Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                 

"Zəngəzur tək Ermənistan-Azərbaycan məsələsi deyil" - deputat
Tarix: 14-10-2022, 09:21 | Çap et
"Zəngəzur tək Ermənistan-Azərbaycan məsələsi deyil"
“Həftə İçi”nə müsahibə verən Millli Məclisin deputatı Arzu Nağıyev çox mühüm məqamlara diqqət çəkib. DİA.AZ həmin müsahibəni təqdim edir:

– Praqada əldə olunan razılığa əsasən ilin sonuna qədər sülh müqaviləsinin imzalanması gündəmdədir. Qərb Ermənistana təzyiq göstərir ki, sülh müqaviləsini imzalasın. İndiki şərtlər daxilində sülh müqaviləsinin imzalanması nə dərəcədə realdır?

– Praqada çox ciddi bir görüş keçirildi. Burada əsas məqam ondan ibarətdir ki, məhz Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıması istiqamətində çox ciddi bir addım atılıb. Ərazi bütövlüyünün tanınması əsas şərtdir ki, gələcəkdə istər delimitasiya, demarkasiya, istər sülh müqaviləsi ilə bağlı proseslərə təkan verilsin. Sülh müqaviləsinin imzalanması üçün bir neçə prosedur reallaşmalıdır. Müqavilənin imzalanması üçün də mütləq şəkildə sərhədlər müəyyən olunmalıdır, delimitasiya, demarkasiya ilə bağlı komissiyalar öz işini daha ciddi qurmalıdır və tezliklə sərhədlər müəyyən olunmalıdır. Məhz 1991-ci ildə imzalanan Alma-Ata deklarasiyasına uyğun olaraq sülh müqaviləsinin imzalanmasına gediləcəkdir. Əsas məqamlar budur. Yəni detalları ayrıd etmək üçün mütləq komissiyalar işləməlidir.

– Azərbaycan Prezidenti müsahibəsində elan etdi ki, Qarabağ erməniləri ilə nə zaman danışıqlar aparacağımızı biz özümüz müəyyənləşdirəcəyik. Siz bu danışıqların formatını necə görürsüz. Danışıqlar ermənilərlə hansı əsaslarla aparılmalıdır və bu ərazilər Azərbaycanın nəzarətinə hansı müddətə qaytarılmalıdır?

– Azərbaycan Prezidenti, cənab İlham Əliyev təbii ki, Qarabağ erməniləri ilə bağlı çox mühüm açıqlama verdi. Bir daha qeyd etdi ki, ümumiyyətlə Azərbaycan ərazisində yaşayan hər bir etnik qrup, eyni zamanda hər bir millət Azərbaycan vətəndaşıdır və onların hər birinə eyni cür münasibət göstəriləcəkdir. Yəni biz tolerant, multikultural dəyərlərə hörmət edən bir dövlətik. Məhz ermənilər də bu kateqoriyaya uyğun olaraq mütləq şəkildə, əgər Azərbaycan Konstitusiyasını pozmayıblarsa, hər hansı bir cinayət törətməyiblərsə və Azərbaycanın ərazisində yaşayaraq Azərbaycanın qanunları ilə öz gələcəklərini düşünürlərsə mütləq şəkildə Azərbayacanda qalacaqlar və onlarla istənilən sülh şəraitində yaşamağa hazırıq. Bu bizim öz vətəndaşlarımız olacaq. Əks halda, bunlar bizim etdiyimiz təkliflərə razı deyillərsə, yolları açıqdır, Azərbaycanı tərk edə bilərlər. Əsas məqsədimiz dediyimiz o prinsiplərə uyğun olaraq “status”dan söhbət aparmadan, bu istiqamətdə danışıqlar aparmaqdır. Məhz sülh müqaviləsi imzalandıqdan və hər hansı bir sülhməramlı qüvvəyə ehtiyac qalmadıqdan sonra Azərbaycan etnik ermənilərin konstitision hüquqlarını ən yüksək səviyyədə qoruyacaqdır. Təbii ki, aradan o qədər də böyük vaxt keçməyib. Ortada, Allah rəhmət eləsin, Şəhidlərimiz var, hər iki tərəfdən narazılıqlar həddindən artıq çoxdur. Ona görə də bu, bir qədər vaxt aparan məsələdir. Biz ölkəmizdə yaşayan vətəndaşlarımızla dinc qururculuq həyatında bir yerdə olacağıq...

- Sülh prosesinin uğurla yekunlaşmasında Rusiya və Avropanın vasitəçiliyinin müqayisəli təhlilini necə aparardınız? Sizcə, burada kim udur, kim uduzur, Avropa nə istəyir, Rusiyanın istədiyi nədir?

– Ümumiyyətlə, vasitəçilik bu gün həm Rusiyanın, həm Avropanın ciddi cəhdlə atdığı addımlardır. Məhz Avropa Birliyinin rəhbərliyi ilə keçirilən görüşlərdən sonra Rusiya ilə müvafiq görüşlər keçirilir. Yəni hər biri, istər Avropa, istər Rusiya olsun, sülh məsələlərində öz nüfuzlarını göstərməyə çalışırlar. Müharibə vaxtı nə Avropa, nə Rusiya bizim hərbi yolla torpaqlarımızın azad edilməsinə maneə törətmədilər. Heç maneə törətməyə haqları da yox idi. Buna baxmayaraq dolayı şəkildə bizim haqq səsimizi dəstəklədilər. Təhlillər aparanda bizim üçün həm Rusiyanın, həm Avropanın vasitəçiliyi önəmlidir. Bizim son məqsədimiz sülhə nail olmaqdır. Rusiya ilə qonşu dövlətik, strateji əhəmiyyətli müqavilələrimiz var, Avropaya inteqrasiya edən, Avropanın enerji təhlükəsizliyi təhdidinin qarşısını almaqda iştirak edən bir dövlətik. Yəni düşünürəm ki, hər iki tərəfin bu prosesdə iştirak etməsi Azərbaycanın xeyrinədir. Kim qarşısına qoyduğu məqsədə nə qədər nail olmağa çalışır və nə üçün bunu edir, artıq bu detallardır...

– Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan yol vermir. O zaman məsələ hansı şəkildə həll olunmalıdır ki, dəhliz açılsın?

– Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın mövqeyi belədir ki, onlar o yolu "dəhliz" deyil, sərhəd qoşunları və gömrükdən ibarət nəzarət buraxılış məntəqələrindən keçmək şərtilə yol kimi vermək istəyirlər. Düşünürəm, Zəngəzur tək Ermənistan Azərbaycan məsələsi deyil, beynəlxalq məsələdir. Burada söhbət beynəlxalq logistikadan, beynəlxalq daşımalardan gedir. Necə olursa-olsun, bu məsələ həll olunacaqdır.

– Bəs İranın Qarabağ, Zəngəzur məsələsinə yanaşması nədir və müşahidələr nə deyir?

– Təbii ki, burada İranın öz mövqeyi, Gürcüstanın və ümumilikdə hər bir regional dövlətin öz mövqeləri var. İran düşünür ki, dəhliz oradan keçsə, bura NATO qüvvələri və yaxud İsrailin, digər qüvvələrin qoşunları gələ bilər. Ermənistanla İran arasında olan məsafəni böyüdər. Əslində, dəhliz yaradılandan və kimlər tərəfindən qorunması gündəmə gəldikdən sonra İranla bu məsələyə aydınlıq gətirmək olar. Əslində, buna elə bu gün də aydınlıq gəlib. Hətta İranın özünün ərazisindən də keçən dəhliz var. Yəni bu dəhliz məsələsi artıq öz həllini tapacaq və bu, tək Ermənistanın istəyib- istəməməyindən asılı deyil. Beynəlxalq güclərdən, qüvvələrdən söhbət gedir. İranın Zəngəzur məsələsində əsas yanaşması bununla bağlıdır. Müşahidələr də göstərir ki, bu prosesdə İranın da iştirakı labüddür. Azərbaycan dövləti də bu istiqamətdə mühüm addımlar atdı və 2-ci dəhlizlə bağlı müqavilələrin imzalanması gündəmə gətirildi. Eyni zamanda unutmaq lazım deyil ki, böyük qonşumuzla, yəni İranla bizim böyük sərhədlərimiz var və bunların da hamısı mütləq şəkildə nəzərə alınır.

– Necə hesab edirsiniz, bu gün Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətdində nələr müşahidə olunur?

– Regionda sülhün bərqərar olması beynəlxalq təhlükəsizliyə təhdidin qarşısının alınması deməkdir. Yəni, burada baş verən hər hansı proses dünyada təhlükəsizliyə təsir edən amillərdəndir. Rusiya-Ukrayna məsələsində də gördük ki, müharibə dolayı şəkildə bütün dövlətlərə də təsir elədi.

Bu gün eləcə də, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, həm regionun, həm beynəlxalq təhlükəsizliyə təhdidin qarşısını alan əsas meyarlardan birinə çevrilə bilər. Məlumdur ki, Türkiyə Ermənistan diplomatik münasibətlərinin pozulması məhz Azərbaycanda-Qarabağda baş verən hadisələrlə bağlı idi. Bu gün, artıq o proseslər öz həllini tapıb. Bu gün Ermənistana Türkiyə ilə sərhəddin açılması daha vacibdir. O sərhəddən normal şəkildə daşımalar, loqistika və digər istiqamətdə istifadə edə bilər. Bu eyni zamanda Ermənistanın öz içində müəyyən qədər tənəzzülə uğramış iqtisadiyyatını qaldırmaq üçün lazımdır və burda Türkiyənin rolu danılmazdır. Ona görə də Ermənistan bu münasibətlərin tənzimlənməsində daha maraqlı olmalıdır. Eyni zamanda unutmaq lazım deyil ki, Türkiyə NATO-nun üzvüdür. Və Türkiyə-Ermənistan sərhəddi, NATO-Rusiya sərhəddi deməkdir. Bu istiqamətdə ciddi addımlar atılmalıdır. Türkiyə bu baxımdan Ermənistanla münasibəti düzəltməklə, eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin daha ciddi tənzimlənməsinə gətirib çıxarda biləcək addımlar atır. Bunlar çox mühüm məsələlərdir, bu istiqamətdə də işlər gedir. Komissiyalar işləyir və düşünürəm ki, bu, hər iki tərəfin, ümumiyyətlə regionun müsbət inkişafı üçün bir təkandır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru