“Tompon bölgə” yaratmaqdan başqa yol qalmır” - Narazılıq yaradan Rusiya sülhməramlıları...
Tarix: 18-08-2021, 08:03 | Çap et
Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətindən narazıdır.
Bu narazılıq müxtəlif səviyyələrdə dəfələrlə gündəmə gəlsə də, Rusiya tərəfi sülhməramlıların fəaliyyətində redaktələrə getməkdə maraqlı olmadı. Buna etiraz olaraq Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına rəsmi xəbərdarlıq etmək məcburiyyətində qaldı.
"Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün təxribatlara əl atır. Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir.Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi.
Onun rüsvayçı aqibəti hər kəsə məlumdur. Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır. Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında belə deyilirdi.
Bu bəyanatdan sonra da Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması halları davam etdi. Bu isə Rusiya sülhməramlılarına edilən xəbərdarlığın nəticə vermədiyi anlamına gəlir. Nəhayət Prezident İlham Əliyev də “CNN Türk” televiziyasına müsahibəsində bu məsələyə münasibət bildirdi və Rusiyaya sülhməramlılarının fəaliyyətindən tam xəbərdar olduğunu dedi.
“Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu məsələ 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik”, - deyə Prezident İlham Əliyev belə deyib.
Göründüyü kimi, Rusiya sülhməramlılarının bölgədəki fəaliyyəti Azərbaycanın maraqlarına cavab vermir. Rusiya sülhməramlıları bu xəbərdarlıqdan nəticə çıxarıb fəaliyyətini 10 noyabr Bəyanatındakı şərtlərə uyğunlaşdırmasa, bundan sonra hansı addımlar atıla bilər?
Məsələ ilə bağlı Cebhe.info-ya danışan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib ki, Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı narazılıq əvvəl də vardı:
“Əsasən də Azərbaycanın müxalifət düşərgəsi bununla bağlı narazılığını açıq şəkildə bildirir, etiraz edirdi. Hiss olunur ki, hakimiyyət dairələri də bundan narazıdır və müəyyən kanallar vasitəsilə bunu Rusiyaya çatdırırdı. Amma rəsmi narazılığın olduğunu görmürdük. Nəhayət iş o yerə çatdı ki, Prezident İlham Əliyev özü narazılığını ifadə etdi. Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi bəyanat yaymışdı. Prezident də “CNN Türk”ə müsahibəsində narazılığını açıq formada dedi. Rusiyaya edilən bu xəbərdarlıq onu göstərir ki, Azərbaycan sülhməramlıların tərəf kimi fəaliyyət göstərdiyini bilir.
Ona görə də Azərbaycan yenə öz məsələsini özü həll edəcək. Hesab edirəm ki, belə davam edərsə, yaxın zamanlarda Azərbaycanın antiterror əməliyyatı keçirdiyinin şahidi olacağıq. Çünki başqa çarə qalmır. Ermənistan döyüş meydanında uduzub, bizimlə döyüşə bilməz. Ona görə də başqa bir variant seçib, Azərbaycanı sasırtmağa çalışır. Müəyyən terror fəaliyyəti aparacaq, atəşkəsi pozacaq. Bunların hamısının qarşısını almağın yeganə yolu hərbi əməliyyatlardır. Düşünürəm ki, Azərbaycan irəliləməlidir və Ermənistanın ərazisində “tampon bölgə” yaratmalıdır. Xankəndində isə əli silah tutan nə qədər erməni varsa, hamısı həbs olunmalıdır, məhv edilməlidir və qovulmalıdır”.
Azərbaycanın Rusiya sülhməramlılarının fəaliyyətindən imtina etməsinə gəlincə, partiya sədri bildirib ki, bu məsələ gündəmə gələ bilər:
“Azərbaycan məsələ qaldırar ki, sülhməramlılar öhdəliklərini pozur. Ermənistan da öhdəliklərini yerinə yetirmədiyi üçün imzalanan bəyanatdan da geri çəkilmək olar. Çünki Rusiya da, Ermənistan da qəbul etdiyi bəzi öhdəlikləri yerinə yetirmir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
|