Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                 

"Muradov Ermənistana təzyiq etməlidir ki, saxta mina xəritələrinə son qoysun" - deputat
Tarix: 11-12-2021, 09:34 | Çap et
"Muradov Ermənistana təzyiq etməlidir ki, saxta mina xəritələrinə son qoysun"
“Dağlıq Qarabağ münaqişəsi zamanı əsir düşmüş Azərbaycanın bütün hərbçiləri Rusiya sülhməramlılarının köməkliyi ilə geri qaytarılıb, hazırda əsir düşən erməni əsgərlərin qaytarılması istiqamətində işlər davam etdirilir”.

Bu barədə TASS-a Cənub Hərbi Dairəsinin komandan müavini, Rusiya sülhməramlı kontingentinin sabiq komandanı, general Rüstəm Muradov deyib.

“Artıq yaxşı müsbət anlaşma var. Hesab edirəm ki, bu problem tam bağlanmalıdır və Rusiya sülhməramlıları bu işi sona çatıracaqlar”, - Muradov arxayıncasına bildirib.

R.Muradov elə əminliklə “bu problem bağlanmalıdır”, deyir, sanki ermənilər Azərbaycana qanuni əsaslarla gəzməyə gəlibmişlər, burada haqsız yerə saxlanılıblar. Ortada ciddi faktlar, məhkəmə sübutları, şahid ifadələri və etiraflar var. Erməni hərbçiləri özləri də bildiriblər ki, 2020-ci ilin dekabrında silahlı halda elə sülhməramlıların yanından keçərək Azərbaycan ərazilərinə soxulublar. Onların əsas məqsədi diversiya-təxribat əməlləri törədib, Azərbaycana zərbə vurmaq olub. Düzdür, mülki şəxslərimizə və hərbçilərimizə qarşı terror aktı həyata keçiriblər, həlak olan və yaralananlar olub. Ancaq bu cinayətkar dəstək ordumuz tərəfindən zərərsizləşdirilib, layiqli cəzalarını alıblar.

Bütün bunları bildiyi halda, R.Muradovun onları azadlığa buraxdırmaq üçün dəridən-qabıqdan çıxması əcaibdir, sanki nə beynəlxalq qanunlar var, nə də Azərbaycan qanunları. General Muradov bu mövqeyi ilə əslində öz ölkəsinin rəhbərliyinin də iradəsinə zidd davranış sərgiləyir. Belə ki, hətta sonuncu - Soçi görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan da “əsirlər” mövzusunu çox qabartmadı. Eyni zamanda Azərbaycan Prezidentinin mövqeyinə bələd olan Rusiya lideri V.Putin də bu məsələdən bəhs etmədi.

R.Muradovun unutduğu digər məsələlər də var. Əvvəla, artıq “Dağlıq Qarabağ” anlayışı artıq yoxdur. 1991-ci ilin 10 dekabrında müstəqil Azərbaycanın parlamenti Dağlıq Qarabağ Muxtar Vilayəti adlı qurumu da ləğv edib. Ondan sonra uzun illər “Dağlıq Qarabağ münaqişəsi” işlənsə də, keçən ilin 44 günlük müharibəsinin yekununda bu məsələyə də nöqtə qoyuldu. Eyni zamanda Azərbaycan Prezidenti bu ilin yayında Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması barədə sərəncamlar imzalayıb. Bu günlərdə isə Şuşa xaric, Qarabağın digər ərazilər üzrə Prezidentin xüsusi nümayəndəsi təyin olundu. Həm hüquq, həm də reallıq bunu deyir: Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur, aranlı-dağlı Qarabağ var! Gərəkdir ki, həm Rusiyanın bölgədəki kontingenti, həm Rusiya Müdafiə Nazirliyi, həm də konkret halda Rüstəm Muradov Azərbaycan qanunlarına hörmətlə yanaşsın və yanlışlıqlarını aradan qaldırsınlar.

İkincisi, yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda heç bir erməni əsiri yoxdur, diversantlar var. Hansını ki, iki gün öncə Beynəlxalq Məhkəmə də öz qərarı ilə təsdiqləyib. Hətta Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın ünvanladığı şikayəti təmin etməyərək, Azərbaycanda hərbi əsirlərin olmadığını təsdiqləmiş oldu. Bu mənada gərəkdir ki, cənab Muradov getsin, öncə Beynəlxalq Məhkəmənin qərarını oxusun, nəinki erməni ağzı ilə danışsın. Üçüncüsü də gərəkdir ki, R.Muradov İrəvana daşıdığı “əsir”lərin əvəzində Bakıya gətirdiyi mina xəritələrinin əksəriyyətinin saxta olduğunu nəzərə alsın!

Erməni diversantları isə ya Prezident əfv edə, ya da amnistiyaya düşə bilərlər. Təbii ki, nəyinsə qarşılığında. Bəs Rusiya generalının belə arxayın danışığının arxasında nə durur?

Deputat Ceyhun Məmmədov hesab edir ki, Muradov saxta mina xəritələrinə görə məsuliyyət daşıdığını unutmamalıdır: “Ermənilərin bu hərəkəti Rusiyanın vasitəçilik missiyasına da hörmətsizlikdir. Azərbaycan humanistlik edir əsirləri qaytarır. Ermənistan isə saxta əməllərə davam edir. Münasibətlər qarşılıqlı olmalıdır. Muradov Ermənistana təzyiq etməlidir ki, saxta mina xəritələrinə son qoysun”.

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mbarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Cənub Hərbi Dairəsinin komandan müavini general Rüstəm Muradov başqa cür danışa da bilməz: “Çünki bu, onun şəxsi fikirləri deyil, təmsil etdiyi generalitetin, hətta deyərdim dövlətinin mövqeyidir. Eyni zamanda birbaşa olmasa da, Ermənistanda yerləşən 102 saylı bazanın da rəhbəri kimi öz mövqeyini bildirir. Təbii ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətinin nümayəndəsi mütləq şəkildə öz verdiyi hər bir açıqlamada daha diplomatik tərzdə danışmalı və mövqe bildirməlidir. Sözsüz ki, beynəlxalq səviyyədə də əsir və girovlarla bağlı saxta iddialardan da xəbəri olan general Muradov, hər kəsi öz adı ilə adlandırmalıdır, yəqin ki, əsir və təxribat, terror üçün qanunsuz olaraq sərhədimizi keçən diversantın və ya terror qrupunun da fərqinə varmalıdır”.

Ancaq A.Nağıyev bir məqamı unutmamağı vacib sayır: “Əsas məsələ odur ki, bu şəxslərlə bağlı son qərar Azərbaycan dövləti tərəfindən verilir. Əgər cənab Muradov və digər qurumların nümayəndələri regionda və təbii ki, iki dövlət arasında sülhün bərqərar olmasını, gələcəkdə qlobal təhlükəsizliyə keçməsini istəmirsə, mina xəritələrində də ciddi addımlar atmalıdırlar və bunu hansısa siyasi alverə çevirməməlidirlər. Çünki Azərbaycan dövlətinin əsas məqsədlərindən biri böyük qayıdışı başa çatdırmaq və bunu təmin etməli olan bütün qurumlarla ciddi anlaşmaya getməkdir”.

İrəvan Türk Cümhuriyyətinin başqanı, professor Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan Azərbaycana qarşı təxribatlarını əsir və girovlarla bağlı davam etdirir: “Dəfələrlə qeyd edilib və əslində bütün dünya da bunu belə bilir ki, Azərbaycanda mühakimə olunan ermənilər əsir deyil. Onlar atəşkəsdən sonra torpaqlarımıza soxulub diversiya hərəkətləri edən terrorçu qrupun üzvləridir və Ermənistanda da bunu belə qəbul edirlər. Atəşkəsdən sonra açıq şəkildə müharibənin davam etdirilməsini istəyən, Qarabağa dəstə-dəstə silahlı qruplar göndərilməsi videoları da yayılıb”.

Q.Çaxmaqlı Muradovun səsləndirdiyi fikirlərlə bağlı bunları söylədi: “Rusiya sülhməramlı kontingentinin keçmiş rəhbəri Rüstəm Muradov bu işdən uzaqlaşdırılmadığını artıq bilirik. Onun Putinin tapşırıqlarını yerinə yetirməsinin dəfələrlə şahidi olmuşuq. Bəzi hallarda Rusiya rəhbərinin deyə bilmədiklərinin Rüstəm Muradovun dili ilə deyildiyini də bilməliyik. Onun verdiyi bəyanat və açıqlamaları Rusiya dövlətinin mövqeyi kimi qəbul edilməlidir.

Müharibədən sonra, əlbəttə, hamının hamıya prinsipi ilə əsir və girovların dəyişdirilməsi həyata keçirildi. Amma müharibədən sonrakı aylarda erməni diversiya qruplarının Azərbaycan ərazisində terrorçuluğu faktlarının olmasını hamıdan yaxşı R. Muradov bilir. Müharibə bitəndən sonra onların zərərsizləşdirilməsinin və tutulmasının artıq ayrı adı var və Azərbaycan onları qanunlarımızın tələblərinə uyğun mühakimə edir. Ermənilər Azərbaycanı bu məsələdə beynəlxalq səviyyədə məhkum etmək istədilər, heç bir şeyə nail olmayıblar. Onlarınki artıq siyasi, təbliğati mərhələdə Azərbaycana qarşı böhtanlar yağdırmaqdır. Muradovun belə açıqlamaları da erməni təbliğatının tərkib hissəsidir. Azərbaycan Prezidenti mühakimə olunub cinayətləri sübut olunmuş bu şəxslərlə bağlı əfv və ya amnistiya aktı qəbul edə bilər. Muradovun da, Ermənistan rəhbərliyinin də bu adamlarla bağlı xahişləri və ya siyasətləri bu istiqamətdə ola bilər. Hansısa beynəlxalq təzyiq və basqı ilə Ermənistan da, hazırda onun sözçüsü rolunda olan Rusiya generalı da heç nəyə nail ola bilməz".

Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədovun fikrincə, Üçtərəfli Bəyanat və ondan sonra üç tərəf arasındakı danışıqlara uyğun olaraq bölgədə baş verənlərlə bağlı bəyanatlar Rusiyada yalnız müvafiq şəxslər tərəfindən verilə bilər: “Muradovun publika qarşısında çıxış edərək Azərbaycanın nə etməli olduğunu bildirməsi absurddur. O nə Putin, nə Lavrov, nə də Şoyqudur. Həmin ermənilər isə ”əsir" deyillər. Əsirlər müharibə zamanı olur. Mən əminəm ki, əsir anlayışını o çox gözəl bilir".

Sonda bir məqamı da vurğulayaq. R.Muradovun Bakıdan apardığı erməni hərbçilərin bir neçəsi barədə artıq cinayət işi başlanıb və onlar həbs ediliblər. Hətta Ermənistan parlamentinin sədri Alen Simonyan noyabr ayının 16-da Azərbaycan ordusuna əsir düşənləri fərari adlandırıb. Bəlkə R.Muradov indi də əl-qolunu çirməyib, İrəvan həbsxanasında olan hərbçilərin azadlığı üçün çalışsın. Amma şərhlərdən də göründüyü kimi, ümumi qənaət budur ki, Muradov “yuxarılar”ın sözünü deyir. Bu mənada sülhün təminatçısı qismində çıxış edən rəsmi Moskva durumu, Azərbaycandakı ictimai rəyi nəzərə almalıdır...
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru