"O zaman belə bir şura yarananda ümidlər gələcəyə doğru hədəflənmişdi" - deputat
Tarix: 16-11-2021, 08:28 | Çap et
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ötən həftə Türk Dövlətləri Təşkilatına çevrildi. Türkiyədə təşkilatın sammitinin keçirilməsi ötən həftəyə və tarixə möhür vurdu.
İlk iclası 2009-cu ilin 3 oktyabrında keçirilən təşkilat türk dünyasının əsas birlik modeli kimi dünya siyasətində boy göstərir.
Dünyadakı əksər böyük birliklərdə - istət milli, istər siyasi, istər hərbi birliklərdə çatlar yarandığı, fikir ayrılıqlarının çoxaldığı bir vaxtda Ərdoğanla İlham Əliyev Türk dünyasını vahid təşkilat ətrafında birləşdirir və bu proses uğurla davam edir.
Ərəb dövlətləri, slavyanlar, Avropanın qohum xalq və dövlətləri bu gün öz aralarında səmimi və içdən gələn birlik halında deyillər. Ərəblərlə slavyanlarda vəziyyət ümumiyyətlə faciəvidir. Bir-birilərini qırırlar. ABŞ-ın özündə son 2-3 ildir hansı proseslər gedir, görürük. Amerikanın qurucu babalarının heykəllərini orada yıxırlar. Ştatlar ayrılıb müstəqil dövlət qurmaq istədiklərini elan edirlər. Tramp “Amerika o qədər uzaq olmayan gələcəkdə parçalanacaq” deyəndə ona çoxları gülürdü. Amma proseslər zatən ona doğru gedir.
“21 əsr türk əsri olacaq” deyiminə də ironiya ilə yanaşanlar tapılırdı. Türklərin birliyi, ittifaqı dünyaya sülh və əmin-amanlıq vəd edir. Ərdoğanın və İlham Əliyevin də hədəfi bölgədə sülh yaratmaqdır. Həm də imperiya ehtirasları ilə bölgəni, həmçinin türk dövlətlərinin bulunduğu coğrafiyaları bu və ya başqa formada işğal etmək istəyən supergüclər qarşısında təşkilatlanaraq sədd çəkməkdir.
İ.Əliyevlə Ərdoğan Güney Qafqazda sülhün olmasına çalışırlar. Çünki hədəfləri böyükdür. Nəhəng iqtisadi-siyasi, geopolitik projelər icra etmək ərəfəsindədirlər. O projelərin həyata keçməsi ağırlığı isə Türkiyə İlə Azərbaycanın, məsuliyyəti Ərdoğanla Əliyevin üzərindədir. Hər iki prezident dəfələrlə ölkələrində ərazi iddiasında olan Ermənistana yapdığı bütün pisliklərə rəğmən sülh təklif edirlər. Həmçinin İranın Azərbaycana etdiyi və etməkdə olduğu pisliklərə rəğmən Tehranı da sülh prosesində görməkdə maraqlıdırlar. Savaş qədər sülh də türk xalqının qanında doğuşdan var. Yeganə millətdir ki, savaşmağı və barışmağa eyni anda onaylaya bilir, ona uzanan barış əlini geri çevirmir.
Türk Dövlətləri Təşkilatı hansı missiyaların öhdəsindən gələ biləcək? Türk cümhuriyyətlərinin çevrəsi savaş və qan-qada ilə dolub-daşarkən, həm öz mövcudluqlarını, həm çevrədəki ölkələrdə əmin-amanlığı necə təmin edəcəklər?
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı suallara cavabında dedi ki, hazırkı zaman kəsiyində dünyada ciddi proseslər gedir: “Təəssüflər olsun ki, bu proseslər kataklizmlərlə, ciddi qarşıdurmalarla, müharibələrlə müşahidə olunur. Həm də qəribədir ki, bu qarşıdurmaların, kəsişmələrin içərisində eyni soydan, kökdən olan xalqlar da bir-birinə qarşı düşmənçilik addımlarını ortaya qoymaqda və bunu ardıcıl olaraq davam etməkdədirlər. Dünya həqiqətən fərqli bir durum içərisindədir. XXI əsr başlayandan bu günə qədər dünyada baş verən çalxalanmalar hələ də sona çatmayıb. Belə bir çətin çalxalanmaların hökm sürdüyü bir təhlükəli durumda Azərbaycan və Türkiyə olduqca doğru, düzgün, gələcəyə hədəflənən yolu seçə bildilər. Əlbəttə, bir millət, iki dövlət olan Azərbaycan bütün tarixi məqamlarda cəmiyyət olaraq, biri digərinin yanında oldu. Lakin son vaxtlar, xüsusi olaraq İlham Əliyevin 2003-cü ildə prezident seçildikdən sonra Azərbaycanın inkişafına hədəflənən ”Yol xəritəsi"ndə Türkiyə ilə münasibətlərin yüksək səviyyədə qurulması xüsusi bir yer aldı. Doğru olaraq cənab Prezident qətiləşdirdi ki, Türkiyə ilə ittifaqa girmədən, onunla münasibətləri ən yüksək səviyyəyə qaldırmadan Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək imkanlarında kifayət qədər çətinliklərlə üz-üzədir. İşğala son qoymaq Azərbaycanın potensialı daxilində olsa da, dünya güclərinin ermənilərin yanında yer alması xeyli dərəcədə bunu problemə çevirməkdədir. Bu baxımdan Ərdoğan amilini heç bir halda nəzərdən qaçırmaq olmaz. Xüsusi olaraq, onun son 7-8 ildə türk dünyasına yönəlmiş olan ciddi fikirləri və atmış olduğu addımlar ölkə prezidenti İlham Əliyevin Türkiyə-Azərbaycan ittifaqına yönəlmiş olan istəklərinin reallaşmasına əlverişli zəmin yaratmaqda idi. Etiraf edək ki, türk dünyasının bu iki nəhəng lideri regionda yeni reallıqlar yaratmaqdadırlar. Bu, ilk növbədə, 44 günlük savaşda zəfərin qazanılması ilə qidalanır. Bu ittifaqın güclənməsi və digər türk dövlətlərinin də bu ittifaqda yer alması artıq tarixin reallığına çevrilib. Əlbəttə, türk dövlətlərinin əməkdaşlığının yaranmasında və inkişafında 2009-cu ildən başlayan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının önəmli rolu oldu. Bir növ bu ilk təməl daşı oldu. Əməkdaşlıq Şurasının Azərbaycanda formalaşması, ilk sammitin burada keçirilməsi son dərəcə əlamətdar idi. Azərbaycan təşkilatçı və bu əməkdaşlıqda maraqlı olan bir dövlət kimi özünü ifadə etməkdə idi. İlham Əliyevin atmış olduğu bu addım şübhəsiz ki, Azərbaycan türklərinin oturuşmuş olduğu baxışlar sisteminə, türk toplumuna olan sədaqətindən, sadiqliyindən qaynaqlanırdı. O zaman belə bir şura yarananda ümidlər gələcəyə doğru hədəflənmişdi. Türk dövlətlərinin bir təşkilata çevrilməsi qətiyyən şübhə etmirəm ki, İlham Əliyev və Ərdoğan tərəfindən birmənalı aydın bir perspektiv idi".
