Etibarsız qonşunun Ermənistanla qucaqlaşmasına xalq sözünü deyəcək - GƏLİŞMƏ
Tarix: 30-11-2022, 08:46 | Çap et
Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, yaxın qonşuluğa, tarixi əlaqələrə istinad edən münasibətinin, təmkinli davranışlarının qarşılığında İrandakı rejimin avantürist davranış sərgiləməsi müşahidə olunur. Cənub qonşumuz heç bir əndazəyə sığmayan tərzdə aqressiya nümayiş etdirir, Azərbaycana qarşı absurd iddialar və ittihamlar səsləndirir. Xüsusən son vaxtlar baş verən siyasi gərginlik fonunda İranın əsəbi davranışları açıq-aşkar müşahidə olunmaqdadır. İstər öz vətəndaşlarına, istərsə də qonşu dövlətlərə qarşı riyakarlığı ifşa edildikcə molla rejimi daha da aqressivləşir. Hakimiyyət bu aqressiyanın bir hissəsini ölkə üzrə rejimə qarşı etiraz edən aksiya iştirakçılarına, bir hissəsini isə Azərbaycan dövlətinə qarşı yağdırmağa başlayıb. Ermənistana hərbi, siyasi və iqtisadi dəstəyini əsirgəməyən İran paralel olaraq Azərbaycana qarşı da müxtəlif addımlar atır. Tehran artıq riyakar siyasətini “müsəlman təəssübkeşliyi”, “din və məzhəb qardaşlığı” pərdəsi ilə gizlədə bilmir. Əksinə, İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi, xalqımızda daha çox ikrah hissi oyadır. İran əslində dini dəyərləri öz siyasətinə alət edən bir dövlət kimi özünü ifşa edir. Özünü din adı altında təbliğ edən bu ölkənin əslində dinimizin əleyhinə olan addımları səngimək bilmir. Həm mənəvi-əxlaqi, həm də tarixi dəyərləri tapdalayan rejim özünü qorumaq üçün çıxmadığı oyunlar qalmayıb. Artıq ədalətsizliyin, haqsızlığın məkanına çevrilən İran dünyanın dörd bir tərəfindən sıxışdırıldıqca, nifrətini, qəzəbi Azərbaycanın üzərinə tökür. Buna baxmayaraq, digər qonşusu olan Ermənistana pənah aparması onun əsl mahiyyətini və iç üzünü ortaya qoyur. İran artıq açıq şəkildə Azərbaycanın daxili işlərinə qarışır, ölkə daxilindəki sabitlik və asayişi pozmaq üçün din pərdəsi altında yaratdığı təxribatçı və casus qruplarını aktivləşdirir. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi son əməliyyatlar da bunu təsdiqlədi. İranın Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyəti aydın görünür. İran təkcə xarici siyasətindəki uğursuzluqlarının deyil, daxilindəki böhranlarının da günahını Azərbaycanda axtarır. İranın yerli mediasının Azərbaycan əleyhinə təbliğatı artmaqdadır. Daxildəki etiraz dalğalarını uydurma ssenarilərlə Azərbaycanla əlaqələndirirlər. Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırmağa çalışırlar. Doğrudanmı mövcud İran rejimi əhalisinin onları dəstəklədiyini düşünür? Halbuki əhalinin 30 milyondan çoxu azərbaycanlıdır. İranın qeyri-konstruktiv siyasətinin mahiyyətini anlamaq üçün əvvəlcə bu ölkənin siyasi quruluşuna və daxildə baş verən hadisələrə nəzər yetirmək lazımdır. İranın daxili siyasətinə nəzər saldıqda burada siyasi qüvvələrin iki əsas qanadda cəmləşdiyini görərik. Bunlardan biri islahatçılardır ki, hakimiyyətdə təmsil olunduqda İranın dünya ilə inteqrasiyasını gücləndirmək, sanksiyaların aradan qaldırılması üçün konsensus əldə etmək istəyindədirlər. Digər qanad isə mühafizəkarlardan ibarətdir. Bu qanadın bariz nümayəndəsi İbrahim Rəisidir ki, o da bu gün İranın Prezidentidir. Bu siyasi düşərgənin nümayəndələri radikal islamçılardan ibarətdir. Təsadüfi deyil ki, bu qanadın nümayəndəsi hakimiyyətə gəldikdən sonra əxlaq polisinə böyük səlahiyyətlər verildi. Bunun da nəticəsində 22 yaşlı qız baş örtüyünü düzgün örtmədiyinə görə öldürüldü. Bunların xarici siyasət xətti isə dünya ilə inteqrasiya deyil, Yaxın Şərqi siyasi monopoliyaya almaq və öz dini ideologiyasını yaymaqdan ibarətdir. Bu xətti radikal qanadın hakimiyyətdə təmsil olunan nümayəndələri xüsusi xidmət orqanlarının vasitəsilə qonşu dövlətlər arasında yaymağa cəhd edirlər. Hazırda İran ciddi ictimai-siyasi böhranla üz-üzədir. Milli azlıqların hüquqsuzluğu, iqtisadi vəziyyətin ağır olması, siyasi ambisiyaların nəticəsində sanksiyalara məruz qalması və əhalinin sosial vəziyyətinin həddən artıq pisləşməsi insanların küçələrə çıxıb haqlarını tələb etməsi ilə nəticələnib. Ən başlıcası isə hakimiyyət bu etirazları nəzərə alıb vəziyyəti yaxşılaşdırmaq istəmir. Diqqəti problemlərdən yayındırıb cəmiyyətdə həmrəyliyə nail olmaq üçün İran gah qərbdəki, gah da şimaldakı qonşularına qarşı əsassız iddialar irəli sürür. Azərbaycan heç vaxt İran üçün təhlükə törətməyib və törətmir. Dəfələrlə ən yüksək siyasi səviyyədə bildirilib ki, Azərbaycanın İsrail və ya digər bir dövlətlə diplomatik münasibətləri qətiyyən İrana və ya üçüncü bir dövlətə qarşı yönəlməyib. Ölkəmiz xarici siyasətini milli maraqlarını nəzərə alaraq qurur və bu işdə kiminsə məsləhətinə ehtiyacı yoxdur.
DİA.AZ-ın məlumatına görə, millət vəkili Cavid Osmanov "Şərq"ə deyib ki, İran Azərbaycana qarşı riyakar, qonşuluğa yaraşmayan siyasət yürüdür. Deputatın sözlərinə görə, bu, İranın etibarsız qonşu olduğunu bir daha sübut edir:
"Azərbaycan beynəlxalq münasibətlər sistemində digər ölkələrlə qarşılıqlı əməkdaşlıq, dostluq, inkişaf və tərəqqi yolunu seçmiş bir ölkədir. Vacib istiqamətlərdən biri məhz region ölkələri ilə münasibətləri daha sıx əlaqədə qurmaqdır. Əslində İran 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, digər tərəfdən təcavüzkar Ermənistana hər zaman dəstəyini nümayiş etdirib. Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra İranın Azərbaycana qarşı qərəzli, riyakar və düşmənçilik siyasəti daha aşkar özünü büruzə verdi. Bu göstərir ki, müstəqil Azərbaycanın güclü-qüvvətli olmasını İranın gözü götürmür”. Parlament üzvü qeyd edib ki, Azərbaycan Qarabağ münaqişəsini tarixə qovuşdurandan sonra İran Zəngəzur dəhlizinin reallaşmasına açıq şəkildə maneə törətmək üçün əlindən gələni edir: “Hətta Ermənistan sərhədinin pozulmasını özünün “qırmızı xətt”i kimi, Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi kimi qələmə verir. Təəssüf ki, islam dəyərlərinə qarşı xain siyasət yürüdən İranın din xadimlərinin Azərbaycan əleyhinə yönəlmiş təxribatlarda iştirak etməsi islamın əxlaq kodeksinə zidd bir əməldir. Tarix göstərir ki, İranın molla hakimiyyəti islam dəyərlərinə, həmrəyliyinə, birliyinə ən böyük zərbə vuran hakimiyyətdir. İran açıq şəkildə təxribatlara əl atır, müharibədən sonra Azərbaycan sərhədinə qoşun yığır, “hərbi təlim” adı ilə Azərbaycana hədə-qorxu gəlir. Yaxın tarixə baxsaq, əslində görərik ki, İranın riyakarlıq və yalançılıq xətti təkcə Azərbaycana qarşı münasibətdə deyil. Ümumilikdə, bu dövlətin siyasi davranış konsepsiyasında riyakarlıq və yalançılıq yer tutur. Onlar məqsədyönlü və açıq təxribatlara davam edərək özünü islam dövləti, müsəlman təəssübkeşi, Azərbaycanın mehriban qonşusu kimi təqdim etməyə çalışsa da, görürük ki, bunlar hamısı yalan ifadələrdir". C.Osmanov vurğulayıb ki, Azərbaycan İranla münasibətlərə hər zaman xüsusi həssaslıqla yanaşır.
Təəssüf ki, İran bunu anlamaq niyyətində deyil: "İranda 40 milyona yaxın azərbaycanlının olması müstəqil Azərbaycan dövlətinin mədəni və mənəvi dəyərlər baxımından bu ölkə ilə bağlılığı mövcuddur. İran isə orada yaşayan azərbaycanlıların haqlarını tanımır, onları hər zaman təqib edir, ana dilində təhsil almaqdan məhrum edir, ana dilində KİV-dən istifadəsinə qadağa qoyur. Fəalları hətta edam edirlər.
İrandan ölkəmizə qarşı ünvanlanan təxribat xarakterli bəyanatların müəllifləri qismində bu ölkənin ayrı-ayrı siyasətçilərinin, generallarının, ayətullahlarının çıxış etməsi İran təxribatlarının ölkəmizə qarşı miqyasının göstəricisidir. İndiki zamanda İran daxilində belə adamlar vasitəsilə Azərbaycana qarşı hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılır. Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində İran casusları tərəfindən iş aparılır.
İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi bir daha sübut edir ki, İran Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir. İran öz potensialını və ikitərəfli münasibətlərin mahiyyətini adekvat dəyərləndirməlidir. Çünki Cənubi Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, qüdrətli qalib Orduya malik olan və bütün dövrlərdə humanitar xarakterli, qlobal təşəbbüslərlə çıxış edən Azərbaycanla hədə və təhdid dilində danışmaq kimsəyə, ələlxüsus da İrana fayda verməz.
Çünki İran nəzərə almalıdır ki, bu gün onların hərbi birləşmələrinin daxilində mütləq əksəriyyəti azərbaycanlılar təşkil edir və Azərbaycan dövlətinə hər zaman sadiqdirlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
|