Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                 

"Qorbaçova dedim ki, bizdə milləçilər heç də Gürcüstan və Ermənistandan az deyil" - Ayaz Mütəllibov
Tarix: 22-02-2014, 13:01 | Çap et
"Qorbaçova dedim ki, bizdə milləçilər heç də Gürcüstan və Ermənistandan az deyil"
Eks-prezident Ayaz Mütəllibov Moderator.az-a eksklüziv müsahibə verib, onu təqdim edirik:
-Hal-hazırda nə işlə məşğulsunuz? Vaxtsızlıqdan korluq çəkirsiniz, bekarçılıqdan?
-Düşüncələrimlə təmasdayam. Çünki gördüklərimi və yaşadıqlarımı kimsə mənim əvəzimdən danışmayacaq. Çalışıram üzümüzə gələn nəslə elə bir sənəd ortaya qoyum ki, daha gedib kitabxanada oturub mənə qarı materiallar axtarmasınlar. Özümdən bilsinlər və oxusunlar ki, kim olmuşam, niyyətim və missiyam nə olub və nə istəmişəm, nələrdən də məhrum olmuşam. Bundan başqa çalışıram ailəmə daha çox vaxt ayıram. Axı bilirsiniz ki, 20 il mühacirətdə qaldıq. İnsan vicdan əzabı çəkir ki, axı niyə belə olmalıdır? Heç bir günahı olmayan bir adam ailəsiylə birlikdə vətənindən didərgin düşür, belə də şey olarmı? Mənə qarşı bu addımı atanlar hansı məntiqə və nəyə arxalanaraq bunu ediblər? Bilirsiniz, hərdən deyirəm ki, biz azərbaycanlılara düşmən axtarmaq lazım deyil. Mənim təbiətim elə idi ki, kin saxlamağın nə olduğun bilməmişəm, yaxud vəzifəpərsət deyiləm. Hətta prezident olanda da tez-tez öz-özümə deyirdim ki, bu gün bax filan xeyirxah, Allaha xoş gedən iş gördüm. Yəni prezidentin vəzifəsi öz yerində, bir insan kimi hər gün düşünürdüm ki, insanlara yaxşılıq edim. Bəlkə də oxucular düzgün anlamayacaq, ancaq məndə təbiətən demokart xarakteri olub və bunu mən bir ilahi vergi kimi anlayıram. İnanın ki, indinin özündə də çəkdiyim iztirablara baxmayaraq məndə kiməsə qarşı kinlilik yoxdur.
-Bir dövlət xadiminin, diplomatın yetişməsi üçün bəzən onilliklər bəs eləmir. Düşüncələrinizlə baş-başa qalmaqdan əlavə axı niyə bu gün Ayaz Mütəllibovun təcrübəsindən istafadə olunmasın? Ən azından universitetlərdə, Ali Diplomatiya Akademiyasında mühazirə demək imkanınız vardı. Bir prezident kimi yüzlələ beynəlxalq səviyyəli görüşlər keçirmişdiniz, bunları gənc diplomatlara öyrətmək olmazdımı? Doğrudanmı bu ölkədə bir ağıllı adam yoxdu ki, eks-prezidentin xidmətlərindən istifadə edilməsinə yardım etsin?
-Mən bu sualınıza nə cavab verim axı? Bu barədə mən heç nə deyə bilmərəm. Bu məsələyə ölkə rəhbərliyi səviyyəsində baxılıb mənə bir xəbər verməlidirlər, təklif etməlidirlər. Əlbəttə, mən buna möhtac da deyiləm. Özümə iş tapıram, yazıram-pozuram. Elə Sizin kimi jurnalistlərə də müsahibə verib geniş söhbətləşməyimizin öz məqsədləri var ki, millətimizə fikirlərimi çatdırım və onlar üçün müstəqillik illərindən az şey qaranlıq qalsın. Axı üzümüzə yeni nəsil gəlir və heç onlar bu illərdə gerçək olaraq nələrin baş verdiyini bilmirlər.Elə indi sizinlə bu dəfəki söhbətimizdə də çalışacam bir sıra məsələlərə toxunam ki, niyə bütün bunlar baş verdi? Niyə biz bir millət olaraq özümüzə gün ağlaya bilmədik?
-Fevral ayı millətimiz üçün bəlli səbəblərdən ağır aydır və təbii ki, bu ay Ayaz Mütəllibov üçün ikiqat ağırdı. Xocalı qətliamına keçməzdən öncə illər uzunu cavabsız qalmış bir suala Sizdən cavab istəyəcəm. Daimi düşmən atəşi altında və Xankəndinin burnunun ucunda olan Xocalıda niyə 91-92-ci illər ərzində bu qədər irimiqyaslı tikinti işləri aparılırdı? Həmin dövr Bakı-Xankəndi yolunda tikinti materialları daşıyan “Kamaz”ların “kalon”ları bugünki tıxacları belə, kölgədə qoyardı. Bu qədər vəsaiti ora tökmək nə dərəcədə doğru idi?
-Bu bir vacib və incə məqamdı və doğru tutmusunuz. Məqsədimiz o idi ki, Xocalı qəsəbəsini şəhərə çevirərək ona xüsusi status verək. Niyyətimiz o idi ki, Xocalını elə abadlaşdıraq ki, onu Qarabağın bir paytaxtı kimi qəbul edək. Biz orda çox böyük işlər görürdük. Bakıdakı iri müəssisələrin filiallarını açırdıq. Qısa müddətdə Xocalıda əhalinin sayını 2 min nəfər artıra bildik. Yadımdadır ki, Yüngül Sənaye Naziriliyinin tikdiyi bir filialı orda mən açdım.
-Etiraf edək ki, həmin dövrdə Qarabağı və Xocalını qoruyacaq silahlı qüvvələrimiz yox idi, ordu hələ yaranmamışdı. Amma axı sovetlərdən qalma xüsusi xidmət orqanı vardı. Nə əcəb onlar əməliyyat məlumatı gətirməmişdi ki, ermənilər orda belə bir qırğın hazırlayır?

Konovalova dedim mən poçtalyon-zad deyiləm ki...?

-Bu, bizim DTK-dan asılı məsələ deyildi. Bu problem Kremlin o zamankı rəhbərliyinin qəbul etdiyi avantürist texnologiya idi. Qarabağda o hadisələr yenicə başlayanda, 88-ci ilin fevralında mən Dövlət Plan Komitəsinin sədri işləyirdim. Bir gün respublikanın ikinci katibi Vasili Nikolayeviç Konovalov məni çağırdı ki, siz Qarabağa getməlisiniz və Qarabağla bağlı Bakıda işlədiyiniz planların layihəsini orda imzalatdırıb geri qayıtmalısınız. Yanında da Sov İKP MK-nın şöbə müdiri əyləşmişdi. Dedim ki, mən poçtalyon-zad deyiləm ki, Qarabağ ermənilərinin əvəzinə bu layihələri biz işləmişik, onlar gəlib Bakıda qol çəksələr xəncərlərinin qaşı düşər? O qonaq da əsəbi şəkildə qayıtdı ki, kak je tak, eta vam poruçena. Aramızda mübahisə yarandı. Konavalova dedim ki, mən getməyəcəm. Bildirdim ki, biz onların ayağına getməklə çox böyük xəta edirik və onları şirnikləndiririk. Axşam birinci katib Kamran Bağırov mənə zəng elədi ki, bu nədir, Konovalov səndən şikayət edir.Vəziyyəti buna da danışdım. Rəhmətlik də qayıtdı ki, əşi, birtəhər yola ver də, görmürsən neynəyirlər? Eşitdim ki, Telman Orucovla Ziyad Səmədzadəni göndərirlər. Zəng elədim Telmana dedim ki, mənə də bilet al gedim, sonra deyəcəklər ki, qorxdum getmədim. Uçduq Xocalıya və gəlib çatdıq Xankəndində “obkom”u binasına, çıxdıq Poqosyanın qəbul otağına. Poqosyan bizimlə soyuq görüşdü və dedi ki, hə, gəlmisiniz, camaat sizi gözləyir. Dedim nə camaat, biz bura nəyə gəlmişik? Dedi ki, yox da, gəlmisinizsə onların suallarına da cavab verin, buyurun yığışıblar sizi dinləməyə. Dedim biz mitinqə gəlmişik, yoxsa sizin yanınıza? Nə isə, onun təklifindən imtina elədik və kabinetinə keçdik. O büro üzvlərini çağırdı. Hamısının üzündən sanki zəhrimar yağırdı. Bizi çox soyuq qarşıladılar. Görüş başa çatanda dedim ki, heç ayıb deyil, ən azından qafqazlı adını daşıyırsınız, biz qonaq gəlmişdik, bir stəkan çay da vermək olmazdı bizə? Hamısı bir-birinin üzünə baxaraq çiyinlərini çəkirdilər. Hiss olunurdu ki, bunları kimsə təhrik edir və cavab verməyə ehtiyat edirdilər.
