"Təzyiqlərlə siyasi mühiti yoxlamağa çalışdılar" - Partiya sədri
Tarix: 27-10-2021, 08:10 | Çap et
FETÖ ilə əlaqə qurmaqda ittiham olunan iş adamı Osman Kavalanın azadlığa buraxılması tələbi ilə birgə bəyanatla çıxış edən səfirlər geri addım atıblar. ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Türkiyədəki səfirlikləri Vyana razılaşmasının 41-ci maddəsinə əməl edəcəklərini bildiriblər. Xatırladaq ki, diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsi diplomatın yaşadığı ölkənin qanun-qaydalarına hörmət etməsini və daxili işlərinə qarışmamağını tələb edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərin Vyana Konvensiyasının 41-ci maddəsinə əməl edəcəkləri açıqlamalarına münasibət bildirib.
Ərdoğan deyib ki, ölkənin müstəqilliyinə və millətin həssaslığına hörmət etməyən şəxs titulundan asılı olmayaraq Türkiyədə yaşaya bilməz: “Səfirlərin verdiyi hədsiz bəyanatlar hər hansı bir şəxsi deyil, birbaşa ölkəmizin məhkəmə sistemini hədəfə alıb. Bu münasibət ölkəmizdəki məhkəmə sisteminə, prokurorlarımıza, vəkillərimizə, bütün ədliyyə işçilərinə təhqirdir. Türkiyə məhkəmə sistemi heç kimdən göstəriş almır, heç kimə tabe deyil. Dövlət başçısı olaraq müstəqil və qərəzsiz məhkəmə sistemimizlə lazımi cavabı vermək ilk növbədə bizim borcumuzdur. Məqsədimiz böhrana səbəb olmaq deyil, Türkiyənin şərəfini, qürurunu və ləyaqətini qorumaqdır. Səfirliklərin verdiyi açıqlama ilə səhvən geri addım atılıb”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “Şərq”ə deyib ki, güclü olan haqlı sayılmamalı, haqlı olan güclü olmalıdır. Partiya rəhbəri təəssüflə qeyd edib ki, təkcə haqlı olmaqla haqqı müdafiə etmək mümkün deyil, güclü olmaq şərtdir:
“Uzun müddət Türkiyəyə təzyiqlərin səbəbi qardaş ölkənin gücünün yetərli səviyyədə olmaması idi. Türkiyəni bütün məqamlarda əzməyə çalışırdılar. 1980-ci illərdə PKK terror təşkilatını yaradaraq Türkiyədə süni problemlər ortaya atdılar, ölkəni bölməyə təşəbbüs göstərdilər. ASALA terror təşkilatı dünyanın bir çox yerində türk diplomatları öldürməyə başladı. 100 il əvvəl Türkiyəyə qarşı həyata keçirilən imperialist siyasət heç zaman səngimədi, indi də davam etməkdədir. Çox qəribə mənzərədir ki, dünya gücləri terrorla mübarizəni əllərində əsas edirlər, qeyri-qanuni dövlət çevrilişlərinə qarşı olduqlarını deyirlər. Amma Türkiyə əleyhinə sivil olmayan yollarla çevriliş cəhdlərinə təşəbbüs edənləri, ölkədəki qanuni hakimiyyəti, konstitusiyanı zor gücünə dəyişmək istəyənləri müdafiə edirlər. Əfsuslar olsun ki, bu prosesdə Türkiyə daxilindəki maşalardan da istifadə olunur”. F.Quliyev vurğulayıb ki, güclü Türkiyəni terrorla, kənar güclərin müdaxiləsi ilə çökdürə bilməzlər: “Qardaş ölkəni Ege dənizinə həbs etmək niyyəti güdürdülər, amma nail olmadılar. Türkiyə Liviya, Misir kimi dövlətlərlə münasibətləri yaxşılaşdırmaqla Aralıq dənizində bayrağını göylərə qaldırdı. Suriya və İraqda bufer zona yaratdı və bölgədə “kürd dövləti” yaratmaq projesini alt-üst etdi. Eyni zamanda Cənubi Qafqaz regionuna da daxil oldu. O səbəbdən Türkiyəyə basqılar bu gün də davam edir. Süni şəkildə lirəni ucuzlaşdırırlar. Müxalif partiyalardan istifadə edərək parlamentli idarəetmə sisteminə keçidlə bağlı yersiz müzakirələr açırlar. Amma Türkiyənin kifayət qədər güclənməsi bu hücumları dəf edir. 10 səfirin Türkiyənin daxili işlərinə qarışması sadəcə bir fərdin deyil, dövlətlərin məhkəmə prosesinə müdaxiləsi anlamına gəlirdi. Ankara hökuməti haqlı olaraq Vyana Konvensiyasının 41-ci maddəsini önə sürdü və səfirlərin geri addım atmasını tələb etdi”.
Partiya sədrinin qənaətincə, səfirlərin geri addım atmasının 2 səbəbi var:
“Birincisi, Türkiyə artıq çox ciddi gücdür, ikincisi isə Türkiyə önəmli əməkdaş və tərəfdaşdır. Həmin ölkələrin Türkiyə ilə ciddi iqtisadi əlaqələri var. Hazırda Avropada iqtisadi çöküş yaşanır. Mavi yanacağın qiyməti 3-4 dəfə artıb. Belə məqamda Türkiyə kimi böyük müttəfiqdən imtina Qərbə sərf etmirdi. Sadəcə təzyiqlərlə siyasi mühiti yoxlamağa çalışdılar. Əgər Türkiyə təhdidlərə boyun əysəydi, təzyiqlərin ardı gələcəkdi. Bu məsələdə Türkiyənin sərt reaksiyası və addımları çox doğruydu. İndi ABŞ və Avropanın qarşısında 10-15 il öncəki gücsüz ölkə yoxdur. Türkiyə bölgə gücündən dünya gücünə çevrilib. Əlavə olaraq qeyd edim ki, Azərbaycan və digər türk respublikalarının bu məsələdə Türkiyə ilə sıx əməkdaşlığı, ümumən xarici və hərbi siyasəti birgə koordinasiya etmələri çox önəmlidir. Türk etnosunun böyük potensialı var. Türkiyəyə qarşı olmaq həm də türk dünyasına qarşı çıxmaqdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|