"Sərhəd məsələsi tezliklə həll olunmayacaq" - Partiya sədri
Tarix: 24-11-2021, 08:59 | Çap et
Regionda cərəyan edən proseslər özünün gərginliyi ilə diqqət çəkir. Maraqları dövlətlər bütün gücü ilə regiondakı proseslərdən kənarda qalmaq istəmirlər. Bu vəziyyət, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində nəzərdə tutulan görüşü çərçivəsində bir daha qabarıb. Bu istoqamətdə hafta.az-a müsahibə verən Azərbaycan Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər maraqlı nüanslara diqqət çəkib.
-Sülhəddin bəy, xəbər verildiyi kimi Avropa Şurası Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşdürülməsində vasitəçi kimi önə çıxıb və rəsmilərin dekabrın 15-də görüşü gözlənir. Bu faktor Rusiyanın bu prosesdən kənarda saxlanması görüntüsünü yaratmaqla yanaşı, regionda hansı geopolitik reallığı ortaya qoyur?
-Bu görüş formal xarakter daşıyacaq. Avropa Şurasıı yenə bəyan edəcək ki, onlar da bu prosesə qoşulub, təşəbbüsləri müsbət nəticə verib. Mən Azərbaycanın gözləntiləri baxımından bu görüşdə hər hansı bir nəticənin olacağını düşünmürəm, prosesdə heç bir irəliləyiş olmayacaq.
Unutmayaq ki, bu proses hər zaman siyasi - doplomatik müstəvidə ya Rusiyanın inhisarında olub, ya da üstünlüyü ilə keçirib. Üstəlik Rusiya silahlı qüvvələrinin Azərbaycanda yerləşdiyi və ortada üçtərəfli bəyanatın olduğu bir vaxtda Avropa İttifaqının belə bir görüşü keçirməklə Rusiyanı üstələyəcəyini düşünmək qeyri-ciddi yanaşmadır.
-Təbii olaraq, Ermənistan kapitulyasiyaya imza atandan sonra Azərbaycan tərəfi sülh sazişinin bağlanmasını, sərhədlərin müəyyənləşməsi, delimitasiya və demorkasiyası prosesini sürətləndirmək istəyir. Bu proses Azərbaycanın istəklərinə uyğun cərəyan edir, yoxsa yenə erməni iddiaları hesaba alınır?
-44 günlük savaşdan sonra yaranmış vəziyyət çox tərəfi razı salmayıb. Hətta öz silahlı qüvvələrini “sülhməramlı” adı ilə Azərbaycana soxan Rusiya belə, yaranmış vəziyyətdən tam razı qalmayıb. Ona görə də diqqət edirsizsə, hətta Putinin imzası olan sənədlərin yerinə yetirilməsi yubadılır. Bunun da birinci səbəbi ondan ibarətdir ki, bütün xiristian dünyası, Rusiya və Fransa başda olmaqla, yaranmış vəziyyətdən narazıdır. Eyni zamanda İran kimi vəziyyətdən narazı qalan qüvvələr də var. Ona görə də üçtərəfli bəyanatların yerinə yetirilməsi, o cümlədən sülh sazişinin imzalanması uzadılacaq. Çünki sülh sazişinin bağlanması Ermənistanın həm Azərbaycan, həm Türkiyə ilə barışması bütün nəqliyyat, ticarət, iqtisadi kommunikasiyaların açılması deməkdir. O zaman Rusiya silahlı qüvvələri avtomatik olaraq Azərbaycandan çıxmalıdır. Artıq barış olandan sonra sülhməramlıya ehtiyac qalmır. O cümlədən Ermənistandan da Rusiya silahlı qüvvələri çıxmalıdır. Çünki Ermənistan bu qüvələri əsasən türk qorxusuna görə saxlayıb. Barış olandan sonra bu qüvvələrə nə ehtiyac var. Rusiya da bunu çox gözəl bilir. Rusiya maksimum çalışacaq ki, bu gərginlik, münasibətlərdəki düşmənçilik maksimum qalsın və həm Ermənistanda, Azərbaycanda qalması üçün də şərtlər ortadan qalxmasın. Eyni zamanda Fransa, İran, ABŞ-dakı müəyyən erməni dairələri, erməni lobbisi regiondakı vəziyyətin hüquqi baxımdan təsbit olunmasını istəmirlər. Revanşist planlar üzərində işləyirlər. O baxımdan da demorkasiya, delimitasiya prosesinin tezliklə həll olunacağını düşünmürəm. Sərhədlərin müəyyənləşməsi prosesi başlaya bilər, amma uzun illər çəkə bilər. Və yaxud sülh razılaşması 30-40 il çəkə bilər. Azərbaycan cəmiyyətində yanlış bir fikir var ki, danışıq başlayan kimi sərhədlər müəyyən olunacaq, sülh müqaviləsi olacaq, bütün yollar açılacaq və sovet dövründə olduğu kimi Azərbaycan və ermənistan xalqları dinc-yanaşı yaşıyacaqlar. Bu çox uzun çəkəcək bir prosesdir və biz bu əsəb müharibəsinə hazır olmalıyıq.
-Ermənistan kapitulyasiyaya imza atıbsa və üçtərəfli atəşkəs bəyanatına görə müddüəlar tez bir zamanda yerinə yetirilməlidirsə, necə ola bilər ki, proses bu qədər uzun çəksin?
-Anlamaq lazımdır ki, Rusiya sülh sazişində, sərhədlərin müəyyənləşməsində maraqlı deyil. Rusiyanın marağı odur ki, nə sülh olsun, nə müharibə. Bu münaqişə vəziyyəti davam eləsin, barış olmasın. Barışın olacağı təqdirdə Rusiyaya olan ehtiyac ortadan qalxır.
-Azərbaycan-Ermənistan rəsmilərinin Avropa Şurasının vasitəçiliyi ilə görüşdürülməsi həm də ATƏT-in Minsk Qrupu dövlətlərinin aktivləşdirilməsinə yönələn bir proses kimi dəyərləndirilə bilər?
-Bu, proses həmin dövlətlərin öz maraqları çərçivəsində normaldır. ABŞ, Fransa prosesdən kənarda qalıblar və 44 günlük müharibədən sonra müttəfiq və tərəfdaş olan Türkiyə və Azərbaycanın yaratdığı reallıqdan narahatdırlar. Konfliktin həlli ilə bağlı yaranan de-fakto durumdan narahat olmaqla yanaşı, Rusiyanın inhisarçılığından da narahatdırlar. Bu baxımdan da aktivlik göstərmələri başa düşüləndir. Lakin hətta ATƏT-in Minsk qrupu regiona yenidən aktivləşsə də, formal xarakter daşıyacaq. Şünki bu dövlətlərin regionda aktivləşməsinddə Rusiya da maraqlı deyil. O baxımdan da Rusiya bu prosesdə oyun oynamaqda davam edəcək. Bu baxımdan nəzərə alın ki, bütün xiristian dünyasının bir məsələdə maraqları üst-üstə düşür. Bu da Qarabağda yaşayan ermənilərə statusun verilməsi məsələsidir.
-Zəngəzur dəhlizi, kommunikasiyaların açılmasında Rusiya maraqlıdır, Ermənistan buna qarşı etirazla çıxış edir. Bəlli.. Sərhədlər müəyyən olunmadan dəhlizin açılması regiona nə verəcək?
-dediyim kimi, sərhədlərin müəyyən olunması ilə bağlı danışıqlara başlaya bilərik. Bu çox uzun prosesdir. Amma kommunikasiyaların açılması üçtərəfli bəyanatda da razılaşdırılıb. Burda de-fakto yolun açılması üçün Türkiyə də çox maraqlıdır və bu, Rusiya-Türkiyə, Türkiyə-Ermənistan münasibətlərində prioritetə çevrilib. Hər şey dünyada və regionda gedən geosiyasi, geoistisadi, geostrateji məsələlərdən asılıdır. Biz bu məsələyə yalnız Azərbaycan-Ermənistan arasında gedən proseslər, yaxud da Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi müstəvisində baxsaq yanılarıq. Burda Azərbaycan çalışmalıdır ki, maraqlı olan oyunçuları bu prosesə cəlb eləsin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|