“Fəxri adlar ləğv edilsə, xeyli insan infarkt olar” - deputat
Tarix: 20-10-2021, 08:17 | Çap et
Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə mədəniyyət və incəsənət xadiminə fəxri adlar verildi. Onların arasında “Tərəqqi” medalı, xalq rəssamı, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi adına layiq görülənlər oldu.
Lakin bu dəfə də bir qrup sənət adamlarının fəxri adlara layiq görülməsi elə həmkarları tərəfindən etirazla qarşılandı. Onlar fəxri adlar siyahısını hazırlayan Mədəniyyət Nazirliyinə öz etirazlarını bildirirlər. Bir qisim isə fəxri adların ləğv olunmasını və bu adların sənətkarlar arasında ayrı-seçkilik yaratdığını qeyd edirlər.
Məsələn, illərlə fəxri ad almadığı üçün narazı qalan müğənni Əli Mirəliyev gənc həmkarları Elton Hüseynəliyev və Xəyyam Nisanovun əməkdar artist adına layiq görülməsinə sərt reaksiya verib. Bu haqda Moderator.az saytına danışan müğənni qeyd edib: “Aygün Kazımova, Röya kimi barlarda oxuyanlar xalq artisti fəxri adı aldı. Eyyub Yaqubov ermənicə oxuyub fəxri ad aldı. Miryusif kimilər fəxri ada layiq görüldü. Xəyyam Nisanovun atası nağara çalan olub, dostumdur, onun da əmisi Moskvada imkanlı şəxslərdən biridir. Bir sözlə, iş görüblər.
Xəyyam axı heç muğamı bilmir. Yəni ki, bu adam xalqa yaxın oxumur. Bu gün fəxri ad adı altında alver edirlər. Bunlar harada işləyiblər ki, fəxri ad da alırlar? Biz dövlətimizə, xalqımıza xidmət etmişik. Bunlar isə toylarda oxuyublar və bu da göstərici deyil axı. O vaxt Polad Bülbüloğlunu nazir qoymuşdular və çatana əməkdar artist fəxri adı verirdi. Polad Bülbüloğlundan sonra Əbülfəs Qarayev gəldi və bir dəyişiklik olmadı. İndiki nazirin isə heç adını, Mədəniyyət Nazirliyinin binasının heç ünvanını bilmirəm. Demək istəyirəm ki, bunlar musiqini bilməyən insanlardır”.
Əməkdar artist Firuzə İbadova isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, fəxri adlar heç də haqq-ədalətlə verilmir: “Bu elə bir problemdir ki, onu 1-2 günlə həll etmək olmur. Bu işi görənlər gərək həqiqəti əks etdirsinlər. Onlar bilməlidirlər ki, sənətçilərin fəaliyyəti, məşğuliyyəti necədir. Bütün bunlar yoxlanılıb, araşdırıldıqdan sonra təqdimat olmalıdır. Bəziləri düşünə bilər ki, biz sənətçilər yaşlaşmışıq və paxıllıq edirik. Amma belə deyil, o mükafatı alanlar da bizimkilərdir və mənim övladım, nəvəm yerindədirlər. Hətta onları təbrik etmişəm. Lakin bir ”əmma" var - evin böyüyünü saymayıb, onun nəvəsinə mükafat verirlər. Sənətdə canını, qanını qurban verən sənətkarlarımız var. Mənim peşəkar, dahi müəllimlərim olub. Fikrim budur ki, haqq-hesab düz olmalıdır. Bilmək istəyirəm ki, indi fəxri adlar nəyə əsaslanıb verilir? Bu, pulla, ya tanışlıqladır? Bu haqda deyəndə mənə bildirirlər ki, “araşdırırıq”. Nəyi araşdırırlar? Məgər mən zavod, fabrik tikirəm? Mən peşəkar, ali savadlı musiqiçi, müğənni-xanəndəyəm. Zamanında Şövkət Ələkbərovanın tələbəsi olmuşam, Rəşid Behbudovla dünyanın bir çox ölkələrində qastrol səfərlərdə olmuşam. Hər zaman əsgərlərin önündə konsert proqramları ilə çıxış etmişəm. Əlbəttə ki, mən sənətə fəxri ad almaq üçün gəlməmişəm. Məgər Cabbar Qaryağdıoğlunun və yaxud Sarabskinin fəxri adı var idi? Xeyr, amma onlar dahi idi. Lakin görəndə ki, məndən aşağı səviyyədə olanlara dəyər verilir, mənim kimilər kənarda qalır, bu, çox pis təsir edir. Mənim indi elə yaşımdır ki, dövlətdən qayğı gözləyirəm. Mən bu qayğını görmək istəyirəm".
Xatırladaq ki, bir çox ölkələrdə fəxri adlar verilməsi ənənəsi yoxdur. Sovetlər birliyi dağıldıqdan sonra bir çox ölkələr bu cür ənənəyə son qoyub. Azərbaycanda isə qalır. Bu baxımdan, fəxri adlardan “Sovet iyi gəldiyi”ni deyib, onun ləğv olunmasını, əvəzində yaradıcı insanlara kifayət qədər maddi yardım ayrılmasını tövsiyə edənlər var və onların sayı kifayət qədərdir. Lakin digər qisim hesab edir ki, əslində fəxri adlar aylıq təqaüddən başqa şəxslərə böyük imtiyazlar, ev, maşın, ən əsası mənəvi ruh verir.
Bəs fəxri adların hansı imtiyazları var?
Öncə bildirək ki, fəxri adlar Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər. Ötən ilə qədər incəsənət və mədəniyyət xadimləri aylıq olaraq xalq fəxri adı üçün 100, əməkdar fəxri adı üçün isə 60 manat alırdı. Lakin Prezident İlham Əliyevin 2018-ci il 1 mart sərəncamına əsasən fəxri adlar üçün verilən aylıq məvaciblər artırılaraq, xalq fəxri adı üçün aylıq 150 manat, əməkdar fəxri ad üçün isə 100 manat müəyyən edildi.
Beləliklə, hazırda fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 150 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 100 manatdır.
Millət vəkili Fazil Mustafa düşünür ki, fəxri adlar sanki bir xəstəlikdir: “Layiq olan da, olmayan da əməkdar artist, xalq artisti adını almaq istəyir. Bunu almayanda da diqqətdən kənarda qalır. Sanki insanlar bir orden, medal yarışına çıxıblar. Halbuki o orden və medalın bir mənası yoxdur. Əlbəttə ki, insanlara dəyər verilməlidir. Lakin bu medalla, fəxri ad formasında vermək yanlışdır. Əsl sənət onda arxa plana keçir. Çünki fəxri ad alan artıq düşünür ki, artıq dünyanı tamamlayıb, sənət bitdi. Bu, təkcə sənət aləmində deyil, elmdə də belədir. Bir professor ad aldıqdan sonra heç bir əsər yazmır, heç bir yeni araşdırmalar ortaya qoymur. Beləliklə, titul dalınca qaçmaq yanlış bir yanaşmanın göstəricisidir. Xarici ölkələrdə heç bir yazıçının fəxri adı yoxdur, amma kitabları satılır. Bizdə isə diqqət edin, nə qədər məmurun şeiri, musiqisi “bazarı” tutub. Kiminsə ki, yüksək mərtəbəsindəki evi dənizə baxır, olur şair. Hələ bir az səsi də varsa, olur musiqiçi. Pulunu verib, musiqi bəstələdir, özünün adına çıxır. Onlar axı kimi aldadır? Bir daha qeyd edirəm ki, bu, xəstəlikdir. İnsanlar mənəvi yüksəlişi ilə bağlı məsələlərdə uğur qazana bilməyəndə mütləq bu cür görüntülü amillərə ümid bəsləyirlər. Cəmiyyətimiz təxminən 9-10 milyonluq insandan ibarətdir, onun da az qala 7 milyonu titulludur. Dövlətdən titulu ala bilməyəndə gedib onu Məşədidən, Kərbəlayidən, Məkkədən alır. Fəxri adlarla bağlı etirazları da gördüm. Amma o etirazların özü də primitivdir. Ad almağın özü nə qədər primitivdirsə, etirazlar da buna bənzəyir. İndi o etiraz edənlərə veriləndə məgər ədalət bərpa olunur? Diqqət edin, son illərdə sənətdə hansı yeniliklər var, elmimiz hara gedir? Hamısı bərbad vəziyyətdədir. Düşünürəm ki, fəxri adlar əgər ləğv edilsə, xeyli insan infarkt olar".
Xalq artisti Afaq Bəşirqızının fikrincə, sənətkara hər hansı mükafatın verilməsinə qarşı çıxılması ən böyük eqoistlikdir: “Şəxsən mən deyə bilmərəm ki, fəxri adlar ləğv olunsun. O fəxri adların hamısı məndə var. Hər bir insan gördüyü işin bəhrəsini istəyir. Necə ki, ustanın işinə qiymət verdikcə onu daha peşəkar görməyə çalışır, biz də elə. Sənətkarları onsuz da həyatda çox az şey sevindirir. Gəlin bu sevinci onların əlindən almayaq. Ali Baş Komandanımız da belə bir addım atıb, fəxri adları ləğv etməz. Fəxri adlar sənətkarları yaşadan amildir. Deyim ki, bir çoxları məhz buna görə sənətə gəlir. Düşünür ki, ”vaxt gələcək əməkdar artist, xalq artisti adına layiq görüləcəm, tanınmış sənətçi olub, şöhrətin zirvəsində olacam".
Berlində yaşayan tanınmış kulturoloq Elmir Mirzəyev mövzu ilə bağlı danışıb. Kulturoloq fəxri ad məsələsinin gərəksiz olduğunu vurğulayıb: “15 il öncə bununla bağlı bir məqalə yazmışdım və fəxri adlarla bağlı məsələni kəskin tənqid etmişdim. Lakin mat qaldım, gənclər belə bu yazıma etiraz etdilər. Dedilər ki, ”maestro, niyə belə yazmısan, axı biz də fəxri ad almalıyıq, bu necə olacaq?" Dedim ki, xalq artisti olmaq istəyirsiniz?, cavab verdilər ki, “bəs adi insanlardan necə fərqlənməliyik?”
Ümumiyyətlə, mən elə sanırdım ki, Sovet İttifaqı dağıldıqdan sonra bütün sənət adamları özləri fəxri adlardan imtina edəcək. Axı xalq rəssamı, xalq yazıçısı, xalq artisti nə deməkdir? Xalq artisti təlxək, kəndirbaz olur. Onlar düşünürlər ki, camaatı necə əyləndirək? Xatırlayıram ki, həmin illərdə hökumət də fəxri adları ləğv etməyi düşünürdü. Lakin bu baş vermədi". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Dünən, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Dünən, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Dünən, 13:10 |
|
|
|
|