Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                 

"İndi də YAP çox mühüm rol oynayır" - deputat
Tarix: 11-05-2022, 08:07 | Çap et
"İndi də YAP çox mühüm rol oynayır"
Partiya sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb ki, parlamentdə təmsilçisi olmayan 1200 vətəndaşdan imza toplanıb, ardı da gəlir: “İnsanlar 7 dairə üzrə təkrar və əlavə seçkilər istəyir. Onlar vergi ödəyir, amma yığılan vergilərə sərəncam verən parlamentdə təmsilçiləri yoxdur və konstitusiya pozulmuş durumdadır”.

Müxalif Respublikaçı Alternativ Partiyası Milli Məclisdə boş yerlərə seçkilər tələbi ilə imza kampaniyası aparır.

İlqar Məmmədov şərhində əlavə edir ki, parlamentdə boş yerlərə seçkilərin keçirilməməsi hakimiyyətin konstitusiyanı dəyişib proporsional sistem tətbiq etmək niyyəti ilə bağlıdır: “Hakim Yeni Azərbaycan Partiyası nisbətən düz seçki keçirmək istəsə də, dairələri rahat udacaq namizədləri çox azdır. Proporsional sistemdə partiya siyahıları yarışır və ictimai diqqət siyahının əvvəlindəki ilk 5-10 nəfərin üzərində cəmləşir. Belə yarışa hakim partiya nisbətən daha yaxşı hazırdır, adam arasına çıxarmağa 5-10 nəfər hörmətli namizədi var. Ancaq hələlik referendumun olacağını, seçki sisteminin dəyişəcəyinı dəqiq demək olmur. Qalır seçicilərin dairələr üzrə məlumatlandırılması və imzaların toplanması”.

Yada salaq ki, 125 nəfərlik Azərbaycan parlamentinin hazırda 118 deputatı var. dia-az.life-ın məlumatına görə, YAP-çı deputat Ceyhun Məmmədov “Yeni Müsavat”da REAL sədrinin bəzi fikirlərinə bu cür cavab verdi: “Yeni Azərbaycan Partiyası Qafqazın ən böyük partiyalarından biridir. Bu gün partiyamız kifayət qədər güclü və mütəşəkkildir. Partiyanın sıralarında bacarıqlı, qabiliyyətli, ölkəsini, vətənini sevən insanlar var. Bu baxımdan belə yanaşmalar kökündən yanlışdır. Partiyanın tərkibində işini bilən, peşəkar kadrlar kifayət qədərdir. Onlar bu gün ayrı-ayrı dövlət strukturlarında çalışırlar, parlamentdə xalqımızı təmsil edirlər. Ona görə də belə iddialar, fikirlər irəli sürmək əsassızdır. Yeni Azərbaycan Partiyası bu gün əminliklə deyə bilərik ki, ölkənin ən güclü, ən aparıcı partiyasıdır. Ölkə ictimaiyyəti arasında hər zaman olduğu kimi indi də YAP çox mühüm rol oynayır. Savadı, biliyi, peşəkarlığı ilə adından söz etdirən, cənab Prezidentə sadiqliyi, dövlətə bağlılığı ilə seçilən həmkarlarımız, vətəndaşlarımız var. Ona görə də belə fikirlər səsləndirmək kökündən yanlışdır”.

BAP sədri Elşad Musayev seçki gözləmir: “Azərbaycan Konstitusiyasına görə, Milli Məclis üzvlərinin sayı 125 nəfər nəzərdə tutulub, amma bir sıra seçki dairələrində deputat yerləri boşdur. Ölkə konstitusiyası boş qalan seçki dairələrində təkrar seçkilər keçirməyi tələb edir. Hakimiyyət üzvləri əvvəllər pandemiyanı əsas gətirib seçki keçirilməsinin mümkünsüzlüyünü bildirirdilər, indi isə belə təhlükə yoxdur və istənilən seçkilər keçirilə bilər. Təkrar seçkilər keçiriləcəkmi? Gözlənilmir. Hakimiyyətə sərf etmir, müxalifətin hakimiyyəti məcbur etməyə gücü çatmır. Nəticədə həm konstitusiyanın tələbləri, həm də həmin seçki dairəsinin seçicilərinin hüquqları pozulur.

O ki qaldı referendum məsələsinə, proporsional seçki sisteminin bərpa olunmasına-burada da konkret bir hərəkət yoxdur. Ölkədə fundamental islahatlar, o cümlədən seçki sistemindəki dəyişikliklər üçün referenduma ehtiyac var.

Amma hakimiyyətin proporsional seçki sisteminə üstünlük verəcəyi ağılabatan deyil. Mövcud nisbi majoritar sistem daha ədalətsiz və saxtakarlığa daha çox imkan verən seçki sistemi olsa da hakimiyyətə daha çox sərf edir. Odur ki, fikrimcə, yaxın müddətdə referendum və seçkilər gözlənilmir".

AMİP sədri Arzuxan Əlizadə qanunların pozulduğunu qeyd etdi: “AMİP olaraq, uzun illərdir ki, proporsional seçki sisteminin, ən azından qarışıq seçki sisteminin olması ilə bağlı təkliflərimizi irəli sürmüşük. 2019-cu ilin mart ayında isə digər üç partiya-Azərbaycan Xalq Partiyası, Böyük Azərbaycan Partiyası və AĞ Partiya ilə birlikdə təşəbbüslə çıxış etmişik. Ölkədə rəsmi dövlət qeydiyyatından keçmiş, istisnasız olaraq bütün siyasi təşkilatlarla bu xüsusda görüşlərimiz oldu, məsləhətləşmələr apardıq və bir sənəd hazırlandı. Həmin sənəd 12-13 siyasi partiya tərəfindən razılaşdırılıb. Həmin sənədlər paketi özündə proporsional seçki sisteminin bərpa olunması, deputatların say tərkibinin artırılması daxil digər siyasi islahatların həyata keçirilməsini özündə ehtiva edir. Bu islahatlar paketi həm ictimaiyyətə açıqlanıb, həm də dövlət qurumlarına təqdim olunub. Bu gün də o fikirdəyik ki, 7 boş qalan dairə üzrə seçkilərin keçirilməməsi qanunlara tamamilə ziddir. 300-350 min seçicinin ən azından parlamentdə təmsilçiliyinin olmamasıdır. Amma həm də o fikirdəyik ki, 7 dairə üzrə seçkilər keçirilsə belə, geniş anlamda ciddi nəticələrin əldə olmasına səbəb olmayacaq. Bütövlükdə parlamentin yenilənməsi, seçki sisteminin inkişafı baxımından ciddi nəticələr əldə etmək üçün mütləq mənada konstitusion islahatlara gedilməlidir. Referendum yolu ilə proporsional, qarışıq seçki sistemi bərpa olunmalıdır. Komissiyaların formalaşdırılması ilə bağlı model dəyişdirilməlidir. Dediyim kimi, parlamentin say tərkibinin artırılması da çox vacibdir. 1997-ci ildə konstitusiya qəbul olunanda ölkə əhalisi 7 milyon civarında idisə, indi 10 milyondan artıq ölkə əhalisi var. Bu da parlamentin say tərkibinin artırılmasını zəruri edir. Bu islahatlara gedilməsi çox vacibdir. Ölkə gündəminə təsiri olan siyasi partiyaların parlamentdə təmsilçiliyi formalaşmalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru