“Bu açıqlama hakimiyyətin içərisindəki parçalanmanın göstəricisidir”
Tarix: 10-02-2014, 12:09 | Çap et
Bir müddət əvvəl Milli Şuradan təmsil olunduğu partiyadan istefa verən AXCP sədrinin keçmiş müavini və "Xalq Arzusu" Hərəkatının rəhbəri Asəf Quliyev Moderator.az-a müsahibə verib, onu oxuculara təqdim edirik: -Milli Şuradan ilk Siz istefa verdiniz və bundan sonra istefaların ardı gəldi. Görünür, ayağınız yüngül imiş... -Burada ayağın yüngüllüyünün məsələyə dəxli yoxdur.Əslində Milli Şuranın taleyi mən getməmişdən əvvəl də artıq bəlli idi.Rüstəm İbrahimbəyovun namizədliyi məslələsində problemin yaranması, Milli Şuranın öz içərisində vahid namizəd məsələsinin həll olunmasında çətinliklərin yaşanması, vahid namizədin vaxtında müəyyənləşdirilməməsi hətta seçkidən bir ay öncə bu qurumun gələcək taleyi haqqında birmənalı fikir yürütməyə imkan verirdi. Sözsüz ki, mən də bunu görürdüm və ona görə də istefa verəndən sonra müəyyən qədər əleyhimizə danışsalar da zaman-zaman proseslərin gedişində bəlli oldu ki, bizi qınayanlar tələsiblər. Təbii ki, Milli Şuranın daxilində baş verənlərin bu qurumu tezliklə çıxılmaz böhrana sürükləyəcəyini tək mən yox, çoxları görür və hətta dar çərçivədə dilə gətirirdi. Ancaq bu adamların çoxu sanki fövqəladə nəsə baş verə biləcəyi ehtimalına özlərini inandıra bilmişdilər. Mənsə hər zaman doğru bildiyim məsələdə qərar verib risk etməyi sevirəm və bu addımı atdım. -Növella Cəfəroğlu da Strasburqdan bir xəbər gətirib ki, guya Avropa Şurasında Milli Şuranı bu gün də Rusiyanın projesi hesab edirlər... -Bu barədə müxtəlif fikirlər var. Mən birmənalı şəkildə Milli Şuranın Rusiyanın projesi adlandırılmasını qəbul etmirəm. Sözsüz ki, 2013-cü ilin lap əvvəllərindən istər Qərbin, istərsə də Rusiya və İranın Azərbaycana münasibəti tamamilə fərqli idi. Bütün bu güclər də 2013-cü il seçkilərində özlərinə sərf edən qərarların əldə edilməsi üçün yaranmış fürsətdən maksimum bəhrələnmək üçün hərəkətə keçmişdilər. Rusiya isə xüsusilə canfəşanlıq göstərirdi. Amma bütün bu maraqlar heç də o demək deyildi ki, MŞ tam tərkibdə Rusiyanın projesi idi. Təbii ki, bu cür iddiaların meydana çıxmasında əsas amil kimi MŞ sədri Rüstəm İbrahimbəyovun Rusiyaya bağlı adam olması idi. Mənsə bu cür düşünmürəm. Əslində MŞ nın yaranması da müxalifəıtin bir uğuru idi. İlk dəfə olaraq Azərbaycan müxalifətinin demək olar ki, bütün spektrlərini əhatə edən qüvvələr bir araya gəlmişdi. Tutaq ki, buna qədər heç vaxt İslam Partiyası müxalifətin birliyidə işirak etməmişdi. Bir sözlə, orda həm sağlar vardı, həm sollar. Yəni MŞ ilk dəfə bu cür rəngarəng bir tərkibdə formalaşmışdı. İyunun sonunadək ölkədə siyasi aktivlik həddindən artıq yüksəlmişdi. Təbii ki, bu aktivliyi Azərbaycanda maraqları olan ölkələrin burdakı diplomatik nümayəndələri də görürdü, onlar da bu prosesdən öz maraqları naminə istifadə etməyə çalışırdı. Ancaq bir daha təkrar edirəm ki, MŞ-nı hər hansı bir dövlətlə əlaqələndirmək tamamilə yanlışdır. Ancaq sözsüz ki, burada Rusiyanın marağı daha çox idi və bizim də bundan xəbərimiz vardı. Digər tərəfdən, mən Rusiyanın bir “xoxan” kimi təqdimatının da əleyhinəyəm. Biz istəsək də, istəməsək də bu ölkəylə qonşuyuq, hakimiyyətdə hansı qüvvənin olmasından asılı olmayaraq biz Rusiya ilə iqtisadi cəhətdən daha sıx əlaqəliyik. Azərbaycanda hakimiyyət dəyişikliyi baş versə belə, Rusiya ilə əlaqələrin indikindən də yüksək səviyyəyə qaldırılması hər iki dövlətin maraqlarına xidmət edər. Xüsusilə də Qarabağ münaqişəsi faktoruna görə də Azərbaycan Rusiya ilə isti münasibətlərin qorunmasına məcburdur. Bu baxımdan istər iqtidarın, istərəsə də müxalifətin Rusiya ilə münasibətlərə önəm verməsində məncə qəbahət axtarmağın özü qəbahətdir. Sizə bir məqamı deyim. Seçkidən sonra iqtidar mətbuatında və telekanallarda az qala iki ay boyunca İlham Əliyevə Qərbdən, ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlardan gələn təbrik məktubları böyük həvəslə təqdim edilirdi. O zaman həmin məntiqlə gərək iddia edək ki, İlham Əliyev Avropa və Amerikanın adamıdır, bu qüvvələrin təsiri altındadır. -Rəsul Quliyev Cəmil Həsənliyə məsləhət görüb ki, nüfuzunu xərcləyib qurtarmadan MŞ-dan çıxıb getsin. -Məsələyə bu cür yanaşmanı qəbul etmirəm. Tutaq ki, lap sabah Cəmil Həsənli bu qurumdan getdi. Dünya dağılmayacaq ki. Yaxud Cəmil Həsənli kənara çəkilib indikindən artıq nüfuz əldə edəcəkmi? Təbii ki, MŞ-nı xeyli tərk edənlər var və etiraf edilməlidir ki, bu qurum yaranarkən qarşısına qoyduğu o birliyi itirdi. Bu baxımdan təbii ki, MŞ əvvəlki simasından xeyli fərqli format alıb. Ancaq nə bilmək olar, ola bilər ki, MŞ bələdiyyə seçkilərində də olmasa parlament seçkilərində bu gün qarşıdurma vəziyyəində olan qüvvələrlə yenidən bir araya gələ bilsin. Bunu ötən seçki dönəmlərində dəfələrlə görmüşük və heç heyrətlənməmişik də. -Prezident İlham Əliyevin fevralın 5-də müxalifətin ünvanına kəskin ifadələr işlədərək 9 oktaybar seçkilərinin onların sonu və rəzalətin zirvəsi adlandırması son 5 gündə medianın başlıca mövzusuna çevrilib. Artıq müxalifət anladı ki, iqtidarla müxalifət arasındakı körpü birdəfəlik yandırıldı və siyasi dialoq mövzusu gündəmdən çıxdı... -İndiyə qədər iqtidarla müxalifət arasında körpü var idi ki, onu da yandırsınlar? Olmayan şeyi necə yandırmaq olar? Yaxud siyasi dialoq mövzusu illərdi dartışılır. Amma bu addımı atmalı olan hakimiyyətin davranışları belə düşünməyə əl yeri qoydumu bu günədək? Kimsə 93-dən üzü bəri iqtidarla müxalifət arasında siyasi dialoq adlanıdırıla biləcək bir epizod deyə bilərmi? Kİmsə 2001-ci ildə Heydər Əliyevin parlamentdəki məhşur toplantısının adını çəkə bilər. Belə düşünənləri icazə verin ciddiyə almayaq və bir daha deyirəm ki, bu hakimiyyətin kitabında siyasi dialoq termini heç vaxt olmayıb. Konkret prezidentin müxalifətin ünvanına səsləndirdiyi ittihama gəlincə isə xatırlatmaq istəyirəm ki, 2008-ci ildə də o belə məzmunda fikirlər səsləndirmişdi. Amma bütün bu fikirlərə baxmayaraq nəinki biz və dünya, elə İlham Əliyevin özü də gördü ki, 2013-cü ildə müxalifət necə böyük bir güc kimi ortaya çıxdı və onları səksəkəyə salmağı bacardı. Amma mən mətbuatdan oxudum, bəzi partiyalar deyir ki, İlham Əliyevin dediyi sözlər bizə aid deyil. Ancaq bir şeyi anlamaq lazımdır ki, YAP-dan və onları açıq dəstəkləyən bir-iki partiyadan başqa bütün partiyalar, hətta parlamentdə necə təmsil olunduqları hamıya bəlli olan şəxslər də özlərini müxalif qüvvə adlandırırlar. Onda belə çıxır ki, İlham Əliyevin bu açıqlaması, bu təhqiri Azərbaycandakı müxalif adına iddia edən bütün partiyalara yönəlik bir hərəkətdir və bu da o anlama gəlir ki, o öz hərəkətiylə bütövlükdə Azərbaycan xalqını təhqir eləyib. Hər halda bir ölkəyə rəhbərliyi öz üzərinə götürmüş şəxsin öz xalqını bu cür təhqir etməsi tamamilə yanlış bir hərəkətdir. Siyasətdə də bir davranış xətti və siyasi əxlaq normaları var. Əslində bu gün iqtidar nümunəvi bir davranış sərgiləməlidir ki, ölkədəki bütün partiyalar da bu əxlaqa uyğun hərkət etsinlər. Bizsə hər dəfə, hər seçkidən sonra müxalifətin bu cür təhqir olunmasının, aşağılanmasının şahidi oluruq. Xalq da bütün bunları və siyasi leksikonu görür və özü üçün nəticə çıxarır. Onlar ölkəyə rəhbərlik edən şəxsin öz xalqına hansı formada müraciət etdiyini görürlər. Mənə elə gəlir ki, bu, indiki hakimiyyətin əleyhinə çevriləcək bir çıxışdır. Başqa bir vacib məqam İlham Əliyevin təkcə müxalifətin ünvanına deyil, eyni zamanda öz komandasının üzvlərinə də müraciət etməsi oldu. Prezident onlara xitabən deyir ki, siz xarici qüvvələrə inanmayın, bu onun göstəricisidir ki, həm müxalifəti qorxudur, eyni zamanda da öz komandasına arxayın deyil və görünür, şübhələnir ki, kimlərinsə xarici qüvvələrlə əlaqəsi var. Bu açıqlama eyni zamanda hakimiyyətin içərisindəki parçalanmanın göstəricisidir. -Deyəsən hakimiyyət Seçki Məcəlləsinin dəyişdirilməsiylə bağlı beynəlxalq təşkilatların tələblərinə illər sonra boyun əyməyə hazırlaşır. Sizcə hakimiyyət bu günədək inadla imtina etdiyi bu məsələdə niyə güzəştə gedir ki? -Hələ 9 oktyabr prezident seçkilərindən öncə bu cür fikirlər daim aktual olub. Məncə hakimiyyət yalnız bir şərt daxilində buna gedəcək ki, Azərbaycanın dövlət quruluşu dəyişdirilərək parlamentli respublikaya keçilsin. Mən elə gəlir ki, 9 oktaybr İlham Əliyevin son seçkisidir. Ola bilsin ki, bununla növbəti dəfə prezident seçkisi yoluyla deyil, parlament seçkilərində çoxluğun səsini əldə edərək indiki prezidentin əsas səlahiyyətlərini əlində cəmləşdirmiş baş nazir kimi meydana çıxmaq istəyir. Əgər belə bir niyyət varsa, o zaman gözləmək olar ki, parlamentin tərkibi də genişləndirilsin, Seçki Məcəlləsi də özlərinə sərf edən şəkildə dəyişdirilsin. Amma onu da diqqətdən qaçırmaq olmaz ki, dünyada baş verən proseslər gec-tez Azərbaycanı da öz ağuşuna alacaq və sözsüz ki, bu gün Azərbaycan yaxın və uzaq qonşular üçün bir başağrısına çevrilib. Ona görə də məncə 2015-ci ildə Azərbaycana fərqli bir yanaşmanın şahidi olacağıq. Ona görə də hesab edirəm ki, İlham Əliyev Ukraynadan sonra növbənin Azərbaycana da çatdığını hesablayıb önləyici tədbir kimi bu yola əl atmağa çalışacaq ki, bu yollla bəzi siyasi pariyalardan bir-iki nəfəri parlamentə buraxmaqla demokartiya imitasiyası yaratsın və bu yolla ən azı prosesi bir qədər də yubatmağa, beləliklə də hakimiyyətinin ömrünü uzatmağa çalışsın. Amma onu da anlayırlar ki, daha dünyanı aldatmaq limitləri tükənib. İlham Əliyevin sonuncu çıxışında da onun bu narahatçılığını sezmək mümkün idi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|