“Əgər bu eybəcər qurum yenidən meydana qayıtsa, Qarabağla bağlı proseslər düyünə düşəcək” - HƏQİQƏTƏN DƏ...
Tarix: 17-12-2021, 09:03 | Çap et
ATƏT-in Minsk Qrupunun dirçəldilməsi cəhdi növbəti dəfə fiaskoya uğradı. Bu dəfə Ermənistanın bu istəyini Avropa Birliyi rədd etdi. Belə ki, böyük ümidlərə baxmayaraq, Brüssel görüşünün yekun bəyanatında bu barədə heç bir xatırlatma olmadı. O cümlədən qondarma status məsələsi də gündəmdə olmadı.
Prezident İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində də “Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib” deyib. “Azərbaycanın mövqeyi açıq-aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır”, - dövlət başçısı bildirib.
Yada salaq ki, ötən həftə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələri təmsil edən ABŞ-ın dövlət katibi Entoni Blinken, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jan-İv Le Drian Ermənistan və Azərbaycan arasında Minsk Qrupu həmsədrlərinin himayəsi altında birbaşa dialoqun bərpasına dəstək ifadə ediblər. Üç nazir Prezident Əliyev və baş nazir Paşinyan arasında indiyədək keçirilən görüşlərdə müzakirə olunan humanitar təşəbbüslərin həyata keçirilməsində hiss olunan irəliləyişə nail olmaq və gələcək qarşılıqlı fəaliyyətlər üçün gündəliklə bağlı razılıq əldə etmək məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrlərini ən qısa zamanda regionda qəbul etməyə, onlara vəziyyəti yerlərdə ilk əldən qiymətləndirmək imkanı verməyə çağırıblar. Amma indi Avropa Birliyi də həmsədrləri gündəmdən çıxarırlarsa, o zaman ortaya haqlı sual çıxır. Tək “kontrabasda” qalan həmsədrlik institutu birdəfəlik tarix olur, yoxsa hansısa cəhdlər yenidən davam edəcək? Nəzərə alsaq ki, həm ABŞ, həm də Fransa danışıqların məhz Minsk Qrupu həmsədrlərinin nəzarətinə qaytarılması üçün daha çox cəhdlər edirlər. Bu cəhdlər bundan sonra da davam edəcək, yoxsa məsələ bitdi?
DİA.AZ-ın "Yeni Müsavat"a istinadən verdiyi məlumata görə, YAP-çı deputat Hikmət Babaoğlu hesab edir ki, Azərbaycanın bölgədə yaratdığı reallıq artıq hər kəs tərəfindən qəbul edilir: “Avropa İttifaqı Şərq Tərəfdaşlığı 6-cı zirvə görüşünün yekunları ilə bağlı qəbul edilmiş bəyannamədə dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinin dəstəklənməsinin öz əksini tapması mühüm əhəmiyyət daşıyır.
Bu, əslində Azərbaycanın yaratdığı yeni reallıqların Avropa İttifaqı tərəfindən, yəni kollektiv Qərb tərəfindən qəbul edilməsi deməkdir. Nəzərə almaq lazımdır ki, istər 44 günlük müharibə dövründə, istərsə də postmüharibə mərhələsində bəzi Avropa İttifaqına üzv olan ölkələr Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı olduqca aqressiv mövqe nümayiş etdirir, bunu qəbul etmək istəmirdilər. Cəmisi bir il sonra isə artıq bütün Qərb kollektiv şəkildə bu reallığı qəbul edir. Özlüyündə bu, siyasi diplomatiyamızın ayrıca bir uğurudur və əldə etdiyimiz tarixi zəfərimizi daha da möhkəmləndirir. İkinci yadda qalan əsas məsələlərdən biri isə kommunikasiyaların açılması ilə bağlı konkret addımların atılması oldu. Bu isə paralel olaraq sərhədlərin delimitasiya və demarkasiyası da daxil olmaqla, digər bütün istiqamətlərdə də münasibətlərin normallaşmasını stimullaşdıracaq. Bəyannaməyə Azərbaycanın icazəsi olmadan münaqişədən əziyyət çəkənlərə humanitar məqsədlərlə yardım edilməsinin yalnız Azərbaycanın icazəsi ilə olması da konkret məzmun daşıyır. Çünki Azərbaycan ərazisində yaşayan erməni icmasına edilə biləcək mümkün yardımlar ancaq Azərbaycanın icazəsi ilə baş tutacaq. Ən əsas məsələlərdən biri isə ATƏT-in Minsk Qrupunun bundan sonrakı mərhələdə yalnız Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və digər humanitar xarakterli məsələlər üzrə vasitəçi ola biləcəyinin Avropa İttifaqı tərəfindən də bir növ qəbul edilməsidir. Çünki heç bir halda bu qrupun fəaliyyəti müxtəlif səviyyəli görüşlərin heç birində danışıqların mövzusu olmadı. Beləliklə də, kənar subyektlər tərəfindən Minsk Qrupunun adının necə hallandırılması, yaxud necə manipuliyasiya edilməsindən asılı olmayaraq, artıq onun fəaliyyətinin yalnız humanitar və texniki kontekstdə rol ala biləcəyi aydın görünür".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı: “İstərdik ki, Minsk Qrupu həmsədrləri ilə bağlı məsələ bitsin. Amma qəti fikir söyləmək hələ çətindir. Ermənistan və onun havadarları bu qurumdan ”saman çöpü" kimi yapışıblar. Ona görə də hələ bu istiqamətdə təşəbbüslər edəcəklər. Fransa prezidentinin “iki daşın arasında” özünü ortaya atması, görüş təşkil etməsi də təsadüfi deyil. O, həm özünün də var olduğunu göstərmək istədi, həm də böyük ehtimalla həmin görüşdə həmsədrlərin arenaya qaytarılması təşəbbüsü edib, Azərbaycan prezidentini bu məsələdə razı salmağa çalışıb. Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə alınan üç tərəfli görüşdə, onun yekun bəyanatında Minsk Qrupu ilə bağlı bəndin yer almaması Azərbaycan tərəfinin uğuru kimi dəyərləndirilməlidir. Deməli, bu cür nüfuzlu təşkilat da Azərbaycanın mövqeyi ilə hesablaşır. Amma arxayın olmaq olmaz. Ermənilər təşəbbüslərini davam etdirəcəklər. Biz bilməliyik ki, Minsk Qrupu həmsədrlərinin “xortlaması”na heç bir halda yol vermək olmaz. Əgər bu eybəcər qurum yenidən meydana qayıtsa, Qarabağla bağlı proseslər çətin düyünə düşəcək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|