Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                     Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... .....                     Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı .....                     Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı .....                 

“İstanbul terrorunun arxasından İran çıxsa, təəccüblənməyin” - Aqil Səmədbəyli
Tarix: 14-11-2022, 14:32 | Çap et
“İstanbul terrorunun arxasından İran çıxsa, təəccüblənməyin”
Noyabrın 13-də İstanbulun mərkəzində, İstiqlal küçəsində terror aktı törədilib. 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı terroru törətməkdə şübhəli bilinən qadın saxlanılıb. İstanbul Polis İdarəsi terror hadisəsini törədən şəxsin Suriyadan olan Ahlam Albashir olduğunu açıqlayıb. O, dindirilmə zamanı təlimatı PKK/PYD-dən aldığını deyib.

Taksim meydanında törədilən terror aktı ilə əlaqədar ümumilikdə, 46 nəfər saxlanılıb. Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ açıqlama verib.

Terror aktı ilə bağlı ekspertlər bir çox versiyalar irəli sürürlər. Əksəriyyətinin fikrincə, bu, Türkiyənin son vaxtlar dünyada artan nüfuzuna zərbə vurmaq məqsədi ilə həyata keçirilən terror aksiyasıdır.

Bəziləri isə hesab edirlər ki, bu, rəsmi Ankaranın, konkret olaraq Prezident Rəcəb Tayyib Ərdoğanın silayəsətini qəbul etməyən güclərin tapşırığı əsasında həyata keçirilən qanlı olaydır. Həmin qüvvələr gələn il keçiriləcək seçkilərdə Ərdoğanın səs itirməsinə hesablanmış addımlarla ölkədə ictimai-siyasi sabitliyi pozmaq niyyətindədirlər. Terrorçunun hansı qruplaşmadan olması isə həmin qüvvələr üçün önəmli deyil.

DİA.AZ-ın məlumatına görə, uzun illərdir Türkiyədə yaşayan azərbaycanlı ictimai-siyasi xadim Aqil Səmədbəyli terrorla bağlı fikirlərini AYNA ilə bölüşərkən deyib ki, hadisə yenidir, araşdırmalardan sonra bir çox mətləblərə aydınlıq gələcək: “Maraqlı məqam ondan ibarətdir ki, terroru törətməkdə şübhəli qismində saxlanılan qadın hadisədən sonra qaçmayıb, sakit şəkildə yaşadığı evə gedib. Əlbəttə, onun əlaqələri araşdırılacaq, kimlərdən təlimatlar aldığı dəqiqləşəcək. Bundan sonra nələrsə demək mümkündür”.

“İlkin ifadəsində o, PKK/YPG qruplaşmasının tapşırığı ilə qanlı hadisəni törətdiyini etiraf edib. Hər halda tapşırıq aldığı qruplaşmanın da tapşırıq aldığı qüvvələr var. Bütün bunlar açığa çıxdıqdan sonra qəti fikirlər söyləmək olar. Təbii ki, hadisə ilə bağlı hər kəsin fikri ola bilər. Mənim ilkin fikrim budur ki, terrorun arxasından İran dövləti çıxsa, təəccüblənmərəm”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, bu gün bütün diqqətlər İrana yönəlib: “İki aya yaxındır ki, İranda xalq etirazları davam edir. Yüzlərlə insan rejim tərəfindən öldürülüb, 14 mindən çox insan həbs edilib və həbs olunanlar barəsində faşist-molla rejimi ölüm hökmü çıxarıb. İranın qurama məclisi isə bunu təsdiqləyib və qərar verib ki, həbs olunan etirazçıların hamısı edam olunsun. Belə bir vaxtda Tehran rejimi diqqətləri özündən yayındırmaq üçün Türkiyədə, İstanbulun mərkəzində səs-küyə səbəb olan terror aktını təşkil etmiş ola bilər. Bu, istisna deyil”.

“Nəzərə almaq lazımdır ki, İran terroru hər zaman dəstəkləyən, maliyyələşdirən və təşkil edən bir dövlətdir. İndi də öz missiyasını davam etdirir. Tehranın PKK ilə əlaqələri də heç kəsə sirr deyil. Öz xalqına qarşı terror etməkdən çəkinməyən bir rejimin sevmədiyi Türkiyədə qanlı hadisə törətməsi təəccüblü olmamalıdır. Çünki qarşımızda terrorçu bir dövlət var”, - deyə Səmədbəyli vurğulayıb.

Müsahibimiz söyləyib ki, terror hadisəsindən daxildə hökumətə təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdləri versiyasını irəli sürənlər var: “Amma əksini deyənlər də mövcuddur. Bilirsiniz, bu cür hadisələrdə müxtəlif versiyalar irəli sürülür, hərə öz fikrini əsaslandırmağa çalışır. Bir-biri ilə daban-dabana zidd fikirlər söyləyənlər tapılır. Məsələn, Rusiya-Ukrayna müharibəsi başlayanda ekspertlər çox fərqli fikirlər ortaya qoyurdular. Amma aradan bir müddət keçəndən sonra həmin şəxslər öz əvvəlki şərhlərinin əksinə danışdılar. Putinin əvvəllər çox güclü, ağıllı siyasətçi olduğunu söyləyənlər indi deyirlər ki, Putin Amerikanın agentidir. Ona görə də, bu cür hadisələrlə bağlı birmənalı fikir söyləmək mümkün deyil. Fərqli baxışlar, fərqli şərhlər olacaq”.

“Terroru törətdiyini etiraf edən şəxs yaxalanıb. Onun ətrafında istintaq aparıldıqdan, bütün bağlantıları incələndikdən sonra ipucları ortaya çıxacaq. Təbii ki, istintaqdan sonra Türkiyə dövləti üçün bunun səbəbləri, təlimatın kim tərəfindən və niyə verildiyi məlum olacaq. Ola bilsin ki, dövlət detalları tam açıqlamasın, sadəcə özü üçün nəticə çıxaracaq. Dediyim odur ki, detalları mediaya, ictimaiyyətə açıqlamaya bilərlər”, - Səmədbəyli fikrini tamamlayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru