Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                 

Rəsul Quliyev müxalifətə səsləndi "SİYASƏTDƏN GEDİN"
Tarix: 8-01-2014, 12:26 | Çap et
Rəsul Quliyev müxalifətə səsləndi
Hafta.az-ın müsahibi ABŞ-da mühacir həyatı yaşayan, sabiq spiker Rəsul Quliyevdir. Müsahibədə Quliyev Müsavatın Milli Şuradan getməsinə, müxalifətin hazırkı vəziyyətinə öz münasibətini bildirdi:

- Müsavat Partiyasının Milli Şuradan getməsini necə qarşıladınız?

- Müsavatın MŞ-dan getməsini təbii qəbul etmək lazımdır. Çünki əvvəlcədən MŞ fundamentsiz qurulmuşdu. Ancaq gedənə qədər niyə belə hay-küy salırdılar? 2005-ci il parlament seçkilərindən sonra müxalifətə şahın sarayında təlxəklik etmək funksiyası verildi. Tarixdən xəbəri olanlar bilməlidir ki, təlxəklər heç kimin onlara inanmadığı və qulaq asmadığına baxmayaraq, həmişə şahlarına müxalifətdə olublar. Axırıncı dəfə Milli Şuranın namizədinin təntənə ilə prezident seçkisində iştirak etməsi, “İ.Əliyev cavab ver” fəryadı və heç bir seçici ilə görüşməyə nail olmamasına baxmayaraq, qələbə çaldığını elan etməsi cəmi bir ay yaddaşlarda qaldı, eyni zamanda, müəyyən bir gülüş obyektinə çevrildi. Mən avqustun 21-dən sonra MŞ-nın əhəmiyyətsiz bir orqana çevrildiyini deyəndə müxalifətdən olanların (xüsusilə Müsavatın) necə vay-şivənlə qarşıladığının şahidisiniz. Hətta bəzi tərbiyə görməmişlər normal insanın heç vaxt işlətmədiyi frazalarla məni Azərbaycana qayıtmaq üçün hökumətə yarınmaqda təhqir edirdilər. Məğlubiyyətin səbəbini müzakirə etmək əvəzinə mənim MŞ-dan xaric edilməyimi əsas məsələ kimi qaldırırdılar. Xüsusilə özünü hələ seçilmiş prezident hesab edən Cəmil müəllim ilk fərmanı ilə məni �?’işdən’’ azad etmək istəyirdi. Bu prosesdə Müsavatdan olanların xüsusi canfəşanlığını qeyd etmək lazımdır. Noyabrda artıq prezident seçkisinin olması yaddan çıxarıldı. Həmişəki kimi heç kim uğursuzluğu müzakirə etmədi. Müharibə müxalifət-hökumət müstəvisindən, müxalifət müstəvisinə keçdi. Bu iki ay ərzində hökumətin əleyhinə bir intervü, bir analizə rast gəlmək mümkün deyildir. Ənənəvi vəziyyət ağırdır.

Cəmiyyətdə heç bir çəkisi olmayan iki partiyanın, heç bir fundamenti olmayan MŞ-da birincilik uğrunda belə amansızlıqla vuruşmaqlarının səbəbini kimsə izah edə bilərsə, buyursun. Özünün hüququnu müdafiə edib pasport ala bilməyən, həbsxanada olan üzvləri, NİDA-dan olan gəncləri, Anar Məmmədlinin müdafiəsinə qalxa bilməyənlərin camaatın hüquqlarını qoruyacaqlarına kim inanar cənablar?

- Sizcə müxalifətin uğursuzluğunun səbəbi nədir?

- Bir daha qayıdaq 20 il öncəyə, Gürcüstanda Qamsaxurdiya , Ermənistanda Ter Petrosyan, Rusiyada Yeltsin hakimiyyətə gəldilər. Onların o illərdə komandaları var idi, indiki müxalifət də Əbülfəz Elçibəyin komandasında idi. İndi o 20 il bundan öncə bu ölkələrdə hakimiyyətə gəlmişlərin içərisindən heç olmazsa bir nəfəri göstərin ki, qalıb indiyə qədər müxalifətçilik edir. Müxalifət “profesiya” deyil.

- Bəs çıxış yolunu nədə görürsüz?

- Partiya başqanlarını istefa verməsində. Müxalifətçilik müvəqqəti işdir, bir seçkidə iştirak edirsən uduzdun, çəkilib gedirsən. Sözsüz oturub mülahizələrini, analizlərini yaza bilərsən, ancaq daha partiya rəhbəri ola bilməzsən. Sən qırağa çəkiləndən sonra kimsə sənin buraxdığın səhvləri analiz edib tamamilə yeni ideyalarla mübarizəyə qatılır.

- Çoxları deyir ki, Müsavatın Milli Şuradan getməsi hər iki tərəfi zəiflədəcək. Siz necə düşünürsüz?

- Ölkədə 20 il ərzində eyni komandanın hakimiyyətdə qalmasını biz düzgün hesab etmiriksə, bəs 20 il eyni adamın partiya sədri olmasını necə düzgün saya bilərik? Müsavat Partiyasının MŞ-nı tərk etməsinin heç bir siyasi əhəmiyyəti yoxdur. Yəni ona görə nə partiya güclənəcək, nə də zəifləyəcək. İndi bunlar “2015-ci ilə qədər hökumətin sonu çatıb”, sonra da “hökumət seçkiləri saxtalaşdırdı” deyəcəklər. Ehtimal olunur ki, bu illər ərzində də 1000 nəfərlik qurultay keçirmək istəyən Müsavat Partiyasına yer tapılmayacaq. Bəziləri şəhərdən uzaq olacaq, bəziləri də çox baha görsənəcək. Saakaşvili də yoxdur ondan qurultay keçirməyə zal istəsinlər.

- Müsavatın Milli Şuradan çıxmasını qurumun dağılmağı kimi hesab etmək olarmı?

- MŞ-nın dağılacağı məndə heç vaxt şübhə doğurmayıb, mən bu prosesi hələ Müsavat eyforiyada olanda görürdüm. AXCP həmişəki kimi növbəti dəfə liderlərinin ambisiyasının qurbanı və əsirinə çevrilib. Ambisiyası ilə imkanları və real vəziyyəti arasında uçurum olan adamlar istənilən variantda inkişafın qarşısında baryer yaradır. Xoşbəxtlikdən bu bir partiya çərçivəsində baş verir. Sadəcə olaraq, oturub 10 il bundan öncə Xalq Cəbhəsi harada idi indi haraya gəlib? Buna baxmaq lazımdır. Açıq aydın bu partiyanın bugünkü mövcudluğunu hökumətin onu partiya kimi saxlamaq istəyində axtarmaq lazımdır. Düzdür, o partiyada çox fədakar insanlar var xüsusilə qadınlar və gənclər arasında. Ancaq məsələ ondadır ki , “komandir”in zəif olduğu ordu heç vaxt uda bilməz.

- Yuxarıda bildirirsiniz ki, hər iki partiya xalq arasında nüfuzunu itirib. Bəs onlar yenidən cəmiyyətdə siyasi çəkilərini qaldırmaq üçün nə etməlidirlər?

- Bu gün artıq İkinci Dünya müharibəsinin başlanığıcında Almaniya ordusunun silah və texnika cəhətdən, əsgərlərin sayına görə sovetlərin ordusundan azı iki dəfə zəif olduğu sübuta yetirilib. Buna baxmayaraq, 3 ay müddətində almanlar Avropadan böyük bir sahəni işğal edib və 3 milyondan çox əsir götürüblər. Yeganə səbəb “komandir”lərin zəif və əsgərlərin təlimsiz olması fəlakətə gətirib çıxardıb. Bu liderlər bir neçə suala cavab verməlidirlər. Siz hansı səbəbdən o postu tutmusunuz və Azərbaycanda nə etmək istəyirsiniz. Siz o istəyinizi necə etmək istəyirsiniz. Siz indiyə qədər bunları niyə etməmisiniz. Çox sadə suallardır. Aydındır ki, bu partiyaların camaat arasında heç bir çəkisi yoxdur, inamı qaytarmaq üçün müəyyən addımlar atmalıdırlar. Bundan başqa, hakimiyyətə gələrlərsə, hansı hökuməti quracaqlar və konkret kimi hansı vəzifəyə qoyacaqlar siyahısını açıqlasınlar. Çünki hakimiyyətə gəlmək istəyən adamın birinci növbədə belə bir siyahısı olmalıdır. Baxaq görək Müsavat və AXC partiyası belə bir siyahı tərtib etmək şansına malikdir, ya yox. Və həmin o siyahı xalq tərəfindən necə qarşılanacaq.

- Müxalifət nümayəndələri sizi Amerikada oturub onlara ağıl öyrətməməyə çağırır. Sizin onlara cavabınız varmı?

- “Dostlarım’’ deyir ki, oturub Amerikada bizə ağıl öyrətməsin, gəlsin görək özü nə edə bilər? Birincisi, əvvəlcədən deyirəm sadəcə olaraq, məni ölkəyə buraxmırlar və “görək özü nə edər?” - sualına cavab verə bilməyəcəyəm. İkincisi, sizcə, Bakıda oturub məsləhət vermək Amerikada oturub məsləhət verməkdən çox güclüdür? Üçüncüsü, məsləhət verməyin heç bir xeyri yoxdur. Çünki bu müxalifətçilərin başqa peşəsi yoxdur. Ölənə qədər müxalifətçilik edəcəklər. Mən bu insanlara yalnız bunu deyə bilərəm: - Azərbaycanın bu vəziyyətdən xilas olması naminə Allah xatirinə tək MŞ-dan yox, ümumiyyətlə, siyasətdən gedin. 20 il ərzində bütün göstəricilərinizdə deqradasiya gedir, fikirləşməyin ki, növbəti 20 ildə əks proses baş verəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru