Arif Hacılını Əli İnsanovun ayağına aparan səbəb - HƏP-dən açıqlama
Tarix: 2-11-2021, 08:24 | Çap et
Müsavat başqanı Arif Hacılı Haqq Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanovla görüşüb. HƏP sədrinin qərargahında baş tutan görüşün ardından sosial şəbəkələrdə çoxsaylı müzakirələr açılıb, suallar səslənməyə başlayıb.
Görüşün əsas səbəbi, məqsədi nə olub? Necə olur, Müsavatın sədri vaxtı ilə onlara düşmən mövqedə dayanmış İnsanovun ayağına gedir? Şərtlər niyə bu qədər qəfil və dərin dəyişdi?
Görüşdə diqqətçəkən maraqlı məqamlardan biri də Əli İnsanovun kabinetində Məhəmməd Əmin Rəsulzadənin və Əbülfəz Elçibəyin fotosunun olmasıdır.
HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli bunları dedi: “Bu, normal bir haldır. İctimaiyyətin diqqətini çəkibsə, demək, bu, doğrudur. Hər halda, nəzərə alın ki, orada partiyaya istiqamət verənlərdən biri də mənəm. Biz xalq hərəkatı və ondan doğan partiyalara ümid etdik, istinad nöqtəsi kimi baxdıq, böyüdük. İndi yeni bir dönəm yaranıb. Xalq hərəkatına gələnlər artıq 30 ili keçiblər. 33-34 ildir ki, bu proseslərin içərisindədirlər. Bir igidin ömrü qədər bir ömür gedib. Biz siyasətlə məşğuluq və hər bir siyasətçinin öz incə məqamları var. Bizim üçün aydın bir xəttə Azərbaycanın və millətin dövlət maraqları öndə gəlir. Ölkəmizə demokratiya gətirmək istəyirik. Bunu bəyan etmişik ki, əsas məqsədlərimizdən biri Azərbaycanı Qərb demokratik institutları ilə eyni platformaya daşımaqdır. NATO-ya inteqrasiya xətti də bizim üçün əsasdır. Türkiyənin olduğu bütün platformalarda iştirakı ən vacib amillərdən biri hesab edirik. Biz Azərbaycanda mövcud vəziyyətdən çıxış yolunu masada görürük. Hətta təkliflərimiz var ki, müxalifət qüvvələri, özü də gerçək müxalif qüvvələrlə Etimad Hökuməti təklifini ortaya qoymuşuq. Qarabağın bir hissəsində qələbə varsa, eyni zamanda sosial, iqtisadi durumdan tutmuş insan hüquq və azadlıqlarına qədər ciddi sorunlarımız var. Bundan çıxış yolunu Milli Etimad Hökuməti ideyasında görürük.
Bizim üçün əsas olan barış və qurtuluş platformasıdır. Bu ideya diqqəti cəlb edir və müxtəlif versiyalar var. İdeyanı gözdən salmaq istəyənlər də var. Ortada İran, Rusiya, ”Beşinci kolon", başqa “kolon”lar da, adlarını bilmədiklərimiz də var. Bunlar da mütərəqqi ideyaları hər zaman gözdən salmağa çalışıblar. Azərbaycanın mövcud durumu çoxlarının maraqlarına uyğundur. Amma millətin maraqlarına uyğun deyil. Biz də bu maraqların təmin olunması üçün hansı cəsarət lazımdırsa, onu da edəcəyik. Müsavat Partiyası yeni bir partiya deyil, oturuşmuş, mövqeyi olan bir partiyadır. Onunla bir masa ətrafında oturmaqdan, müəyyən nəticələr çıxarmaqdan, yaxud fərqli yozmalar etmək, ayağına getmək kimi qələmə vermək etik deyil. El arasında bir deyim var: “Ağlı gödək olanın, dili uzun olur”. Biz ağıllı olmalıyıq. Ağıllı olmaqdan başqa da bir yolumuz yoxdur. Ona görə də bizim bütün partiyalarla bərabər şəkildə əməkdaşlıq etməyə, müzakirələr aparmağa qapımız da, könlümüz də açıqdır. Burada qeyri-adi bir şey axtarmaq lazım deyil. İlk təmasımız Müsavat Partiyası ilə görünə bilər. Bundan əvvəl Arif Hacılı, İsa Qəmbərlə, eləcə də digər partiyalarla görüşlərimiz olub. Burada axtardığınız bir şey qara deyil, aydınlıqdır. Ortada hər şeyi aydın görən bir zehniyyət, kütlə var. O zehniyyətdən biri də bizik və Azərbaycana fayda vermək üzərində düşünürük. Axtarışdayıq və mənə elə gəlir ki, onu da tapmışıq. O istiqamətdə də fəaliyyətimiz davam edəcək. Məyus olanlar öz yerindədir. Ələşdirmələr olacaq. Müxtəlif versiyalar da irəli sürüləcək. Onlara da, sadəcə, “uğurlar” arzulayırıq".
Z.Məmmədli İnsanov-Hacılı görüşü ətrafında gedən müzakirələrə tərəflərdən biri kimi belə son qoydu: “Görüşün bizim ofisdə baş tutması ağıl məsələsi ilə bağlı ola bilər. Partiya bir-birinin ayağına getmir. Biz də partiyaların qərargahlarına gedəcəyik, getmişik də. Biz XXI əsrdə siyasətin adi texnologiyasını bilməyən naşı adamlarla siyasət qurası deyil. Düşünün ki, orada mən də varam. Keçdiyimiz bir ömür yolu var. Ora getməyim təsadüfi deyil. Gedişim ciddi düşüncələr, eyni zamanda müzakirələrin nəticəsidir. Əmin olandan sonrakı bu yol müqəddəs kişilərin yoludur, milli hərəkata və siyasi sistemə yeni bir can vermək, model yaratmaq üçün çalışırıq. Babalarımızın qoyduğu bir yol var. Konkretləşdirib deyim ki, Məhəmməd Əmin Rəsulzadə yolu var. Müasir zamanda isə onun davamçısı kimi Elçibəy yolu beyinlərə hopubsa, biz yeni bir yol icad etmirik. Sadəcə, o yolu itkisiz irəliləmək istəyirik. Ona görə də bizim qərargahda Rəsulzadə, Elçibəy və Atatürkün şəkilləri ola bilər. O doğrudur, həqiqətdir, ədalətlidir. O ideoloji xətt aparıcı olduğu üçün elədir”.
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|