"Hər kəsə bəllidir ki, Qarabağ probleminin yaradıcısı Rusiya imperiyasıdır" - FAKT BUDUR!
Tarix: 2-12-2021, 08:23 | Çap et
Tanınmış siyasi ekspert Pol Qobl yazıb ki, Rusiya Qarabağ münaqişəsini həll etməyəcək. O, Soçi görüşünü şərh edərkən bunu qeyd edib.
Qərb də Qarabağ münaqişəsinin həllində əsla maraqlı görünməyib, bu gün də görünmür, hər zaman ermənilərdən, işğaldan yana olub. Hələ 1992-ci ildə Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edildiyi zaman ABŞ işğalçı tərəfi deyil, Azərbaycanı hədəfə alan “Azadlığa dəstək Aktı”na 907-ci düzəliş adlı sənəd qəbul etmişdi. Bu düzəlişə görə, Azərbaycana ABŞ-ın silah satması yasaq edilirdi.
Avropa Birliyi də zaman-zaman Ermənistanı dolayısı ilə dəstəkləyən mövqe ortaya qoyub.
Ən doğru yol Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün başlatdığı hərbi əməliyyatlar idi. Onu da tam sona qədər edə bilmədik - ya “zəlzələdən, ya vəlvələdən”. Separatçıların yaşadığı hissədə Azərbaycanın idarəetməsi təmin olunmayıb, sülh müqaviləsi də baş tutmur. Bəs indən sonrası necə olacaq? Proses necə görünür? Amerikalılar Rusiyanı pisləyir, onun münqişənin həllində maraqlı olmadığını deyir. Bəs özləri bunda maraqlıdırlar?
Münaqişə bu şəkildə qalsa, həlli diplomatik yolla icra edilməsə, Azərbaycan yenidən hərbi əməliyyatlara başlaya biləcəkmi? Beynəlxalq və regional şərtlər buna imkan verərmi?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Pol Qobl daha çox Amerikanın, Qərbin maraqlarından çıxış edir. Onlar regionda Rusiyanın fəallaşmasından narahatdırlar. Amma Qərbin təklif etdiyi variant da bizim maraqlarımıza cavab vermir: “Qərb ənənəvi olaraq ermənipərəst mövqedədir. Onlar bu gün daha çox statusdan, Minsk Qrupu həmsədrlərinin dövrəyə qayıtmasından danışırlar. İllər öncə də belə idi. Qərb məsələnin ermənilərin istəyinə uyğun həll olunmasına çalışırdı, Rusiya isə öz maraqlarını güdərək münaqişənin qalmasında maraqlı idi. Paradoksal olsa da, həmin vaxtlar münaqişənin ermənilərin xeyrinə həll olunmaqdansa, hələlik donmuş vəziyyətdə qalması, yəni Rusiyanın təklif etdiyi mövqe bizim də maraqlarımıza cavab verirdi. Hadisələr də haqlı olduğumuzu göstərdi, müəyyən vaxtdan sonra Azərbaycan hərbi əməliyyatlara başladı və uğur əldə etdi. İndi də Rusiya öz maraqlarından çıxıs edir, erməniləri ərazilərimizdə saxlamağa çalışır. Belə görünür ki, məsələnin yerdə qalan hissəsi də diplomatik yollarla həllini tapmayacaq. Azərbaycan müəyyən hazırlıq işlərindən sonra yenidən güc tərbiq etməli olacaq. Bunun üçün isə münbit şərait yetişməlidir”.
Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, Pol Qoblın şərhində həqiqətə yaxın nüanslar var: “Yəni Rusiyanın məsələni yüz fazi həll etmək istəyinin olub-olmadığı barədə suallar təbii ki, zaman-zaman səslənir. Hazırkı durumda sanki Qərblə Rusiya arasında bölgədə bir-birinin rolunu kiçiltmək istiqamətində mübarizə gedir. Pol Qoblun açıqlaması da bu mübarizənin, bu cür münasibətlərin təsiri altında verilən açıqlamadır. Əslində Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərini qurmaq istiqamətində addımlarının müsbət nəticələnməməsi üçün Qərb ən müxtəlif addımlar atır. Ancaq əvvəl-axır Ermənistan Rusiyanın istəyi ilə razılaşacaq. Bizim üçün ən önəmli odur ki, məsələ beynəlxalq hüquq normaları çərçivəsində həll olunsun və 25 min erməninin yaşadığı ərazimizdə də suverenliyimiz bərpa edilsin. Sərhədlərin demarkasiyası və delimitasiyası olduqdan sonra bu problem həllini tapacaqmı? Bax bu məsələdə Pol Qoblun şərhindəki fikirlərdə müəyyən həqiqətləri görürəm”.
Ç.Qənizadə qeyd etdi ki, Azərbaycanın qalib ölkə kimi əlində rıçaqlar var: “Əgər məsələ həllini tapmasa və uzadılsa, Azərbaycanın Laçın dəhlizini bağlamaq imkanı yaranır. Eyni zamanda azərbaycanlı əhalinin Xankəndi, Xocavənd və Xocalıya köçürülməsi məsələsi reallaşdırıla bilər. Yəni yenidən müharibəyə başlamaqdan əlavə Azərbaycanın əlində başqa rıçaqlar da var. Müharibəyə başlamaq variantı ən son və əl atılması ehtimalı çox az olan variantdır”.
Politoloq Oktay Qasımov isə bildirdi ki, Pol Qoblun fikirləri ilə əsasən razılaşmaq olar: “Onun dediklərinin təsdiqləyən xeyli əsaslar var. Hər kəsə bəllidir ki, Qarabağ probleminin yaradıcısı Rusiya imperiyasıdır. Rusiya bu gün də bu problemin qalmasında maraqlıdır. Kremlin bugünkü mövqeyi 1990-cı illərdəkindən müəyyən qədər fərqlənsə də, ümumən məsələyə strateji baxışı dəyişməyib. Onun marağı bundan ibarətdir ki, bölgədə 44 günlük savaşdan sonra yaranmış yeni status-kvo uzun müddət davam eləsin və Rusiya sülhməramlı qüvvə adı ilə hərbi qüvvələrini bu bölgədə daimi saxlasın. 44 günlük savaşdan sonra Qərbin passiv münasibəti nəticəsində Rusiyanın əlinə imkan düşdü və bu imkandan maksimum yararlanaraq Azərbaycan ərazisinə öz hərbi qüvvəsini sülhməramlı adı altında yerləşdirdi. Bundan əvvəl Azərbaycan yeganə Cənubi Qafqaz ölkəsi idi ki, ərazisində Rusiya hərbi qüvvələri yox idi. Rusiya Ermənistanla Azərbaycanın arasında əlaqələrin yaranmasını, kommunikasiyaların açılmasını, amma Qarabağ məsələsinin tam həll olunmamasını istəyir. O baxımdan Pol Qobl haqlıdır. Bölgədə Qərbin də maraqları var və bu maraqların Rusiyanın mövqelərindən elə də fərqli olmadığı bəllidir. Qərb də məsələnin ya həll olunmadan saxlanmasını və uzanmasını, ya da ermənilərin xeyrinə həllini istəyir. Qərbin məsələyə yanaşması həm 1990-cı illərdə, həm də keçənilki müharibə zamanı, müharibədən sonrakı dövrdə ortada olub. Yəni Pol Qobl Qərbin də bu cür mövqedə olduğunu dilə gətirsə yaxşı olar”.
O.Qasımov hesab edir ki, bundan sonra Ermənistan prosesi mümkün qədər uzatmağa çalışacaq. Məsələnin həlli beynəlxalq güclərin bölgədə maraqlarından və onların bu prosesə münasibətlərindən xeyli dərəcədə asılı olacaq: “Eyni zamanda Azərbaycandan və Azərbaycan cəmiyyətindən də asılı olan xeyli məsələlər var. Azərbaycanın Rusiya və Türkiyənin maraqlarını necə uzlaşdıra biləcəyindən çox şey asılıdır. Bu günə qədər Azərbaycan bu maraqları çox uğurla uzlaşdıra bilib. O ki qaldı məsələnin uzanması xətti götürməsinin hərbi əməliyyatlara başlamaq zərurətini ortaya çıxara biləcəyinə, əlbəttə, bu istisna olunmur. Savaş riski kiçik ehtimal deyil. Azərbaycan ərazisində qalan silahlı ermənilərin ərazidən çıxarılmaması yeni hərbi əməliyyatların başlanmasına səbəb ola bilər. Buna görə isə yaranmış həm regional, həm beynəlxalq şərtlər doğru dəyərləndirilməlidir. Şərtlər uyğun olarsa, beynəlxalq oyunçuların müdaxilə etməyəcəyi qənaəti yaranarsa, hərbi əməliyyatın keçirilməsi mümkündür”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|