Deputat türk dövlətlərinin birliyini istəməyən güclərə də səsləndi: “Keçən 12 illik zaman kəsiyində dünyanın bu təşkilata qarşı heç də olmayan birmənalı mövqeyi müşahidə olunurdu. Beynəlxalq güclər bu təşkilata ciddi qısqanclıqla yanaşırdılar. Bu yol addım-addım gəlinərək nəhayət nəticə kimi bugünlərdə Türkiyədə şuranın Türk Dövlətləri Təşkilatına çevrilməsi baş verdi. Bu, olduqca çox böyük tarixi bir hadisədir. Bunun başlanğıcı heç şübhəsiz ki, azad edilmiş torpaqlardan start götürdü. Bu gün bunun tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılmasına doğru yönəlmiş olan iki dövlətin ciddi iradəsi son dərəcə önəmli rol oynamaqdadır. Dəfələrlə demişik və bir daha təkrar etmək istərdim ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanla, onun tərkib hissəsi olan Naxçıvanla Türkiyəni deyil, eyni zamanda türk dövləti ilə Azərbaycanı, bütün Qafqazda yaşayan türk xalqlarının və Orta Asiyadakı türk dövlətlərinin birliyinin yaranmasının başlıca amilidir. Kim nə dərəcədə müqavimət göstərsə də, Zəngəzur dəhlizinin açılması tarixi zərurətdir. Burada hansısa dövlətin müqaviməti ola bilər. Necə ki, bu özünü bu və ya digər formada göstərməkdədir. Lakin tarix göstərib ki, tarixin zərurəti olan hadisə məhz tarixin diktəsi ilə hökmən baş verir. Dəfələrlə həm Ərdoğan, həm də İlham Əliyev tərəfindən söylənilmiş olan bu fikirlər olduqca önəmlidir. Türkiyə-Azərbaycan ittifaqı, türk dövlətlərinin bir yerdə olması bu və ya digər ittifaqa qarşı deyil. Bu ilk növbədə bölgəyə sülhün, əmin-amanlığın, əməkdaşlığın gətirilməsi deməkdir. Həmçinin bəşəriyyətə ən yüksək səviyyədə xidmətin ifadəsi kimi qiymətləndirilməlidir. Həm də unutmaq olmaz ki, türk soyu bir əlində qılınc, digər əlində Quranı tutan yeganə soydur. Yəni döyüşdə döyüşür, barışda sözünün sahibidir. Bu baxımdan düşünürəm ki, dünya bunu dərk etməli və türk birliyinin formalaşmasının qarşını almağa cəhd göstərməməlidir. Hətta Azərbaycana mənfi münasibət bəsləyən, türk dövlətlərinin birliyinə qısqanclıqla yanaşan region dövlətləri olan İrana və Ermənistana da sülh, əməkdaşlıq təklifləri edilir. Bunun özü yüksək dəyərlərin ifadəsidir”.
Müsahibimiz qarşıya qoyulan hədəflərə çatılacağına şübhə etmir: “Mənə elə gəlir ki, Türk Dövlətləri Təşkilatı olduqca böyük bir missiyanı qarşısına qoyub. O missiya uğurla yerinə yetiriləcək. Bu missiyalar bu gün toplumun içərisindən bir sosial sifariş kimi önə çıxır və onu reallaşdıran liderlər olur. Əgər liderlər cəmiyyətin sosial sifarişlərini reallaşdıra bilirsə, o, həqiqətən lider, böyük dövlət xadimi və qurucu bir şəxsiyyət kimi tarixə düşür. Bu baxımdan şükürlər olsun ki, Türk Dövlətləri Təşkilatının yaradıcısı olan Ərdoğan və bu təşkilatın yaradılması yolunda həlledici rol oynayan İlham Əliyev məhz bu keyfiyyətləri özündə ehtiva edən tarixi şəxsiyyətlərdir, dünya çapında böyük dövlət xadimləridir. Onların hər ikisi dünyaya sübut ediblər ki, onlar qarşılarına qoyduqları vəzifələrin öhdəsindən uğurla gələ bilirlər. Müqavimətləri ortadan qaldırıb, istəklərinə nail ola bilirlər. Bu baxımdan tam əminliklə demək olar ki, Türk Dövlətləri Təşkilatı gələcəkdə türk dövlətlərinin siyasi, iqtisadi, geopolitik, hərbi məsələləri özündə birləşdirən güclü bir ittifaqa çevriləcək. Türk cümhuriyyətlərinin bu ittifaqı dünyaya ancaq əmin-amanlıq, sülh və əməkdaşlıq vəd edir. Bununla bərabər, hər hansı bir qüvvə bu dövlətlərə qarşı zorakılıq və ya başqa bir formada təpki göstərmək arzusunda olarsa, dərhal onun qarşısı türk soyu, 300 milyondan çox türkü birləşdirən ittifaq tərəfindən çox asanlıqla alınacaq. Bütövlükdə vaxtilə deyilirdi ki, XXI əsr türk əsridir. Doğrudan da bu deyilənlər gerçəkləşməkdədir. Həm də nəzərə alaq ki, bu gün dünyanın güc mərkəzlərinin içərisində çox ciddi qarşıdurmalar, parçalanmalar baş verməkdədir. Bir tərəfdə çox ciddi kataklizmlər, başqa bir tərəfdə isə dünyaya, regiona əmin-amanlıq, yüksək əməkdaşlıq vəd edən Türk Dövlətlərinin İttifaqının formalaşması prosesi gedir. Ulu Tanrı soyumuza, bu niyyətə uğur versin”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|