"Gənclər var ki, bu iyrəncliyin təbliğatçısına çevriliblər" - Partiya sədri
Tarix: 8-07-2021, 08:37 | Çap et
Dünyanı təhdid edən “LGBT xəstəliyi” son günlərdə yenidən baş qaldırıb. Artıq gedən proseslər təhlükəli istiqamətlərə doğru cərəyan etməyə başlayıb. Hazırda Gürcüstanda, Türkiyədə LGBT tərəfdarları ilə qarşıdurmalar yaşanır. Başqa bir sıra ölkələrdə də analoji hallar baş verməkdədir.
Tiflisdə baş verən hadisələrin miqyası isə daha böyükdür. Belə ki, “Tbilisi Pride” qeyri-hökumət təşkilatı cinsi azlıqlar üçün həmrəylik həftəsi təşkil edib və plana əsasən bu tədbir 5 iyul tarixində paytaxt Tiflisdə “Ləyaqət marşı” ilə başa çatmalı idi.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu addım Gürcüstanda birmənalı qarşılanmayıb və etirazlara səbəb olub.
Belə ki, mühafizəkar radikal təşkilatlar və qruplar belə bir yürüşün keçirilməsinə qarşı çıxıblar və onun qadağan olunmasını tələb ediblər.
Nümayişçilərdən saxlanılanlar olub.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, planlaşdırılan aksiya vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Onun sözlərinə görə, bir baş nazir olaraq “heç bir xaosun, vətəndaş qarşıdurmasının” baş verməsinə yol verməyəcək.
O, təəssüflə bildirib ki, aksiyanın təşkilatçıları revanşist, radikal qüvvələrdir. Qaribaşvili onların arasında Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini də nümunə gətirib.
Bundan əlavə, Böyük Britaniyanın baş naziri Boris Consonun qapısının ağzı da göy qurşağına boyanıb. Onun qapıdan çıxarkən yayılan bir fotosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görünən hal odur ki bu “xəstəlik” ətrafında sanki bir təbliğat prosesinə start verilib.
Mühafizəkar ölkə kimi tanınan Azərbaycanda da bu proseslər narahatlıqla izlənilməyə bilməz.
Azərbaycan bu təhdidə, yəni LGBT təhlükəsinə qarşı hansı formada “silahlanıb”? Ölkəmizdə də Türkiyə və Gürcüstanda yaşanan qarşıdurmalar baş verə bilərmi?
AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, LGBT dediyiniz anlayış Azərbaycanın bütün milli, mənəvi, dini, əxlaqı, bir sözlə, bütün dəyərlərinə zidd bir xətdir: “İndi bu iyrəncliyi, insanlığa xas olmayan xüsusiyyətləri dünyaya bərbəzəkli şəkildə sırımağa çalışırlar. Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda az olsa da belə beyni yuyulmuş insanlar var. Gənclər var ki, bu iyrəncliyin təbliğatçısına çevriliblər. Belə hərəkətlər tək dövlətçilik əleyhinə deyil, insanlıq əleyhinə olan prosesdir. Bu hərəkətlərin mütləq qarşısı alınmalıdır. Amma güc yolundan daha çox təbliğat vasitəsilə bu iyrənclikdən, çirkinlikdən gəncliyimizi uzaq tutmalıyıq. Bunun da ən effektiv yolu təbii ki, var. Onlara qarşı Azərbaycanda istifadə olunacaq ən böyük silah milli mənəvi dəyərlərimizdir, xalqımızın adət-ənənələridir, ailə düzənidir. Min illərdən süzülüb gələn münasibətlər sistemimiz var. Dəngələr var ki, biz onu daha da gücləndirməli, onları təbliğ etməli, insanlarımızın öz köklərinə dönmələrinə çalışmalıyıq. Biz buna nail olsaq, zatən belə çirkinliklər, murdarlıqlar cəmiyyətdə çox yayıla bilməz. Dünyada formalaşdırılmış bir şəbəkənin düşünülmüş şəkildə planı var. Məqsəd də bizim kimi milli kimliyə malik olan bir çox dövlətlər var ki, milli dəyərlərini onlardan qoparmaqdır. Bununla onları ümumi zombi kütləsinə çevirərək özlərinin diktəsi altında yaşayan cəmiyyət halına gətirmək istəyirlər. Amma nə qədər ki, dinimiz, dəyərlərimiz var, bizdə belə çirkinliklərin yayılması, ayaq açıb yeriməsi mümkün deyil. Biz AĞ Partiya olaraq ideoloji baxımdan belə hərəkətlərə qarşıyıq. Bununla bağlı konkret mövqeyimiz var. Biz belə hərəkətlərin cəmiyyətdə təbliğini ziyanlı hesab edirik və buna qarşı da sona qədər mübarizə aparacağıq. Üzücü hal odur ki, bu çirkinliyi təbliğ edənlər göy qurşağının rənglərindən istifadə edirlər. Yəni göy qurşağını insanlığa zidd ideologiyalarının bayrağına çeviriblər. Ən çox təəssüf etdiyim nüanslardan biri də budur. Amma nə qədər ki, sağlam düşüncəli mühafizəkar insanlar var, belə çirkinliklər cəmiyyətdə özünə yer tapa bilməyəcək. Azərbaycanda da belə hərəkətlərin perspektivi yoxdur. Allahın izni ilə də heç vaxt olmayacaq”.
Dini ekspert, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu mövzunu qısa olaraq belə şərh etdi: “Bu, Azərbaycanla bağlı məsələ deyil. Bütün dünyada bu kampaniya başlayıb, bütün ölkələrə bu yöndə təzyiq var. Macarıstan, Polşa kimi ölkələr açıq şəkildə Avropa İttifaqının təzyiqləri ilə üzləşib. İnsan haqları və demokratik dəyərlər adı ilə qeyri-ənənəvi oriyentasiyanın təbliğatı aparılır. Qısaca onu deyim ki, Türkiyədə mühafizəkar hakimiyyət olduğu üçün bu yöndə təzyiq var, Türkiyəyə qarşı. Avropada Polşa, Macarıstan, Türkiyə hələlik müqavimət göstərən ölkələrdir”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məsələni qanunla izah etdi: ““Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna görə, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı var. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Bununla belə, artıq 2020-ci ilin əvvəllərindən dünyanı sarsıdan COVİD-19 pandemiyası ilə əlaqədar, hökumət əhalinin sağlamlığının qorunması, virus yayılmasının qarşısının alınması üçün bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bir çox qanunların tətbiqini müvəqqəti olaraq dayandırıb, o cümlədən də “Sərbəst toplaşma azadlığı haqqında” Qanunun. Pandemiya ilə əlaqədar Nazirlər Kabineti tərəfindən qaydalar və bu qaydaları pozanlar üçün müəyyən cəza tədbirləri də hazırlanmışdır. Dünyanın bir çox ölkələrində Britaniya ştammı, koronavirusun mutasiya olunmuş “Delta” ştammının Hindistan variantının yayılmasını nəzərə alaraq LGBT üzvləri hazırkı dövrdə ölkəmizdə mövcud olan qanun və qaydalara ciddi riayət etməli, bu qanun və qaydaları pozduqları halda isə həmin qaydalara uyğun olaraq cəzalanmalıdırlar".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
|