-Təbii ki, Sumqayıt hadisələrini də SSRİ DTK-sının əliylə elə ermənilər törətmişdi. Ancaq çoxları Xocalı qırğınını Sumqayıtın qisası kimi xarakterizə edir...
-Həm Sumqayıtın, həm Bakının, həm də Çaykənd əməliyyatının.
Xocalı qırğınından qaçmaq mümkün idimi?
-Mümkün idi.
-Bəs nə edilməliydi ki, edilmədi?

Turqut Özala dedim ki, biz bir böyük qardaşı o biri böyük qardaşla dəyişə bilmərik

-Xalq Cəbhəsi bütün bunlara rəvac verdi və bunları da millətin başına çıxaran Qorbaçovun riskli qərarı idi. O Qərb dünyasına və sovet xalqlarına da bəyan elədi ki, biz keçmiş yoldan imtina edirik və “kazarmennıy sosializm”dən imtina edərək demokratiya yoluna keçid edirik, başqa millətlər və dövlətlərlə bir yerdə inkişafımızı davam etdiririk. Qərbsə inanmırdı. Qərbi inandırmaq lazım idi. Qərb demokratiyasınınsa iki əsası var, biri çoxpartiyalı sistem, o biri isə mülkiyyət toxunulmazlığıdır. Qorbaçov da Qərbi inandırmaq üçün qeyri hökumət təşkilatlarını və ictimai-siyasi qurumların leqallaşmasını təmin etməyə başladı. Nəticədə bir çox müttəfiq respublikada xalq cəbhələri meydana çıxdı. Qorbaçov elə zənn edirdi ki, onun yenidənqurma və aşkarlıq siyasəti 70 il xof altında yaşayan bütün xalqların ürəyincə olacaq, hamı bu ideyanı ikiəlli dəstəkləyəcək. Ancaq proses nəzarətdən çıxdı və internasionalizm məhfumu çevrildi oldu nasionalizm. Xalq Cəbhəsi başladı ki, ay biz türkük və Türkiyənin getdiyi yolla gedəcəyik. Halbuki mən Turqut Özalla təkbətək görüşdə dedim ki, biz bir böyük qardaşı başqa bir böyük qardaşla dəyişə bilmərik, çünki bizim bir Qarabağ bəlamız var. Biz sizinlə can-ciyərik, iki qardaş millətik, buna kimsə şübhə etməz, amma siz bilirsiniz ki, biz kimlərlə qonşuyuq və 100 illərlə kimin tərkibində olmuşuq. Dedim ki, siz bizim işimizi Avropada aparın, biz də sizin işinizi Moskvada aparaq. O zaman Türkiyənin ən böyük dərdi Avropa bzarına giriş idi. Amma Turqut Özala dedim ki, siz yanlış mövqedəsiniz, neynəsəniz də Sizi Avropaya buraxmayacaqlar, bütün tələblərin yerinə yetirsəniz də sonda deyəcəklər ki, bura baxın, o bayrağınızdakı ay ulduzu xaçla əvəz edin, ondan sonra baxarıq. Dedim ki, sizin gələcəyiniz və xilasınız 21-ci, hətta 22-ci əsrin bazarı olacaq nəhəng Rusiya bazarından asılıdır. O da mənimlə razılaşdı və bu istiqamətdə addımlar atacaqlarını söylədi. Sonralar bəzi türkiyəli adamlarla da təmaslarımız oldu və eşitdim ki, Türkiyədə mənim bu təklifimə çox sıcaq yanaşıblar və bu istiqamətdə genişmiqyaslı iş aparılıb. Nəticədə baxın bu gün Türkiyə Rusiya münasibətlərinə. Çoxmilyardlı mal dövriyyəsi var.
-Qayıdaq Azərbaycan cəbhəçilərinə...

Qorbaçova dedim ki, bizdə milləçilər heç də Gürcüstan və Ermənistandan az deyil

-Mən cəbhəçilərə deyirdim ki, 90-cı ildən sonra artıq Azərbaycanda kommunist partiyası simvolik xarakter daşıyır. Deyirdim ki, siz bizə niyə kommunist gözüylə baxırsınız? Mən sizdən çox istəyirəm müstəqilliyi. Ancaq bunun qansız-qadasız yolları var, sizsə burda dövlətə qarşı ikinci cəbhə açmısınız. İş ondadır ki, xalq hərəkatları konsepsiyasını Baltikyanı respublikaların millətçiləri işləyib hazırlamışdılar. Çünki onlar elə çoxdan çıxmaq isəyirdilər sovetlərdən. Bizimkilər də onlardan götürdülər. Mənsə deyirdim ki, tələsmək lazım deyil və Qorbaçov onsuz da Kommunist Pariyasını dağıdıb məhv edəcək. Bu dalğa bizi də yuyub aparmasın. Mən deyirdim ki, indiki həssas dönəmdə Moskvanı heç nədən qəzəbləndirib ermənilərə tərəf itələmək cinayətdir. Ancaq mən onları başa sala bilmirdim ki, Moskva ilə işləmək elə müstəqilliyimizi daha da asanlaşdıracaq. Bunu Çaykənd əməliyyatı da göstərdi. 91-ci ilin 17 martında Azərbaycan referendumda iştirak elədi və orda da SSRİ-nin gələcəyi məsələsi qoyulmuşdu. Yəni hiyləgər Qorbaçov ös postunu stol üstünə qoydu ki, mənim prezident kimi qalmağımı istəyirsinizsə buyurun. Ermənilər və gürcülərsə bu referendumdan imina elədilər. Burda da Ali Sovetdə hərənin ağzından bir avaz gələndə çıxış elədim ki, ay qardaş-bacılar, onlar xaçpərəstdirlər, onlara bu ərköyünlüklərini bağışlayarlar, amma necə ki, 20 yanvarda qol-qıçımızı əzdilər, bu dəfə də başımızı əzərlər. Bizim 75 faizlik referendum nəticəsinin protokolunu papkama qoyub Moskvaya getdim. Qorbaçov məni qapıda qarşıladı və xeyli təriflədi Azərbaycan xalqını. Oturduq, çay gətirdilər. Dedim Mixail Sergeyeviç, siz bilirsiniz ki, millətçilik azarına tutulmuş gürcü və ermənilər referendum keçirmədilər. Dedim ki, bizdə millətçilər heç də Gürcüstan və Ermənistandan az deyil. Ona görə də əgər sizin tərəfinizdən siyasi iradə göstərilməsə, bu anlama gələcək ki, gürcü və ermənilər sizi SSRİ prezidenti postunda görmürlər. Bu barədə tədbir görülməlidir. Qayıtdı ki, nə demək istəyirsən? Dedim ki, sizin əmriniz var və onu özünüz imzalamısınız ki, Azərbaycandakı qanunsuz silahlı birləşmələrin ləğvi və pasport rejimin yoxlanılması həyata keçirilsin, ancaq bu günədək o əmr icra edilmir. Göstəriş verin icra olunsun. Dərhal götürüb Yanayevə zəng elədi ki, Ayaz Niyaziç düşür yanınıza, onunla məsləhətləşin və sabah plenumdan sonra yanıma gəlin. Yanayevin yanına düşdüm ki, onun kabinetində Yazov, DTK sədri Kryuçkovun müavini Aqeyev və daxili işlər naziri Puqo oturub. Yanayev soruşdu ki, bizdən konkret nə tələb olunur? Yazov başladı ki, bu ermənilər hamını boğaza yığıb, onlardan qurtarmaq lazımdır. Hamısı razılaşdı ki, bunlarla qurtarmaq lazımdır. Səhərisi gün plenumdan sonra Qorbaçovun yanına getdik və ümumi razılığa gəldiyimizi dedik. Qayıtdı ki, indi nəyisə imzalamalıyamsa gətirin. Dedim ki, artıq çoxdan imzalamısınız, əlavə heç nə imzalamaq lazım deyil. Sadəcə hərbçilərə göstəriş verməyiniz kifayətdir. Onlar nə etməli olduğunu gözəl bilirlər. Beləliklə, əməliyyat başladı və gözəl nəticələr verdi. O zaman mən sübut elədim ki, Moskvayla işləmək lazımdır və bu yolla erməniləri təmizləmək olar.
-92-ci ildə isə Moskva ilə işləməyə imkan verilmədi...

Yeltsinin əliylə çox şey edəcəkdim və Xocalı qırğını da olmayacaqdı...

-Bəlkə də bunu kimsə qəbul etməyəcək. Ancaq Qorbaçov vəzifəsində bir müddət də qalsaydı biz generalitetlə də yaxşı əlaqələr qurmuşduq, Qarabağ məsələsini Çaykənd əməliyyatında olduğu kimi qan tökülmədən məhz Moskvanın əliylə həll etməliydik. Hərbi rəhbərlik də bununla bağlı mənə söz vermişdi. Həmin dövrdə ermənilər dəhşətə gəlmişdi. Onlar qəbul edə bilmirdilər ki, bir azərbaycanlı prezident gedib SSRİ rəhbərliyi ilə dil tapıb ermənilərin məsələsini həll edir. Mənə də məxfi yolla məlumat gəldi ki, həmin əməliyyatdan bərk təşvişə düşən erməni lobbisi, alim və ziyalıları oturub plan cızıblar ki, referendum məsələsində səhv yol tutublar və Kremlin etimadını qazanmaq lazımdır. Bundan sonra başladılar özlərinə xas üsullarla Moskvaya xoş gələn addımlar atmağa. O vaxt millətçi Zori Balayan da bir ifadə işlətmişdi ki, bu şahmat partiyasında Mütəllibov Petrosyanı təmiz qələbə ilə məğlub etdi. Ter-Petrosyan da Moskvada bir tədbirdə mənə dedi ki, bunu sənə bağışlamayacam, mən də qayıtdım ki, Ermənistandan 300 min azərbaycanlını qovduğunuzu kimsə sizə bağışlayacaqmı? Sonra avqust hadisələrini
İlhüseyn Hüseynov mənə bir kağız göstərmişdi ki...
törətdilər və QKÇP-dən sonra Qorbaçov vəzifəsini itirdi və ermənipərəst Yeltsin və erməni ətrafı peyda oldu. Burbulis, Staravoytova və başqaları onun başını yedilər və Azərbaycana qarşı köklədilər. Beləliklə ermənilər revanş aldılar. Mənə açıq şəkildə deyirdilər ki, Yeltsin hakimiyyətini qane etmirsən. Amma mən bir sıra gedişlər edərək bu nifrəti yumşaltmağa və qismən də olsa Yeltsini özümə yaxınlaşdırmağa nail oldum. Hətta onun vasitəsilə çox şey edəcəkdim və Xocalı soyqırımı da olmayacaqdı. Yalnız bir məsələdə biz bir ucuz, anlamayaraqdan və ya bilərəkdən səhvə yol verməsəydik. Adlar çəkməyəcəm, həmin vaxtda da Xalq Cəbhəsinin bəzi rəhbərləri də Burbulislə, Staravoytova ilə məsələhətləşirdilər. Hətta onlar Yeltsinin mitinqlərində və Yeltsinə dəstək verənlər də vardı. Bu vaxta qədər bunu heç yerdə deməmişəm, heç dərinə də getmək istəmirəm, yeri deyil. Ancaq əlimdə təkzibedilməz sübutlar vardı o vaxt. MDB yaradıldı və 3 slavyan respublikası onun yaranmasıı elan etdilər. Bizim də məsələmiz 91-ci ildə 21 dekabrda Qazaxıstanda həll olunmalıydı. Yəni MDB-yə digər respublikaların qəbulu nəzərdə tutulurdu. Ayın 20-ə qədər mən dəvətnamə almadım. Nazarbayevə zəng edib etirazımı bildirdim. Açıq dedi ki, sən bu məsələni Yeltsinlə danış, mənlik deyil. O saat anladım ki, ortada bir kələk və erməni barmağı var. Dərhal Ukrayna prezidenti Kravçuka zəng elədim ki, mən indicə Nazarbayevlə danışmışam, məni dəvət etmədi və belə bir cavab verdi. Kravçukdan xahiş elədim ki, burda bir əmma var və sən slavyan üçlüyünün tərkibindəsən, hesab elə ki, mən bunu səninlə razılaşdırmışam, mən də gələcəyəm ora. Razılaşdıq və biz gecəylə Qazaxıstana uçduq və saat 12-də çatdıq ora. Mən onda təkcə Sabir Hacıyevi götürmüşdüm, onda o mənim məsləhətçim idi. Dedim Sabir, get bax gör orda nə məsələdir və nə danışırlar. Qayıtdı ki, MDB-yə yeni üzvlərin siyahısını müzakirə edirlər, ancaq Azərbaycanın adı yoxdur. Dedi ki, sabah saat 9.30-da məsləhət-məşvərət iclası, 10-da isə əsas iclas olacaq. Mən səhər tezdən durub özümü iclasa çatdırdım. Hamı mənə təəccüblə baxırdı, çünki heç kim gözləmirdi. Keçib Kravçukun yanında oturdum. Qulağına dedim ki, indi çıxış edəcəm, sən məni dəstəklə. Məni görən Yeltsin üzünü Belarusun rəhbəri Şuşkeviçə tutdu ki, Azərbaycanın prezidenti burdadır, xahiş edirəm bizim qərarımızı ona çatdırın. Şuşkeviç də qayıtdı ki, Ayaz müəllim, sizdə milli münaqişə var və demək olar ki, vətəndaş müharibəsi gedir, hələ sovet dövründən başlayan bu xoşagəlməz hadisəni biz MDB-yə daşımamaqla bağlı qərara gəlmişik. Biz istəmirik ki, SSRİ tarixinin belə qaranlıq səhifəsini MDB-də tez-tez xatırlasınlar. Təsəvvür edin ki, mən necə əsəbləşdim. Durub dedim Boris Nikolayeviç, Şüşkeviç deyənlərlə siz də razısınız? Qayıtdı ki, onun dedikləri həqiqətdir və əlavə ediləsi sözüm yoxdur. Dedim siz anti-Azərbaycan hərbi ittifaq qurmağı planlaşdırmısınız demək? Mən bunu sizə xəbərdar etməyi özümə borc bilirəm ki, bu iclasdan çıxan kimi bütün dünyanın gözü qarşısında mətbuat konfransı keçirərək burda nə baş verdiyini deyəcəm. Siz hansı haqla sovet dönəmindən baş qaldırmış bir hadisəyə görə bizi ittiham edirsiniz? Burda oturanlardan Şuşkeviç istisna olmaqla hamınız o vaxt SSRi Sov İKP-da yüksək post tuturdunuz və Azərbaycanda baş verənlərə görə də bilavasitə cavabdeh idiniz. İndi hansı məntiqlə durub deyirsiniz ki, bu bizim problemdir? Əksinə, bu elə sizin problemdir. İnasani baxımdan da bir suala cavab istəyirəm, Azərbaycan sizə nə pislik edib? O bütün təbii sərvətlərini səxavətlə SSRİ xalqalarına bölüb. Təkcə Azərbaycan neftinə görə SSRİ müharibəni udub. Amma indi onu kənara itələyirsiniz? Guya bilmirsi iz ki, Azərbaycanın ərazisində müharibəni elə yanınızda oturan Ter-Petrosyan aparır? İndi belə çıxır ki, o MDB-nin tərkibində olmalıdır, biz yox? Kravçuk dözməyib qalxdı ki, Boris Nikolayeviç, axı o doğru deyir. Belə olmaz axı. Yeltsin söz tapmadı və Şuşkeviçə sarı dönüb dedi ki, Azərbaycanın da adın yaz. Rahat nəfəs aldım. Bilirdim ki, burda nə oyun gedir və əsas məqəsəd də nədir, Azərbaycanı da hansı faciələr gözləyə bilər. 10-a 5 dəqiqə qalmış iclasdan çıxdıq. İclas başa çatdı və biz böyük zala çıxdıq, burda saysız hesabsız jurnalistlər gözləyirdi. Görürəm Yeltsin deyir ki, bura baxın, mənə kimsə desin görüm Ayaz Mütəllibovu bura kim dəvət etmişdi? Kravçuk şəstlə qayıtdı ki, mən çağırmışam, mənimlə razılaşdırıb bu gəlişi. İndi sizdən soruşuram, bu basabasda o sualı Yeltsinin qulağına kim pıçıldamışdı? Bəli, mənə çatdırdılar ki, dövlət katibi Burbulis çox pərt olduğundan deyib bunu. Mən bilirdim ki, Moskvada Yeltsinin ətrafı Azərbaycanı təkləmək üçün nə oyunlardan çıxırlar. O ərəfədə Milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov mənə bir kağız göstərmişdi ki, Moskvada bəzi dairəılərdə məxfi xısınlaşma gedir ki, əvvəl Azərbaycanı təkləmək və sonradan regionlara parçalayaraq qonşu dövlətlər arasında bölmək planı var. Şimalı Ruisyaya, Qərbi Ermənistana birləşdirmək niyyəti güdülür. Hətta İran da bu plana qoşulmuşdu.
