Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                 

“Təkcə təhsil sistemində deyil, digər strukturlarda da regional idarəetməyə keçirik” - Deputat ANONS ETDİ
Tarix: 22-12-2021, 08:24 | Çap et
“Təkcə təhsil sistemində deyil, digər strukturlarda da regional idarəetməyə keçirik”
Dekabrın 20-də Prezident təhsil sahəsini əhatə edən iki sərəncam imzaladı. Sərəncamlardan biri regional təhsil idarələrinin yaradılması, digəri isə bağçaların yerli icra strukturlarının tabeliyindən çıxarılaraq Təhsil Nazirliyinə verilməsi ilə bağlı idi. DİA.AZ bildirir ki, AYNA bu yeniliklərin hansı zərurətdən irəli gəldiyini və hansı dəyişiklərə səbəb olacağını aydınlaşdırmağa çalışıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib ki, regional təhsil idarələrinin yaradılması həm də regional idarəetmə sisteminə keçidin siqnalı ola bilər: “Hər bir rayonda təhsil idarələrinin saxlanılması, onların maliyyələşdirilməsi yəqin ki, effektiv olmayıb. Eyni zamanda da regional idarəetmə prosesi daha da asanlaşdıracaq və koordinasiyanı gücləndirəcək. Təhsil Nazirliyi statistikanı, hesabatları, problemlərin həlli yollarını və s. ayrı-ayrı rayonlardan deyil, bir regional mərkəzdən alacaq. Bu, resurs, zaman, maliyyə, idarəetmə baxımından daha effektiv olacaq. Regional təhsil idarələrinin yenilənmiş fəaliyyət planları ilə tanış olmamışam, amma ümumilikdə demək mümkündür ki, bu addım daha effektiv idarəetmə üsuluna keçiddir”.

“Biz çox vaxt nümunə gətirirdik ki, Gürcüstandakı idarəetmə üsuluna – az işçi və çox işə keçək. Bu idarəetmə üsulu davam etsə, deməli, hökumət effektiv idarəetmə üsuluna keçib. Təhsil sahəsində bu, qaçılmaz idi. Elə bir sahədir ki, bütün həyatımıza təsir edir. Bu baxımdan yeni qərar regional idarəetmə problemlərinin bir az daha asan həll olunmasına səbəb olacaq. Burada söhbət koordinasiyadan gedir. Bu gün hansısa məsələ ilə bağlı müraciət etdiyimizdə, biri deyir: “mənim işim deyil, o etməlidir”, o biri deyir: “mənim işim deyil, başqası etməlidir”. Burada isə vahid koordinasiya olacaq ki, bu da işləri asanlaşdırıcaq”, - deyə həmsöhbətimiz bildirib.

Bağçaların yenidən Təhsil Nazirliyinin tabeliyinə verilməsi və bu istiqamətdə gözləntilərlə bağlı danışan Səfərovanın sözlərinə görə, bu cür dəyişikliklər dərhal nəticə verməyə də bilər: “Ümumiyyətlə, siyasi səviyyədə dəyişikliklər uzunmüddətli zaman üçün hesablanmış olur. Amma ümumilikdə bir təhsil müəssisəsinin Təhsil Nazirliyinin tabeliyində olması qədər təbii heç nə yoxdur. Bağçaları təhsil prosesinə qaytarırlar. Məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyi standartlarını müəyyənləşdirən və təhsil siyasətini formalaşdıran qurumdur. Onlar yerli icra strukturlarına verildikdən sonra nə qədər neqativ hallar olduğunu gördük. Korrupsiya, uşaqların qida rasionu ilə bağlı narazılıqlar, metodistlərin təhsil idərələrini qəbul etməmələri ilə bağlı yüzlərlə faktlar var”.

“Bəli, uşaq bağçaları indiki uşaqların sayına cavab vermir. Təhsil Nazirliyinin tabeliyinə verilməsi isə o deməkdir ki, bu məsələnin doğru araşdırılmasına və standartlarının müəyyən edilməsinə kömək edəcək. Axı bağça uşağın yalnızca yemək yeyib yatdığı yer deyil. Uşaqlar bağçada təhsil prosesinə də cəlb olunurlar. Oradakı müəllimlərin bilik-bacarıqları, uşaqlarla davranışları, uşaqların qida rasionunun müəyyənləşməsi və s. məsələlər var. Buna görə təhsillə bağlı müəssisələr Təhsil Nazirliyinin nəzarəti altında olmalıdır. Bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi labüd idi və yəqin ki, yaxın bir neçə il ərzində biz bunun müsbət tərəflərini görəcəyik”, - deyə sədr fikrini yekunlaşdırıb.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da o fikirdədir ki, regional idarəetməyə keçid mövcud vəziyyətin tələblərindən irəli gəlir və labüddür: “Bu gün istər idarəçilikdə, istərsə də təhsil sistemində gedən proseslər daha çevik, adekvat, operativ qərarların və idarəçiliyin həyata keçirilməsini tələb edir. Bu baxımdan hesab edirəm və ümumi prosesin təhlili də onu göstəririr ki, biz bölgələrdə təhsil sistemini idarə etmək üçün, ümumiyyətlə, digər strukturlarda da idarəetməni həyata keçirmək üçün regional idarəetməyə keçirik. Bir müddət əvvəl Mədəniyyət Nazirliyində də bu proses baş verdi”.

“İcra stuktukturları ilə bağlı da bu məsələlər müzakirəyə çıxarılmışdı. Təhsil sahəsində də bu məsələ bir neçə ildir müzakirə olunurdu. Regional idarələrin yaradılmasında əsas məqsəd və hədəf ondan ibarətdir ki, bölgələrdə, rayonlarda baş verən hadisələrlə, ümumiyyətlə, həllini gözləyən məsələlərlə bağlı daha adekvat, çevik qərarlar qəbul edilsin. Regional idarələrin konkret səlahiyyətləri var və müəyyən məsələlərlə bağlı özləri qərar qəbul edə, həyata keçirə bilərlər. Bu baxımdan hesab edirəm ki, regional idarələrin yaradılması idarəetmədə işin düzgün qurulmasından asılı olaraq çevik qərarların qəbul edilməsinə, operativ reaksiyaların verilməsinə öz ciddi töhfəsini verəcək”, - deyə deputat vurğulayıb.

O, hesab edir ki, regionların bölgüsü də düşünülmüş formada aparılıb: “Bu da imkan verəcək ki, təhsillə bağlı bölgələrdə, rayonlarda qarşımıza çıxan, həllini gözləyən məsələləri tez bir zamanda həll edə bilək”.

Bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsinə münasibət bildirən müsahibimiz bunun da düzgün yanaşma olduğunu düşünür və fikrini belə əsaslandırıb: “Bütün hallarda bağçada tərbiyə, təhsil, təlim məsələsi daha çox olduğuna görə, hesab edirəm ki, bağçaların idarəçiliyinin Təhsil Nazirliyində olması düzgün bir yanaşmadır. Bağçalarda söhbət yalnız inzibati idarəçilikdən getmir, həm də bağçalarda təlim-tərbiyə işinin təşkili məsələsi var. Metodoloji baxımdan, təlim-tərbiyənin təşkili baxımından bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi daha uyğundur”.

“Təhsil Nazirliyi indiki halda bağçalarla bağlı neqativ halların aradan qaldırılmasına nail ola biləcəkmi?” sualını cavablandıran Məmmədovun sözlərinə görə, bu iş çətin və məsuliyyətli olsa da, nazirlik vətəndaşların gözləntilərini doğrultmaq üçün çalışmalıdır: “Bir müddətdir ki, cənab Prezidentin sərəncamı ilə yeni nazir təyin olub. Səlahiyyət verilib, etimad göstərilib. Artıq dövlət tərəfindən də lazım olan bütün dəstəklər göstərilir. Hesab edirəm, burada artıq yük nazirliyin üzərinə düşür ki, nazirlik öz işini şəffaf, obyektiv, günümüzün tələblərinə uyğun qursun. Zaman-zaman problemlər bizə də gəlir, tərəfimizdən Milli Məclisdə qaldırılır. Təhsillə bağlı həllini gözləyən məsələlər var. Amma bütün hallarda onlar bir-birinə qarışdırılmamalıdır və nazirlik özü də çalışmalıdır ki, bu çətin, məsuliyyətli işin öhdəsindən gəlsin, vətəndaşların gözləntilərini doğrultsun. Bunun üçün də daha çox addım atılmasına, işlərin görülməsinə ehtiyac var”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru