"Ortada aydın fakt var - 1 milyon köçkünümüz..." - deputat
Tarix: 3-12-2021, 08:52 | Çap et
BMT-nin Beynəlxalq Məhkəməsi dekabrın 7-də Azərbaycanın Ermənistana qarşı “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiyanın pozulması iddiası üzrə qərar çıxaracaq. “Yeni Müsavat” xəbər verir ki, bu barədə məhkəmənin saytında yer alan məlumatda deyilir. Elə həmin gün Ermənistanın Azərbaycana qarşı analoji iddiası üzrə də qərar çıxarılacaq. Azərbaycan və Ermənistan bu ilin sentyabrında bir-birinə qarşı iddia qaldırıb. Qarşılıqlı ittihamlar vətəndaşların milli mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, etnik təmizləmələr, ədavət salınması ilə bağlıdır.
Oktyabrda BMT məhkəməsi Haaqada Azərbaycanın Ermənistana və Ermənistanın Azərbaycana qarşı iddiası üzrə dinləmələr keçirib. Bəs Haaqa Məhkəməsinin qərarı necə olacaq? 30 il ərzində torpaqlarımızı işğalda saxlayaraq etnik təmizləmə aparan, 1 milyondan çox insanımızı qaçqın həyatı yaşamağa vadar edən Ermənistan cəzalanacaqmı? 44 günlük müharibənin nəticələrini təhrif edən, özlərini guya bu müharibədə zərərçəkən, erməni əhalisini “torpaqlarından qaçqın düşdüyü” barədə yalanlar uyduraraq həyasızca Azərbaycana qarşı iddia qaldırmış Ermənistan nəyə ümid edir? Haaqa Məhkəməsi hər iki tərəfi razı salmaq üçün iddiaları təmin edə bilərmi? Amma Azərbaycan 44 günlük müharibədə nə mülki erməni həyatına son qoyub, nə onların kilsələri, erməni qəbirləri dağıdılıb, nə də etnik təmizləmə siyasəti aparıb. Əksinə, Soçi görüşündə Rusiya lideri açıqladı ki, müharibədən sonra 52 min nəfər daim yaşayış yerinə qayıdıb. Söhbət Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərdən gedir. Halbuki Ermənistan 30 ilə yaxın 1 milyon insanı yurd-yuvasından didərgin salıb. O halda BMT məhkəməsi nizam-tərəzini düzgün qura biləcəkmi? Beynəlxalq femidadan nə gözləyə bilərik?
Hakim partiyadan deputat, parlamentin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, hər iki tərəf BMT İnsan Hüquqları Məhkəməsinə müraciət edib: “Həqiqəti görmək üçün mikroskop götürüb hadisələri izləməyə ehtiyac yoxdur. Gün kimi həqiqət var. BMT-nin 4 qətnaməsində erməni silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən çıxması qeyd olunub, amma 30 ildə icra olunmadı. Ortada aydın fakt var - 1 milyon köçkünümüz... Həmçinin işğaldan azad edilən ərazilərdə diplomatik korpusların nümayəndələri olublar, gözləri ilə görüblər, İSESCO prosesdə iştirak edib, UNESCO da bu məsələləri nəzarətə götürüb. Yəni ermənilər bütün tarixi, dini və mədəni abidələri məhv edib, 67 məsciddən 65-ni dağıdıb, Xocalı soyqırımını törədib, bəşəri cinayətə imza atıb, müharibə cinayətinə yol verib. Bir var 100 il keçə, tarixi kitablarla açıb sübut edəsən, bir də var ”görünən dağa nə bələdçi", BMT nümayəndələri gəlib azad edilən ərazilərimizə baxsınlar, qeyd aparsınlar".
