Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                 

"Düşünmürəm ki, Rusiya Dövlət Duması belə bir qərarı qəbul edəcək" - Ekspert danışır
Tarix: 23-04-2022, 08:53 | Çap et
"Düşünmürəm ki, Rusiya Dövlət Duması belə bir qərarı qəbul edəcək"
Rusiya Kommunist Partiyası ölkənin indiki üçrəngli bayrağını SSRİ bayrağı ilə əvəzləməyi təklif edib. Bunu da onunla əsaslandırıb ki, Rusiya Sovet İttifaqının hüquqi varisidir. “Yeni Müsavat” bildirir ki, bu barədə Dövlət Dumasının elektron məlumat bazasındakı məlumatda bildirilir. Kommunist Partiyasının Luqansk və Donetskdə qondarma respublikaları tanımaq haqda müraciətini də Rusiya lideri müsbət cavablandırmışdı. Bu baxımdan SSRİ bayrağının bərpası təklifinə də adekvat münasibət olacağı istisna deyil. Çünki Putinin SSRİ-ni yeni və fərqli modeldə qaytarmaq, keçmiş sovet dövlətlərini bir çətir altına yığmaq çoxdankı arzusudur. Digər tərəfdən ideyanın elə Kremldən gəldiyi, Kommunist Partiyasının isə “siyasi mətbəx”də hazırlanmış bu reseptləri cəmiyyətə ötürdüyü mülahizələri səslənməkdədir.

Yada salmaq yerinə düşər ki, Putin hakimiyyətə gələn kimi SSRİ-nin himnini Rusiyanın himni kimi təsdiqlədib - sözlərini dəyişməklə. O zaman niyə də SSRİ bayrağı bərpa edilməsin?! Çünki Ukraynaya hərbi təcavüz və Putinin güclənən SSRİ nostaljisi fonunda bu indi daha məntiqli görünür. Üstəgəl, bu il SSRİ-nin qurulmasının 100-cü ildönümüdür.

Ümumiyyətlə, Rusiyanın SSRİ-ni yenidən bərpa etmək istəyi barədə zaman-zaman müzakirələr aparılır. Hətta bəzi Qərb liderləri də Putinin Sovet İttifaqını bərpa etmək niyyətində olduğunu bildiriblər. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsində bəzi rus tanklarının üzərində keçmiş SSRİ bayrağının görünməsi də şübhələrə yol açır. dia-az.life xəbər verir ki, AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavata”a açıqlamasında qanun layihəsinin gerçəkləşməsini real sayır. O, Ukraynadakı qondarma rejimləri tanımaq təklifinin də bu partiyadan gəldiyini xatırlatdı. “Bir neçə gün əvvəl isə sosial şəbəkələrdə yayılan videolarda gördük ki, Mariupola girən rus ordusunun tanklarının bəzilərində keçmiş SSRİ bayraqları var idi. Ona görə bu təklifin həyata keçməsi mümkündür. Çünki proses ona getməkdədir və Putin də Sovet İttifaqının dağılmasını faciə adlandırıb”.

AMİP sədri qeyd etdi ki, əgər layihəni qəbul etsələr, təəccüblənməz: “Bu həm də postsovet məkanına təhdid hesab edilməlidir. Çünki SSRİ nostalgiyası ilə yaşayırlar və Azərbaycanda da bu arzuda olanlar görə bilirik. Onlar növbəti dəfə Rusiyanın boyunduruğuna keçməkdə həvəslidirlər”.

