur.
Həmin hadisələrin canlı şahidlərindən biri, o zaman AXC Ali Məclisinin üzvü olmuş, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a 28 il öncəki hadisələrin dəyişkən məsələ olmadığını qeyd etdi: “Bu məsələ ilə bağlı kim nə fikir söyləyirsə söyləsin, bu, sabit bir məsələdir, yəni dəyişən deyil. Baş verən hadisə tarixin reallıqları idi. O dövrdə açıq şəkildə cəbhələşmə var idi. Söhbət ondan gedirdi ki, ya imperiyanın, ya da xalqın yanında durmalı idin. Ayaz Mütəllibov dinc yolla istefaya getmişdi və ona əməkdaşlıq təklif olunmuşdu. Lakin o bundan imtina etmişdi. Ciddi şəkildə imperiyanın göstərişi ilə geriyə qayıtdı. Həm də bir ultimatum ilə qayıtmışdı. O, imperiyanın ayaq səsləri kimi gəlirdi, imperiyanın istəklərini gətirirdi. Onun xətti xuntanı dəstəkləməkdən ibarət idi. Söhbət fərdə qarşı mübarizədən getmirdi. O vaxtları Əbülfəz Elçibəy hətta bildirirdi ki, Əbdürrəhman Vəzirovla belə birlikdə işləmək, əməkdaşlıq etmək lazımdır. Bütün milli qüvvələri, millətin resurslarını toplamaq lazım idi.
Kimin siyasi baxışından asılı olmayaraq, buna ehtiyac var idi. O dövrdə xeyli Kommunist Partiyasının üzvləri xalqla bir yerdə oldular. Hakimiyyətdə təmsil olunanlar xalqla birlikdə həmrəylik nümayiş etdirdilər. Kim xalqla birlikdə idisə, yüksək vəzifələr tutdular. Məsəl üçün, baş nazir vəzifəsini tutan Rəhim Hüseynov Xalq Cəbhəsinin üzvü deyildi, kommunist idi. Buna baxmayaraq, Elçibəy onu baş nazir postunda saxladı. Bu siyahını uzatmaq da mümkündür. O dövrdə təkliflər səsləndirilirdi ki, hamı bir yerdə olsun. Təklifi müsbət dəyərləndirənlər kifayət qədər çox idilər. Kimsə imperiya adından bura gəlmək, revanş etmək istəyirdisə, buna yol vermək olmazdı. Gəlmişdisə, ancaq əməkdaşlıq etməli idi. Milli azadlıq hərəkatı ilə qazanılan müstəqilliyi sən gəlib imperiyaya verə bilməzdin”.
F.Quliyev 15 mayı xalq inqilabı sayır: “Bunu çevriliş adlandırmaq olmazdı. Birbaşa inqilab idi. Bu proseslər təkcə Azərbaycanda deyil, bütün postsovet məkanında baş verirdi. Bundan da xeyli əvvəl Şərqi Avropada baş vermişdi. SSRİ o yerlərdə də xalqların istəklərini əzmiş, orada dəyişikliklərə imkan verməmişdi. Ondan sonra Qazaxıstanda hadisələr baş vermişdi. İmperiyadan qopma prosesləri gedirdi. Yəni bu hakimiyyət davası deyildi. Mən Xalq Cəbhəsində partiyaya çevrilənə qədər qaldım. İstəyim ölkəmizin müstəqilliyi idi. O zaman yüz minlərlə insan bu cür düşünürdü. Azərbaycan əsl bir müstəqillik savaşı aparırdı. Heç kəs vəzifə barədə düşünmürdü. Bu baxımdan 15 may hadisələrini hakimiyyət çevrilişi yox, xalq inqilabı adlandırmaq ən doğrusudur. Xalq imperiyanın yenidən geri qayıtması təhlükəsinə qarşı birləşdi. Bir mərhələ başlamışdı, onu sona çatdırmaq lazım idi”.
Müsahibimiz tarixi hadisənin Azərbaycana nələr verdiyindən də söz açdı: “Burada xalqın, xalqa qarşı olanların mövqeyi aydın oldu. Bütün dünyaya o da aydın oldu ki, biz xalq olaraq müstəqil olmaq istəyirik. Başqa bir istəyin həyata keçməyəcəyi qətiləşdi. Xalqın məlum niyyətin qarşısında duracağı aydınlaşdı. Bundan sonra bütün seçimlərdə bu prioritet oldu. Doğrudur, sonrakı dövrlərdə hakimiyyət çevrilişi cəhdləri yaşandı. Xarici dövlətlər buradakı maşalarından istifadə etməyə çalışdılar. Amma müstəqilliyimiz möhkəmləndirildi”.
Partiya sədri 5-6 mart hadisələrində A.Mütəllibovun istefaya göndərilməsini də doğru sayır: “15 may hadisələrindən əvvəl Ayaz Mütəllibov yola salınmışdı. Ölkədə idi, normal yaşaması mümkün idi. Ağalarının istəyi ilə revanş götürmək cəhdinin qarşısı alındı. Biz bütün milli qüvvələrimizin bir yerdə olmasında maraqlı idik. Kim yanlış yola gedirdisə, qarşısı alınmalı idi. Hər zaman bu fikrimin üzərində dayanmışam ki, milli azadlıq hərəkatı başlamışdısa, hakimiyyətə milli düşüncə gəlməli idi. Köhnə imperiya düşüncəsi hakimiyyətdə qala bilməzdi. Onun daşıyıcıları hakimiyyətdən getməli idilər”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Bu gün, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Bu gün, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
|