E.Nəsirov hesab edir ki, BMT 30 il torpaqların işğalda qalmasına göz yumub: “Ona görə ki, BMT-nin nizamnaməsinin 5-ci maddəsinə görə qətnamələrin icrası məcburidir, xoşuna gəlməsə də icra olunmalıdır. Təəssüflə qeyd edirəm ki, BMT 30 ildə Ermənistana qarşı təzyiq mexanizmini işə salmaq istəmədi. O baxımdan 44 günlük müharibəni başlayan, yeni ərazi iddiasını ortaya qoyan da erməni tərəfi oldu, yaşayış məntəqələrini atəşə tutdu, dinc əhalini gülləbaran etdi. Odur ki, indi erməni tərəfinin qaldırdığı iddiaların heç bir hüquqi əsası yoxdur. Yenə deyirəm ki, bir var sənədləri, tarixi qaldırıb araşdırasan, bir də var tarix göz qabağındadır. Əgər BMT məhkəməsi öz imicini qorumaq istəyirsə, ədalətli qərar qəbul etməlidir”.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, əgər haqq-ədalət varsa, qanunun aliliyinə hörmət qoyulacaqsa, düzgün qərar çıxarılacaq: “Düzgün qərar olmasa şübhələr yaradacaq. Ən azından Azərbaycan tərəfi müraciət etməlidir. Biz hərbi cinayətkarların mühakiməsinə nail olmalıyıq. Necə ki, Ruanda, Serebrenitsa qatilləri mühakimə edilib, Xocalıda qətliamlar törətmiş canilər də hökmə cəlb olunmalıdır. Ona görə peşəkar hüquqşünaslar fəaliyyət göstərməlidirlər. Ancaq siyasi maraqlar hüququn aliliyini üstələsə, erməni tərəf qaldırdığı iddiaların təmin edilməsinə nail ola bilər”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirdi ki, bu ilin sentyabrında Ermənistan Azərbaycana qarşı iddia qaldırıb: “Onların işğalçı tərəf olduğu halda bu iddianı qaldırması tam bir absurddur. Çünki ərazilərimizdə vandallıq edilib, mədəni irsimiz məhv olunub, Azərbaycan xalqına qarşı nifrət hissində siyasət aparılıb. Bu vəhşiliklərə imza atan erməni tərəfidir. O zaman bizə qarşı hansı iddia irəli sürürlər? Sadəcə, elədikləri həyasızlıqdan ibarətdir”.
Hüquq müdafiəçisi yada saldı ki, bir həftə fərq olmaqla sentyabrın 21-də Azərbaycan iddia qaldırıb: “Ermənilərin iddiaları əsasən Bakıdakı Hərbi Qənimətlər Parkında olan maketlərin götürülməsi ilə bağlıdır. Ancaq nəzərə alsaq ki, həmin maketlər artıq götürülüb, o halda İrəvanın Haaqada iddiaları əsassızdır”.
Ç.Qənizadənin sözlərinə görə, Azərbaycan faktlara əsaslanaraq tutarlı sənədlər əsasında iddia qaldırıb: “Xalqımızın I Qarabağ müharibəsində diskriminasiyaya məruz qalması, soyqırım törədilməsi faktı göz qabağındadır. İkinci müharibədən sonra da minaların xəritələrinin verilməməsi faktı qalır. Əgər hakimlər obyektivlik nümayiş etdirəcəksə, o zaman ermənilərin iddialarını təmin etməyəcəklər. Hər halda Haaqa hakimlərinin ədalətli qərar verəcəyinə ümid edirik. Zənnimcə, Azərbaycanın qaldırdığı iddiaların əsaslı olduğuna dair qərar qəbul olunmalıdır”.
Qeyd edək ki, rəsmi olaraq Beynəlxalq Ədalət Məhkəməsi kimi tanınan məhkəmə ölkələr arasında mübahisələri həll etmək üçün BMT məhkəməsidir. Beynəlxalq Məhkəmə vətəndaşlıqlarından asılı olmayaraq yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslərdən seçilmiş və müstəqil hakimlər kollegiyasını təşkil edən on beş nəfərdən ibarətdir. Beynəlxalq Məhkəmə hakimləri əsasən BMT-yə üzv dövlətlər arasından seçilir, amma yalnız Statusuna üzv olan dövlətlər də Baş Assambleyanın qərarı ilə öz hakimliyə namizədlərini irəli sürə bilərlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|