COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? .....                     “Yol xərclərimə qədər bu insan ödəyib” .....                     "Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" .....                     “Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? .....                     TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir .....                     Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın .....                     Baydenin Bakı və İrəvana sülh məktubu tələsik yazılıb .....                     Bağçalının Öcalan çıxışı nəyə hesablanıb? .....                     Avropa Parlamentinin həyasızlığı: .....                     25 oktyabr Qubadlı şəhəri günüdür .....                     Həbsdəki keçmiş prezident ermənilərdən .....                     Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın! .....                     Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub .....                     BAZAR OLSUN: “Embawood” suvaq işinə başlayıb .....                     Azərbaycanda daha bir neçə iş adamı HƏBS OLUNDU .....                     İlham Əliyev bu dəfə də USTA DAVRANDI... .....                     Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır .....                     Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Seydimli kəndində keçirilib .....                     AZAL Mərkəzi Asiya və Yaxın Şərqə biletlərə endirim kampaniyası elan edib .....                     Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib .....                     Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     “Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti .....                     “Kürdlərlə türklər arasında gərginlik olmasını istəyənlər var” .....                     Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi iflasa uğrayacaq .....                     Moskvada .....                     PKK kartı kimin cibindədir? .....                     AQTİ işçilərin geyimlərinə .....                     Buzovnada vətəndaşın evini su basıb: .....                     “Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... .....                     Nəsimidə ağacəkmə aksiyası davam edir .....                     "Mənə qarşı çox haqsızlıq edilib" .....                     "Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" .....                     Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA .....                     Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? .....                     Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Nazirlikdən Samuxa getdi: O DA BELƏ... .....                     “Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” .....                     Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası .....                     `Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... .....                 

AXCP hökumətin xəlbirindən KEÇƏ BİLƏCƏKMİ - Ekspertlər danışır
Tarix: 22-07-2023, 10:05 | Çap et
AXCP hökumətin xəlbirindən KEÇƏ BİLƏCƏKMİ
Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) yenidən qeydiyyata alınması ilə bağlı müraciətinə imtina cavabını verib. Bu barədə "Turan"a Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib.

Onun sözlərinə görə, partiya təşkilatın 5315 üzvünün siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Eyni zamanda Ədliyyə Nazirliyindən verilən cavabda bildirilir ki, partiyanın siyahısında 5138 nəfərin adı var. “Sonra Ədliyyə Nazirliyi qeyd edir ki, guya 2497 nəfərin barəsində məlumatlar düzgün göstərilməyib və buna görə də dəqiqləşdirmə aparılmalıdır”, - Kərimli deyib.

Partiya sədrinin dediyinə görə, Ədliyyə Nazirliyindən gələn məktubda göstərilir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısından 119 nəfər digər partiyaların üzvüdür, 59 nəfərin adı isə təkrar göstərilib. Bundan əlavə, nazirlik 609 nəfərin Xalq Cəbhəsi Partiyasının üzvü olmadığını bildirib.

“Bütün bu iradlar qətiyyən inandırıcı deyil və siyasi mülahizələrlə tərtib olunub. Ədliyyə Nazirliyinin göndərdiyi məktubdakı "çatışmazlıqlar" qeyri-dəqiq və mücərrəd xarakterlidir", - Kərimli qeyd edib. O hesab edir ki, Ədliyyə Nazirliyi Xalq Cəbhəsi Partiyasının üzvlərinin reyestrində səhv, çatışmazlıq hesab etdiyi məlumatları dəqiq və ünvanlı göstərməlidir.

“Bizim bilməyə haqqımız var ki, reyestrə daxil edilmiş partiya üzvlərindən konkret kimlər digər partiyaların üzvü hesab olunub, konkret kimlər Xalq Cəbhəsi Partiyasının üzvü olmadığını Ədliyyə Nazirliyinə deyib, hansı partiya üzvlərinin adı reyestrdə təkrarlanıb”, - partiya sədri söyləyib.

Onun sözlərinə görə, partiya Ədliyyə Nazirliyinə məktub göndərib detallı və əsaslandırılmış cavab verilməsini istəyəcək. “Bütün bəhanələri kəsməyə hazırıq. İstəyirlər, partiya üzvlərinin şəxsiyyət vəsiqələrinin surətini də toplayıb təqdim edək nazirliyə. İstəyirlər, birbaşa toplaşaq nazirliyin qarşısına”, - Kərimli bildirib və əlavə edib ki, partiyanın hüquqlarını bərpa etmək üçün bütün hüquqi yollardan istifadə edəcəklər.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a mövzunu belə şərh etdi: ""Siyasi partiyalar haqqında" Qanun qəbul edilərkən ictimai müzakirələr aparıldı. Yeni qanun qəbul edilənə qədər siyasi partiyalarla görüşlər keçirildi. Nəticədə qanundan bir sıra müddəa çıxarıldı. Artıq yeni tələblərə riayət edilməsi ilə bağlı məsələlər gündəmə gəlib. Məlumdur ki, üzvlük sayı ilə bağlı tələbə cavab verməyən partiyalar özünü buraxdı.

Təbii ki, 10 milyon əhalisi olan ölkədə siyasi ambisiyaları olan partiyanın 5 min üzvü yoxdursa, fəaliyyət göstərməsi qeyri-ciddi səslənir. AXCP-nin problemlərlə üzləşməsi qanunvericiliyin tələblərindən irəli gəlir. Siyahıda adları qeyd olunan şəxslərin bir qismi partiyanın rəsmi olaraq üzvü deyil, yaxud digər partiyaların üzvü olan şəxslərdir. Ola bilər ki, sonradan başqa partiyalara müraciət ediblər. Bu isə hər bir vətəndaşın konstitusion hüququdur. Vətəndaşların bu hüquqdan məhrum edilməsi qanunaziddir.

Düşünürəm ki, bu məsələni siyasiləşdirməyə, qloballaşdırmağa ehtiyac yoxdur. Bu sırf hüquqi prosedurdur. Bildiyim qədəri ilə AXCP sədri Əli Kərimli ixtisasca hüquqşünasdır. Odur ki, onun hüquqi prosedurlara riayət etməsi çətin olmamalıdır. Əgər məsələni müxtəlif istiqamətlərə yönləndirmək iddiaları varsa, bu, ajiotaj yaratmaq, cəmiyyətin, eyni zamanda beynəlxalq təşkilatların diqqətini cəlb etmək məqsədi daşıyır. Əgər onların həqiqətən yüz minlərlə üzvü varsa, yeni qanun onlar üçün münbit şərait yaradır".

X.Bəşirov hesab edir ki, Avropa Məhkəməsinə müraciət etmək hədəfə dolayı yollarla nail olmaq, hətta bəzi məqamlarda nail ola bilməyəcəyini anlayaraq bu yola əl atmaq cəhdidir: “Əgər məhkəməyə müraciət olunacaqsa, məhkəmə də prosedurlara riayət olunması ilə bağlı sübutları tələb edəcək. Əgər sübutlar varsa, yerli qanunvericilik çərçivəsində də tədbir görmək olar. Avropa Məhkəməsinə getməkdənsə, vaxt itirməkdənsə, qeydiyyatı aparan qurumun qanunamüvafiq tələbinə riayət etsinlər”.

Millət vəkili Hikmət Babaoğlu “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, hazırda ölkəmizdə aparılan siyasi islahatlar yeni keyfiyyət mərhələsinə qədəm qoymaqdadır. Millət vəkili 1 il öncə yeni qanunun ümumi siyasi konsensus kontekstində qəbul edildiyini xatırlatdı: “İndiki mərhələdə siyasi partiyaların fəaliyyəti üçün sırf hüquqi əsaslarla tələb olunan prosedurlar yerinə yetirilir. Hesab edirəm ki, bu proses başa çatmadan şərh vermək doğru olmaz. Ədliyyə Nazirliyinin məlumatına görə, 27 partiya qeydiyyat üçün müraciət edib. Bəzi partiyaların təqdim etdiyi məlumatlarda çatışmazlıqlar olduğu üçün onlara bildirişlər göndərilib və nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Bütün hallarda bu mərhələ keçilməlidir.

Azərbaycanın siyasi sistemi 90-cı illərin əvvəllərində formalaşıb. O zaman şərtlər fərqli idi, siyasi sistemin yetkinliyi indiki dövrlə müqayisə ediləcək səviyyədə deyildi. Siyasi partiyaların fəaliyyəti üzərində təzyiq yaradan Qarabağ problemi siyasi sistemin formalaşmasına ciddi təsir göstərirdi. Artıq bu proseslər geridə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra yeni çağırışlar yaranıb. Siyasi sistemin yenidən təşkilatlanması sosial sifarişə çevrilib. "Siyasi partiyalar haqqında" Qanunun qəbulu da bu zərurətlə bağlıdır. Bundan sonra partiyalar da öz fəaliyyətində yeni çağırışları, ölkəmizdə və dünyada baş verən dərin siyasi hətta hərbi prosesləri nəzərə alaraq yeni hədəflər müəyyənləşdirməli və yeni fəaliyyət istiqamətləri təyin etməlidirlər. Hüquqi qeydiyyat mərhələsi başa çatdıqdan sonra bu məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparmaq olar".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? - Ayıq olmaq zorundayıq...
Bu gün, 00:12
“Yol xərclərimə qədər bu insan ödəyib”
Bu gün, 00:09
"Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" - deputat
Bu gün, 00:03
“Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - Türkiyədə terror dalğası
Dünən, 20:14
Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın - GƏLİŞMƏ
Dünən, 19:02
Baydenin Bakı və İrəvana sülh məktubu tələsik yazılıb - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Bağçalının Öcalan çıxışı nəyə hesablanıb? - GƏLİŞMƏ
Dünən, 18:56
Avropa Parlamentinin həyasızlığı: - “Bu qətnamə kağız parçasıdır”
Dünən, 18:03
25 oktyabr Qubadlı şəhəri günüdür - MƏQALƏ
Dünən, 18:01
Həbsdəki keçmiş prezident ermənilərdən BUNU İSTƏDİ
Dünən, 17:56
Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın! - SƏS HƏLLEDİCİ... AN HƏLLEDİCİ...
Dünən, 17:52
Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub - BU FAKTDIR...
Dünən, 17:47
BAZAR OLSUN: “Embawood” suvaq işinə başlayıb – 1,2 milyona "ASAN xidmət"i təmir edəcək
Dünən, 17:44
Azərbaycanda daha bir neçə iş adamı HƏBS OLUNDU - 578 milyon ölkəyə qaytarılmadı
Dünən, 17:40
İlham Əliyev bu dəfə də USTA DAVRANDI... - CƏNAB YAXŞI BİLİR...
Dünən, 17:35
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - RİH-dən REAKSİYA
Dünən, 17:21
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Seydimli kəndində keçirilib - FOTO
Dünən, 17:17
AZAL Mərkəzi Asiya və Yaxın Şərqə biletlərə endirim kampaniyası elan edib - DİQQƏT
Dünən, 17:15
Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib - MÜHÜM
Dünən, 17:12
Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 17:09
“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti - DİQQƏT
Dünən, 17:07
“Kürdlərlə türklər arasında gərginlik olmasını istəyənlər var” - ŞƏRH
Dünən, 16:02
Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi iflasa uğrayacaq - Partiya sədri
Dünən, 16:00
Moskvada “Görüş Yeri - Bakı”
Dünən, 15:26
PKK kartı kimin cibindədir? - YENİ ÇALXALANMA
Dünən, 15:22
AQTİ işçilərin geyimlərinə yarım milyon manatdan çox vəsait xərcləyəcək
Dünən, 15:18
Buzovnada vətəndaşın evini su basıb: - “Kömək istəyirik“
Dünən, 15:14
“Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... - AXI NİYƏ?..
Dünən, 15:09
Nəsimidə ağacəkmə aksiyası davam edir - FOTO
Dünən, 15:01
"Mənə qarşı çox haqsızlıq edilib" - FHN-lə məhkəmə çəkişməsi olan polkovnik-leytenant
Dünən, 14:59
"Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" - Armen Rüstəmyan
Dünən, 14:58
Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA - "...həmin təklif olunan vəzifələrdən imtina edib"
Dünən, 14:54
Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? - Bahəddin Həzi yazır...
Dünən, 14:48
Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi - TƏFƏRRÜAT
Dünən, 14:45
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Dünən, 14:39
Nazirlikdən Samuxa getdi: O DA BELƏ... - Dövlətin puluna XOR BAXANLAR...
Dünən, 14:27
“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 14:23
Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:08
`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... - GİLEY
Dünən, 14:06
Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... - "1 almanın 2 yarısı"
Dünən, 14:02
Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Başqa cür ola da bilməz...
Dünən, 14:00
“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur – Məhkəməyə verilib
Dünən, 13:56
İrəvandan sülh açıqlaması: - “Yaxşı şeylər olur, tezliklə...”
Dünən, 13:50
“Bunlar nə yeyir, nə içir, görəsən?!”
Dünən, 13:44
"Əminəm ki, bu terror aktını törədənlər... tezliklə türk əsgəri tərəfindən cəzalarını alacaqlar"
Dünən, 13:38
Ermənilər Hindistan vətəndaşlarından bezdilər
Dünən, 13:31
İran Azərbaycandan xahiş etdi - “Nasr News”
Dünən, 13:24
"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." - Aqil Abbas
Dünən, 13:15
Astana sanksiyalardan yan keçməyin əleyhinədir
Dünən, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru