Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                 

"Həmin qüvvələr münaqişənin davamını istəyirlər" - deputat
Tarix: 19-04-2022, 08:26 | Çap et
"Həmin qüvvələr münaqişənin davamını istəyirlər"
Aprelin 17-də İrəvanda etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Qarabağın Ermənistana birləşdirilməsi haqda çağırışlar ediblər. Analitiklərin fikrincə, bu cür imitasiyalı aksiyaların məqsədi sülh müqaviləsi prosesini əngəlləməkdir və Moskvadan gələn təlimatlar əsasında təşkil olunur.

Erməni müxalifətinin Rusiya bağlantısının olduğunu nəzərə alsaq, İrəvan-Bakı arasında sülh sazişi istiqamətində pozitiv bir proses getdiyi vaxtda Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə aksiyanın keçirilməsi məhz danışıqları pozmağa hesablanmış addımlardır. Bəs Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını hansı qüvvələr istəmir? Paşinyan əleyhinə Ermənistanın daxilində qızışdırıcı fəaliyyəti Rusiya koordinasiya edir?

Çünki Avropa İttifaqının vasitəçiliyi ilə aprelin 6-da Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirdikləri görüşdə əldə olunan razılaşmaları pozmaq üçün Rusiyanın hərəkətə keçdiyi iddiaları səslənməkdədir. Bu görüşdən iki gün sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya çağırılıb və Sergey Lavrov ona Moskvanın patronajlığı ilə imzalanmış üçtərəfli razılaşmaları xatırladıb. Daha sonra Rusiya XİN rəhbəri Qarabağ danışıqları üçün xüsusi nümayəndə təyin edib. Aprelin 19-da isə Ermənistanın baş nazirinin Moskvaya səfəri gözlənilir. Maraqlıdır, Putin Paşinyanla nə danışacaq? Bu səfərdən nə gözləmək olar? Rusiya Paşinyanı Brüssel razılaşmasını pozmağa vadar, məcbur edə bilərmi? Ermənistan baş naziri həqiqətən sülh müqaviləsi istəyirmi? dia-az.life-ın məlumatına görə, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Rusiya Brüssel görüşünə rəsmi şəkildə müsbət münasibət sərgiləyib. Onun sözlərinə görə, Moskva öz xüsusi nümayəndəsini müəyyənləşdirməklə Minsk Qrupunun da olmadığını etiraf edib. “O ki qaldı İrəvanda ”Qarabağ mafiyası"nın həyata keçirdiyi proseslərə, bu da gözləniləndir. Onlar hərbi cinayətkarları təmsil edirlər, Rusiyada, Fransada və Amerikadakı millətçi qruplara, diaspora sıx bağlıdırlar. Həmin qüvvələr isə münaqişənin davamını istəyirlər. Ancaq Ermənistanda yaşayan əhali hərbi canilərə “yox” deyib və seçkidə də mövqeyini bildirib", -deyə A.Mollazadə vurğuladı.

Deputat hesab edir ki, hərbi cinayətkarların daxildə dəstəyi azdır, amma xaricdən ciddi dəstək alırlar: “Rusiya isə üçtərəfli bəyanatı dəstəklədiyini bildirir. Rusiyanın indiki halda müharibə istədiyini söyləmək çətindir, hər hansı müttəfiqinə dəstək verə bilməyəcək. Sadəcə, Rusiya Ermənistanı öz inhisarında saxlamaq istəyir, bunun üçün geniş imkanları var - sənayesini özəlləşdirib, hərbi bazası var və s. Ermənistan isə hər zaman oyunlar oynayıb, prosesi uzatmağa çalışıb ki, guya qarşıda onları hansısa uğurlar gözləyir. Amma vaxt daralır, Ermənistanın bir dövlət kimi mövcudluğu üçün sülh müqaviləsindən başqa yolu qalmayıb”.

Siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, Brüssel görüşündə Avropanın vasitəçiliyi ilə real nəticələrin əldə edilməsi Kreml üçün arzuolunmaz nəticədir. Onun fikrincə, buna görə də Rusiya xüsusi nümayəndə təyin etməklə Minsk Qrupundan ilk özünün çıxdığını elan etmiş oldu: “İkincisi, Rusiya Bakı ilə İrəvan arasında yaradılan ”ikitərəfli format"ı yaxından izləyir. Kreml onun da fərqindədir ki, “ikitərəfli format” Brüsselin vasitəçiliyi ilə müsbət nəticələr əldə edir. İndiki məqamda Rusiya Bakı ilə İrəvan arasında yaradılan “ikitərəfli format”ın əldə edəcəyi uğurlardan Brüsselin qazanclı çıxmasını istəmir. Digər tərəfdən, iki ölkə arasında mövcud münaqişələrin bütünlüklə həll edilməsi də Kremlin maraqlarına uyğun deyil. Rəsmi Moskva xüsusi nümayəndəsi ilə prosesə qoşulmaq, iki ölkə arasında mövcud gərginliyin Kreml moderatorluğunda yarımçıq həllini istəyir".

Ekspert hesab edir ki, Ermənistan mövcud reallıqları qəbul edir: “Bununla belə, Rusiyanı prosesdən kənarda saxlamaq mümkün deyil. Lakin neytrallaşdırmaq, hətta lehimizə veriləcək qərarlarda istifadə etmək mümkündür. Misal üçün, Lavrov Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında Rusiyanın yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazır olduğunu qeyd edib. Buradan belə bir nəticəyə gəlmək olar ki, Kreml Brüssel görüşünün nəticələrini qəbul edir. İndiki məqamda Kreml istəsə belə prosesi dalana dirədəcək neqativ addımlardan çəkinməlidir”.

Politoloq Fərhad Məmmədovun sözlərinə görə, 2021-ci ilin birinci yarısında Rusiya öz hərəkətsizliyi ilə nümayiş etdirdi ki, o, müharibədən əvvəlki dövrün strategiyasını - “həm bizim, həm də sizin” siyasətini davam etdirir: “Nəticədə bu gün gündəmdə olan mövzuların heç biri ilə bağlı qərar yoxdur. Avropa İttifaqı isə gündəlikdəki mövzular üzrə dialoqa qoşulub. Qərb bu mərhələdə Avropa İttifaqı timsalında maliyyə və məsləhət dəstəyi ilə regionumuzda özünü göstərdi. Qərbin meydana çıxması həm də Ermənistanın xahişləri ilə bağlı olub”.

F.Məmmədov deyir ki, Rusiya yumşaq güc mexanizmlərini - münaqişədən sonrakı sülh gündəmini itirib, sülhməramlıların timsalında yalnız hərbi çəkmələri qalıb: “Amma Ukrayna müharibəsi göstərdi ki, təkbaşına bu çəkmələrin görəcəyi bir iş yoxdur. Aprelin 19-da Paşinyanın Moskvaya səfəri zamanı Rusiyanın hərbi-siyasi rəhbərliyinin hansı xətti həyata keçirəcəyini anlamaq üçün ilk əlamətləri görə biləcəyik.

Yeri gəlmişkən, Lavrov Brüsseldə Moskvanın adının çəkilmədiyini dedikdə qeyri-dəqiqliyə yol verib. Şarl Mişelin bəyanatında üçtərəfli bəyanatlara iki istinad var. Moskva bölgədə nəqliyyat-kommunikasiyaların açılması ilə başlanğıc edə bilər. Bu addımın hətta aprelin sonuna qədər atılması mümkündür. Daha sonra sərhədlərin dəqiqləşdirilməsi və sülh müqaviləsinin müzakirəsi başlaya bilər. Paralel olaraq, Azərbaycanın sülhməramlıların müvəqqəti qaldığı bölgəsində gərginliyi azaltmaq, ərazinin demilitarizasiyasını təmin etmək mümkündür. Bu addımlar Rusiyaya bir çox məsələləri həll etməyə və konstruktivlik nümayiş etdirməyə imkan verəcək".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru