"Bəzi müsəlman dövlətləri üçün qardaşlıq, dini inanc yalnız sözdə qalıb" - ETİRAZ
Tarix: 29-10-2021, 08:20 | Çap et
“Bir neçə gün öncə Ermənistan Prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər etdi. Onu hava limanında krallığın Xarici işlər naziri Adel əl-Cubeyr qarşılayıb. Ermənistan prezidentinin Səudiyyə səfəri bir neçə məqamı ilə yadda qaldı. Hər kəsə məlumdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalına etiraz əlaməti olaraq Səudiyyə Ərəbistanı və Ermənistan arasında diplomatik əlaqələr mövcud deyildir. Ancaq indi baş verənlər vəziyyətin heç də belə olmadığını göstərmiş oldu”.
Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, əldə edilən məlumatlara əsasən rəsmi də olmasa Səudiyyə krallığı ilə Ermənistan arasında artıq bir neçə ildir ki, yaxınlaşma hiss edilməkdədir:
“Xüsusilə də, 2010-cu ildə Səudiyyə Ərəbistanında Məhəmməd ibn Salmanın hakimiyyətə gəlişi ilə Səudiyyə və Ermənistan arasında isti münasibətlərin təməli qoyulmağa başladı. Tərəflər arasında münasibətlərin daha da intensivləşdiyi dövrün məhz 2018-ci ildən bəriyə təsadüf etdiyini demək mümkündür. Üzdə müsəlman təəssübkeşliyindən və din qardaşlığından danışan Səudiyyə krallığının vəliəhdi Məhəmməd ibn Salman və kral Salman bin Əbdüləziz 2018-ci ilin sentyabr ayında yarandığı gündən əli müsəlman qanına batmış Ermənistana müstəqillik günü münasibətilə təbrik mesajı ünvanlayıb. 2019-cu ilin aprel ayında qondarma erməni soyqırımı ərəfəsində Səudiyyə şəhzadəsi Rima bin Bəndər əl-Səud “erməni genosidini” qəbul etmədiyi üçün Türkiyəyə qarşı sərt ittihamlar səsləndirməsi və II Qarabağ savaşı dövründə Birləşmiş Ərəb Əmirliyinin Əl-Ərəbiyyə telekanalında Ermənistan Prezidenti Armen Sarkisyanın çıxışlarının yayımlanması isə onu göstərir ki, bəzi müsəlman dövlətlərində dini təəssübkeşlik və din qardaşlığı yalnız sözdə qalıb. Məsələ burasındadır ki, bu addım yalnız Səudiyyə Ərəbistanı tərəfindən atılmayıb. Bu gün Ermənistanla istər siyasi və diplomatik səviyyədə, istərsə də digər səviyyələrdə əlaqələr quran müsəlman dövlətlərinin sayı daha çoxdur. Bu dövlətlər arasında Birləşmiş Ərəb Əmirliyi, İordaniya və digər müsəlman dövlətləri də var”.
Politoloq əlavə edib ki, ərəb ölkələrinin atdıqları bu addımlar, əlbəttə ki, həm Azərbaycan, həm də Türkiyə tərəfindən təəssüf hissi və narahatlıqla qarşılanmaqdadır:
“2019-cu ilin aprel ayında Türkiyə və Azərbaycana qarşı din qardaşlığına sığmayan addım ataraq Birləşmiş Ərəb Əmirlikləri Qondarma Erməni Soyqırımını tədricən tanımağa başlayacağını rəsmi şəkildə bildirdi və Abu Dabi Əmirliyi 2019-cu ilin aprel ayında qondarma soyqırımı tanıdı. Bir müddət sonra isə Birləşmiş Ərəb Əmirliklərinin liderləri Şeyx Xəlifə bin Zayed Əl Nahyan əli azərbaycanlı və eyni zamanda müsəlman qanına batmış Ermənistanı 21 sentyabr 2020-ci ildə Müstəqillik Günü münasibətilə təbrik etdi. Bu isə Azərbaycan-Birləşmiş Ərəb Əmirliyi əlaqələrinə mənfi təsir göstərmiş oldu. Birləşmiş Ərəb Əmirliyinin Ermənistan sevdası bununla da kifayətlənmədi və yayılan məlumatlara əsasən II Qarabağ savaşı dövründə Ermənistana Birləşmiş Ərəb Əmirliyi tərəfindən hərbi texnika ilə də yardım göstərildiyi deyilir. Onu da qeyd etmək lazımdır ki, II Qarabağ savaşı dövründə Ermənistan Prezidenti Armen Sarkisyan iki dəfə Birləşmiş Ərəb Əmirliyinə səfər edib. Bu səfərin məqsədinin tərəflər arasında siyasi, iqtisadi və hərbi sahədə əlaqələrin gücləndirilməsi olduğu bildirilir”. Siyasi analitik bildirib ki, Ermənistanla əlaqələri inkişaf etdirən digər müsəlman dövlətlərindən biri də İordaniyadır: “Tərəflər arasında uzunmüddətli əlaqələrə toxunmadan onu qeyd etmək olar ki, son iki ildə Ermənistan Prezidenti Armen Sarkisyan İordaniyaya iki dəfə səfər edib. Sarkisyanın İordaniyalı həmkarı II Abdullah ilə bir görüşü 2019-cu il aprel ayında Ermənistan prezidentinin İordaniyaya səfəri zamanı baş tutub, ikinci görüş isə II Qarabağ savaşından sonra, yəni 2020-ci ilin noyabr ayında Ermənistan prezidentinin İordaniyaya səfəri ilə gerçəkləşdi. İordaniyanın isə Ermənistana belə qucaq açması artıq bəzi müsəlman dövlətləri üçün dini inancın o dərəcədə əhəmiyyətli olmadığını və öz xarici siyasətlərinin prioritet olduğunu deməyə əsas verir. İran-Ermənistan əlaqələrinə gəlincə isə burada vəziyyət hər kəsə gün kimi aydındır. Yəni İran və Ermənistan arasında siyasi, iqtisadi, mədəni və hərbi sahədə mövcud olan əlaqələr nə İran-Azərbaycan, nə də İran-Türkiyə arasında mövcud deyil. II Qarabağ savaşından sonra İran və Ermənistan, eyni zamanda İran və Azərbaycan arasında baş verən hadisələrə nəzər saldıqda vəziyyətin nədən ibarət olduğunu aydın şəkildə görmək mümkündür. Nəhayət, bütün bu baş verənləri nəzərə alaraq onu qeyd etmək mümkündür ki, Qarabağda əli müsəlman qanına batmış, 60-dan artıq məscidi dağıtmış, islami dəyərləri tapdalamış Ermənistanla özlərini müsəlman dövlətləri adlandıranların belə isti münasibətlər qurması onu göstərir ki, müasir dövrdə həmin dövlətlər üçün vacib olan dövlət maraqlarıdır. Məhz bunları nəzərə alaraq dəfələrlə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həmin müsəlman dövlətlərinə çağırışlar edilib, hətta müəyyən mənada Ermənistanla münasibətlərdən çəkinməsi məqsədi ilə etirazlar da edilib”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|