ALDP sədri Fuad Əliyev isə güman etmir ki, Dumaya edilən təklif həyata keçə bilər: “Məncə, Putin özü buna razılaşmayacaq. Üstəlik, xalqın mövqeyi öyrənilməli, konstitusiyaya dəyişiklik olmalıdır. Təbii ki, istənilən siyasi qüvvə Dumaya hansısa təklif irəli sürə bilər. Amma Rusiyanın hazırkı üçrəngli bayrağının dəyişəcəyini gözləmirəm. Bu halda Rusiya dünyaya siqnal vermiş olacaq ki, mən SSRİ-ni bərpa etmək fikrindəyəm. Ancaq xatırlayırsınızsa, Putin demişdi ki, SSRİ-nin dağılmasına sevinənlərin ürəyi yoxdur, onun bərpasını istəyənlərin isə başı. İndi Rusiyada ab-hava çox dəyişib deyə müxtəlif təkliflər səslənə bilər. Ukraynadakı müharibənin nəticələrinin Rusiyanın siyasi vitrininə təsirləri olacaq. Rus ordusu Ukraynada istəklərinə tam nail olsa, o zaman daha iddialı bir Rusiya görəcəyik”.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanovun sözlərinə görə, Rusiya Dövlət Duması Federal yığıncağında müzakirəyə təklif olunan və qəbul edilən qanunlar bir suveren dövlət olaraq onların öz daxili işidir: “Fəhlə və kəndlinin birliyinin simvolu olan oraq və çəkic embleminin isə istənilən dövlətin bayrağında yer almasını, mən bir kommunist olaraq alqışlayıram”.

Politoloq Oqtay Qasımovun fikrincə, Kommunist Partiyasının bu təklifi Rusiya cəmiyyətinin müəyyən təbəqəsinin fikirlərini əks etdirir: “Düşünmürəm ki, Rusiya Dövlət Duması belə bir qərarı qəbul edəcək. Çünki SSRİ keçmiş Rusiya imperiyasının varisi və onun əzəmətli forması kimi yaddaşlarda qalıb. Lakin bu o demək deyil ki, indiki dövrdə SSRİ bayrağı Rusiya bayrağını əvəz etməlidir. Məlumdur ki, Rusiyanın dövlət himninə müəyyən dəyişikliklər edildi və keçmiş sovet himninə bənzədildi. Lakin bayrağın dəyişdirilməsi yaxın dövr üçün real görünmür. Çünki Rusiyanın başı bu gün Ukrayna müharibəsinə qarışıb. Müharibəyə görə ölkəyə ağır sanksiyalar tətbiq edilib. Siyasi rəhbərliyin həll etməli olduğu daha vacib məsələlər var. Bəziləri bu mövzularla cəmiyyətin diqqətini problemlərdən yayındırmaq və digər istiqamətlərə yönəltmək istəyirlər”.

Ekspertin fikrincə, Rusiyada bəzi şəxslər keçmiş SSRİ-nin bərpasına çalışır: “Putin dəfələrlə SSRİ-nin dağılmasını böyük geosiyasi fəlakət adlandırıb. Bütün bunlar onu göstərir ki, ruslar SSRİ-ni unutmayıblar və onun bayrağını qəbul edirlər. Onlar düşünür ki, İttifaq yenidən bərpa olunmalı, keçmiş SSRİ ölkələri isə Rusiya imperiyasının tərkibinə daxil olmalıdır. Yəni ruslar imperiyanın keçmiş əzəmətini dünyaya nümayiş etdirmək istəyirlər”.

Siyasi ekspert Elçin Mirzəbəylinin sözlərinə görə, bu, Rusiyanın SSRİ atributları ilə bağlı atdığı ilk addım deyil: “Kommunistlər öz keçmişlərindən qopub ayrıla bilmirlər. Son dövrlərdə bütövlükdə Rusiyada baş verən proseslər SSRİ nostaljisi adı altında neoimperialist iddiaların həyata keçirilməsi istiqamətində müvafiq addımların atıldığını göstərir. Bu iddialar əslində Rusiya cəmiyyətində çoxdan var. Sovet İttifaqının atributlarının bərpa edilməsi istiqamətində atılan bu ilk addım deyil. Rusiya Federasiyasının dövlət himni də illər öncə dəyişdirilərək SSRİ-nin himni ilə əvəz olunub. Bundan başqa Rusiya Federasiyasının gerbi də dəyişdirilərək Çar Rusiyasının gerbi ilə əvəzlənib. Bu iki amil onu sübuta yetirir ki, Rusiya özünün nə Çar dövründəki iddialarından, nə də daha sonrakı sovet dövründəki iddialarından əl çəkib. Amma bu, xəyaldan başqa bir şey deyil”.

Ekspert hesab edir ki, SSRİ bərpa oluna bilməz: “SSRİ dünyanın, bəşəriyyətin keçmişidir. Bu kabusun yenidən geri qaytarılmasına heç kim imkan verməyəcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru