Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                 

"Ermənistan tərəfi yaxşı başa düşməlidir ki..." - deputat
Tarix: 26-04-2022, 08:55 | Çap et
"Ermənistan tərəfi yaxşı başa düşməlidir ki..."
Prezident İlham Əliyev ötən həftə Şuşada keçirilən Dünya Azərbaycanlılarının 5-ci Qurultayındakı - Zəfər Qurultayındakı - çıxışında bir neçə vacib istiqamətlərlə bağlı danışdı. Onlardan ən əsası Ermənistanla sülh müqaviləsi haqda olandır.

Prezident deyib ki, yaxın vaxtlarda Ermənistanla 5 bənddən ibarət sülh müqaviləsi imzalana bilər. Sitat: “Bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq, edilmiş bu vəhşiliklərə baxmayaraq, bölgənin gələcəyi naminə biz hesab edirik ki, buna ehtiyac var və biz sülh gündəliyi təqdim etdik və Ermənistandan hər hansı bir cavab gəlmədi. Beynəlxalq təşkilatlar da demək olar ki, buna o qədər də maraq göstərmədilər. Ona görə biz konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdük və Ermənistan bu beş prinsipi qəbul etdi. Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Hesab edirəm ki, bu, postmünaqişə dövrü üçün vacib məqamdır və biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik”. Dövlət başçısı çıxışında daha sonra deyib ki, hazırda iki ölkənin xarici işlər nazirləri, nazirlikləri işçi qrupları formalaşdırır. Dövlət başçısı bildirib ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil.

Sitat: “Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk”.

İlham Əliyev növbəti dəfə revanşistlərə ciddi ismarış yollayıb: “Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, (sülh müqaviləsi-red.) Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”. Beləliklə, İlham Əliyev Azərbaycanın mövqeyini tam ortaya qoydu və Ermənistanla sülh müqaviləsinin imzalanacağı zamanın o qədər də uzaqda olmadığını bildirdi. Bəs bu perspektivə Rusiyadan təhdid varmı? Kreml Ermənistanla Azərbaycan arasında sülhün olmaması üçün hərəkətə keçə bilərmi? Yoxsa əksinə, Putin hakimiyyəti bu məsələdə sülhdən yanadır? Qərbin mövqeyi necə olacaq? Avropa Birliyi, ABŞ, Böyük Britaniya Cənubi Qafqazda sülhün yaranmasını, Qarabağ məsələsinin birdəfəlik həll edilməsini istəyirlərmi? Bütün hallarda Azərbaycan Ermənistanı sülhə vadar etməlidir - ya danışıqlarla, ya dəmir yumruqla. Bu arada, aprelin 23-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Ötən gün axşam saatlarında məlum oldu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. “Yeni Müsavat” xəbər verir ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsip əsasında iki ölkə arasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olunub. Prezident İlham Əliyev sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibinin müəyyən edildiyini vurğulayıb, ölkəmizin Ermənistanla danışıqlara hazır olduğunu qeyd edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Göründüyü kimi, həm Rusiya, həm də Avropa İttifaqı “növbəli şəkildə” Bakı və İrəvanla təmasları davam etdirirlər. Eyni zamanda Rusiya təmsilçisinin Azərbaycana gəlişində Prezident Əliyevin Şuşa xəbərdarlığının da xüsusi rol oynadığı şübhəsizdir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən Zəfər Qurultayında söylədiyi nitq əslində yeni tarixi mərhələdə qarşımızda duran milli və qlobal çağırışlarla bağlı bir növ fəaliyyət proqramı idi. Bu xüsusda dövlət başçısının postmüharibə mərhələsinin reallıqlarına toxunması və Ermənistan - Azərbaycan münasibətlərinin mümkün inkişaf perespektivlərini dəyərəndirməsi ayrıca əhəmiyyət kəsb edir”. dia-az.life xəbər verir ki, deputat Hikmət Babaoğlu bu sözləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Onun fikrincə, Prezidentin bu mövzuda səsləndirdiyi fikirləri iki hissəyə bölüb, hər birini ayrıca qiymətləndirmək verilən mesajları dəqiq anlamaq baxımından daha yaxşı olardı: “Birincisi, Prezident İlham Əliyev Ermənistanı sülhə çağıraraq qeyd etdi ki, bütün ağrılı məqamlara, işğala, edilmiş bu vəhşiliklərə baxmayaraq, bölgənin gələcəyi naminə hesab edirik ki, buna ehtiyac var və biz sülh gündəliyi təqdim etdik. Ancaq eyni zamanda bu sülh çağırışına nə Ermənistanın, nə də beynəlxalq təşkilatların lazımi maraq göstərmədiyini bildirən İlham Əliyev daha sonra sülh gündəliyinin dəqiqləşdirilərək, ona beş maddədən ibarət real məzmun verildiyini və Ermənistanın artıq bunu qəbul etdiyini bildirdi. Müşahidələr onu deməyə əsas verir ki, 6 aprel Brüssel görüşündən sonra Paşinyanın Ermənistan parlamentindəki çıxışında səsləndirdiyi fikirlər Azərbaycan tərəfindən irəli sürülən beş bənddən ibarət təkliflər əsasında sülh danışıqlarına başlamağın mümkünlüyü ilə bağlı olsa da, sonradan onun mövqeyi tamamilə fərqli istiqamətdə dəyişdi. Ona görə də Prezident İlham Əliyev, yuxarıda qeyd etdiyimiz kimi, mümkün sülhlə bağlı fikrinin ikinci hissəsini daha sərt üslubda tamamlayaraq bildirdi ki, əgər bundan - beş bəndlik məzmun əsasında təklif edilən sülhdən - imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik”. H.Babaoğlu bu xəbərdarlığın ciddiliyinə diqqət çəkdi: “İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq, Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq. Qalib və regionda sülh istəyən ölkənin prezidenti kimi İlham Əliyevin bu fikirləri həm beynəlxalq hüquq baxımından, həm də yaranmaqda olan yeni dünya nizamı proseslərinin məntiqi baxımından tamamilə haqlı və yerindədir. Çünki sülhün əksi müharibədir və müharibədə Azərbaycanın nəyə qadir olduğunu Ermənistan hamıdan yaxşı bilir. Ona görə də sülh prosesinin, nəhayət, real siyasi-diplomatik müstəvidə həyata keçirilməsinin başqa alternativi olmamalıdır. Məsələyə Rusiya və Avropa İttifaqı prizmasından baxdıqda isə ilk baxışda hər iki tərəfin mövqeyinin yaxın olduğu, hər iki güc mərkəzinin Cənubi Qafqazda sülh istədiyi təəssüratı yaransa da, ancaq rəsmi açıqlanan mövqedən fərqli olaraq tərəflərin bu prosesdə öz maraqlarının da olduğu aydın görünür”.

Bu məqamda deputat vacib bir nüansa toxundu: “Məsələ ondadır ki, Rusiya və Avropa İttifaqı əldə ediləcək mümkün sülh prosesində öz iştirakçılıq səviyyələrini geosiyasi rəqabətlərinin tərkib hissəsi kimi görürlər. Ona görə də Moskvanın regionla bağlı hər hansı təşəbbüsü baş tutar-tutmaz Brüssel başqa bir təşəbbüslə çıxış edir və yaxud əksinə... Baxmayaraq ki, bütün təşəbbüslərdə gündəm və müzakirə olunan məsələlər bir o qədər də bir-birindən fərqlənmir. Belə yanaşma Azərbaycanın mövqeyində heç bir dəyişiklik yaratmır və yarada da bilməz. Çünki Azərbaycan qalib ölkə kimi güclüdür və nümayiş etdirdiyi real hərbi güc onun masada da siyasi-diplomatik gücünün təminatçısı kimi çıxış edir”.

Ermənistana gəldikdə, H.Babaoğlu dedi ki, burada vəziyyət tamamilə fərqlidir: “Hər şeydən öncə ona görə ki, Ermənistan məğlub ölkədir. Üstəlik, Paşinyana mümkün sülhlə bağlı daxildən və xaricdən güclü təzyiqlər mövcuddur, sülhü istəməyən çoxsaylı qüvvələr var. Bu isə Paşinyanın mövqeyində autizm-simulyasia sindromu yaradır. Yəni təzyiqlərdən simulyasiya edərək, yayınıb hər hansı real addım atmağa meyllənəndə bir də görür ki, bu baş tutmayıb və yenidən qeyri-iradi əvvəlki mövqeyinə qayıtmağa məcbur olub, eyni yerdə dönüb dolaşır. Buna diplomatiyada autizm-simulyasiya deyirlər. Ona görə də 6 apreldə ayın sonunadək delimitasiya və demarkasiya üzrə komissiya yaradılacağı ilə bağlı üzərinə götürdüyü öhdəlik belə, hələ də icra edilməmiş qalır. Azərbaycan Prezidenti isə Şarl Mişellə telefon danışığı zamanı bildirdi ki, rəsmi Bakı artıq komissiya üzvlərinin tərkibini belə müəyyənləşdirib. Görünən odur ki, sülh danışıqlarına mane olan qüvvələr var və bu da Paşinyanın tez-tez öz mövqeyini dəyişməsində bariz şəkildə özünü büruzə verir. Ancaq Azərbaycan sülhdə israrlıdır və buna nail olacaq” .

Politoloq Tural İsmayılov isə bildirdi ki, Azərbaycan qalib tərəf olaraq sülh gündəliyini müəyyənləşdirir: “Düşünürəm ki, qalib tərəf kimi bizim diqtə etdiyimiz şərtləri qəbul etməkdən başqa Ermənistanın heç bir şansı yoxdur. Ermənistanın iqtisadi və siyasi gələcəyi regional əlaqələrin və kommunikasiyanın formalaşdırılmasından asılıdır. Bundan başqa, bu prosesə maneçilik törədən qüvvələrin Ermənistandan vint kimi istifadə cəhdləri dərinləşə bilər. Çünki Rusiya bu prosesdə ikitərəfli əlaqələrdən narahat ola bilər. İki ölkənin əlaqələrinin dərinləşməsi həm də Rusiyanın və eyni zamanda digər tərəflərin regionda mövcudluğu ilə bağlı skeptikaya qapılmağına səbəb olar. Hətta qlobal siyasi sistemdə nə qədər konseptual yanaşma fərqləri olsa da, Cənubi Qafqaz regionuna yanaşmada Rusiya və Qərb ortaq yanaşma göstərirlər. Ukrayna böhranından sonra Rusiyaya qarşı bütün coğrafiyalarda tam fərqli mövqelər ortaya qoyulur artıq. Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Azətbaycanla münasibətlərini dərinləşdirməyi də prosesə mühüm töhfə verir. Ermənistanla sülh prosesini sabotaj edən istənilən başqa tərəf regiondan təcrid olunacaq. Ona görə də həm Rusiya, həm də Qərb sülh prosesinə töhfə verməyə məhkumdur”.

Və həftənin ilk günü Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ikinci dəfə birbaşatelefon danışığı baş tutub. Məlumata görə, nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar. Azərbaycanla Ermənistan arasında Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.

Məlum olduğu kimi, Brüssel görüşündə işçi qrupları ilə bağlı da razılaşma əldə olunmuşdu. İstisna deyil ki, Ermənistan rəhbərliyi də son radikal bəyanatlarına Bakıdan-daha doğrusu, Şuşadan - verilən cavabı, Prezident Əliyevin “SON ŞANS” haqda dediklərini nəzərə alaraq, təmaslara qərar verib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru