Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - RİH-dən REAKSİYA
Tarix: 24-10-2024, 17:21 |
Çap et
Dünən "DİA-AZ" olaraq xəbər vermişdik ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin çimərliyindən iri yük maşınları dəniz qumunu daşıyır.
YAZISI BURADA: Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır
Bununla bağlı "DİA-AZ"- yerli RİH-dən münasibət açıqlanıb. Həmin göndərini olduğu kimi təqdim edirik:
"Sosial şəbəkələrdə qaldırılan məsələ ilə əlaqədar bildiririk ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində, dəniz kənarında qazıntı işlərinin aparıldığı torpaq sahəsi Bak Şəhər İcra Hakimiyyəti başçısının 26.08.2024-cü il tarixli, 148 saylı sərəncamı əsasında “Nardaran İnvest” MMC-nin istifadəsinə verilmişdir. “Nardaran İnvest” MMC hal-hazırda həmin ərazidə torpaq bərkitmə və yol inşası işləri həyata keçirilir.
Nəzərinizə çatdırırıq ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən sahilyanı ərazilərin qumunun daşınmasının qarşısının alınması istiqamətində mütəmadi monitorinqlər həyata keçirilir".