Azərbaycanı bir tort kimi öz aralarında bölmək istəyirdilər...
-Bəli, bəli. Ona görə də qorxduğum bu idi ki, bizi təkləyib kənarda saxlayacaqlar. Amma bizim cəbhəçi bəylər məni o vaxt topa tuturdular ki, ay aman, qoymayın, Ayaz Mütəllibov gedib müstəqilliyi satdı, nə bilim nə. Bu zavallılar unudurdu ki, onlar Azərbaycanın müstəqilliyini mən qədər istəyə bilməzlər. O zaman mənim içim yanırdı. Axı onlar prosesin içində deyildilər və Azərbaycanı hansı dəhşətli fəlakət gözlədiyini görmürdülər. Bunları ancaq bir şey maraqlandırırıdı, ancaq mənim istefam. MDB-nin Minskdə dekabrın sonlarında olan üçüncü iclasında mən rəsmi məsələ qaldırdım ki, SSRİ Müdafiə Nazirliyinin tərkibində olan və indi də Rusiyanın nəzarətindəki 4-cü ordunun və Xəzər Hərbi Donanmasının əmlakının müəyyən qismini bizə verməlisiniz. Nazirlər Kabinetinin birinci müavini Boris Qromova və hərbi donanmanın komandanı Çernyavinə tapşırıq verildi. Onların ikisi də 92-ci ilin fevralın əvvəlində Bakıya gəldilər. Mən bu qədər məni haqsız yerə ittiham etmələrinə baxmayaraq cəbhənin liderlərindən də dəvət elədim. Konkret kimlərin olduğunu unutmuşam, ancaq Rəhim Qazıyev ordaydı. Oturub bir komissiya tərtib elədik və inventarizasiyaya başladıq. Mənə bu işləri sona çatdırmağa cəbhəçilər öz avantürist qərarlarıyla imkan vermədilər. Ancaq məhz həmin silahlarla 92-ci ilin yay aylarında Rəhim Qazıyevin rəhbərliyi altında Qarabağda uğurlu əməliyyat keçirildi. Hansı ki, onu dişimzlə-dırnağımızla biz almaq üçün çalışıb Ruisiya generalitetini razı sala bilmişdik.
-O vaxt belə bir fikir də vardı ki, istefdan sonra cəbhəçilərin Sizi məsuliyyətə cəlb emək niyyəti də olub...
Onlardan nə gözləmək olmazdı ki? Mətbuatda əleyhmiə deyilməyən, yazılmayan söz qalmadı. Hətta həyat yoldaşım dedi ki, mən anlaya bilmirəm, bu nə söz-söhbətdir? Belə də ədalətsizlik olarmı? Axı istefa verəndə söz verilmişdi ki, səni qondarma itihamlarla ittiham etməyi dayandıracaqlar. Deyim ki, istefadan sonra da mənə çoxsaylı müraciətlər olmuşdu ki, bu addımı atmamalıydınız, axı sizi xalq seçmişdi, niyə təzyiqlərə boyun əyib istefa verdiniz? Hətta bir çox deputatlar da mənə müraciət edirdilər ki, siz hakimiyyətə qayıtmalısınız, bu ədalətsizlikdir. Mən də Azərbaycanın bir çox rayonuna gedib yerlərdə də ab-havanı öyrəndim və gördüm ki, camaatın mənə münasibəti dəyişməyib, əksinə, AXC –nin oyunlarına və hakimiyyət uğrunda hər şeyi qurban vermək ehtiraslarına nifrət gördüm. Mən sizə bir mühüm məqamı da deyim. Məhz mən istefa verəndən sonra Xocalı qətliamını araşdırmaq və günahkarları müəyyənləşdirmək üçün komissiyaya yaradıldı. Mayın 14-də Ali Sovetin iclasında da komissiyanın sədri Ramiz Fətəliyev və komissiyanın katibi Əli Ömərov çıxış edib dedilər ki,bu faciədə prezidentin şəxsi günahı aşkarlanmadı. Deputatlar da yekdilliklə dedilər bir halda ki, prezidentin heç bir günahı yoxdur, o zaman onun səlahiyyətlərinin icrasına başlaması üçün məsələni səsə qoyaq. Bu zaman AXC üzvləri salonu tərk etdilər. Ancaq çoxluq yenidən prezidentliyə qayıtmağıma səs verdilər. Baxmayaraq ki, Xocalıda baş verənlərə görə vicdanım təmiz idi və heç bir səhv etmədiyimə əmin idim, eyni zamanda özümü bağışlaya bilmirdim ki, daha nələrsə etməliydim ki, bu faciə baş verməsin. Ona görə də həmin dövrdə mənim üçün çox ağır idi, heç nə ilə təskinlik tapa bilmirdim. Elə hey özümü qınayırdım ki, gərək cəbhəçilərə güzəşətə gedib Yeltsini üstümüzə qəzəbləndirməyəydim.Onu da deyim ki, Cəbhəçilər təkcə mənə deyil, bütün şəhidlərə və Azərbaycanın özünə pislik etdilər. Onlar elə haray-həşir saldılar ki, sanki Xocalıdakı qırğını ermənilər deyil, Ayaz Mütəllibov gedib törədib. Erməni lobbisi də bundan məharətlə isifadə elədi. Hərdən deyirəm ki, 2001-ci ilin 11 sentyabr hadisələrində heç Corc Buşa bu qədər irad tutan olmadı. Orda da müxalifət vardı da. Heç kim demədi ki, baş verən terrora görə prezident məsuliyyət daşıyır. Hamı başa düşürdü ki, bu bir faciədir. O qədər hakimiyyətə həvəslənmişdilər ki, gözləri heç nə görmürdü. Amma olan həm də elə onlara oldu. Üstündən illər keçdikdən sonra gəlin təhlil edək görək Xalq Cəbhəsi mənə qarşı etdiyi hərəkətlərə görə nə qazandı? Əksinə, millət içində rüsvay oldular, bir il sürməyən hakimiyyətlərini 22 ildir ittiham edirlər.
-Bir suala bu günədək cavab tapılmır ki, bir halda AXC nin təzyiqi ilə məhz qan tökülməsi və rayonlarımızın işğal olunmasını istəmədiyinizə görə istefa versəniz də üstündən 3 ay keçdikdən sonra şərtlər dəyişmədiyi halda yenidən hakimiyyətə qyıtmaq qərarına gəldiniz, özü də hazırlıqsız-filansız. Doğrudanmı siz 15 may hadisələrinin baş verməmisi üçün önləyici tədbirlər almadan Ali Sovetdən mandat almaq üçün həmin binaya gəldiniz?
-Mən istəmirdim qan tökülə. Eyni zamanda da istefamın ədalətsizlik olduğuna şübhəm yox idi. Amma heç bir silahlı hazırlıq görmək və Cəbhəçilərlə atışmaq kimi fikirlər də ağlıma gəlmirdi. Amma cəbhəçilər hər şeyə hazır idi. Bunu hətta İsa Qəmbərlə Arif Hacılı martın 6-da mənə dedi ki, artıq cəbhəçilərə də nəzarət edə bilmirik, getməsəniz bunun axırı ölkə üçün çox pis ola bilər. Dedim ki, bura baxın, məni şantaj etməyin. Elə ordaca onları qınadım ki, axı siz hakimiyyətə elə susamısızın ki, həqiqəti görmürsünüz. Demirsiniz ki, prezidentin səlahiyyətlərinin bir qismini baş nazirə verək. Buyurun sənəd hazırlayın, qısa zamanda bunu həyata keçirək, daha niyə imkan vermirsiniz işləyək.
(Bundan sonra söhbət yenə uzanır və Yeltsini qəzəbləndirən və Xocalı sıyqırımına səbəb olan kollektiv təlükəsizlik sisteminə qoşulmaq üçün Kremlin gözlədiyi həmin o müqaviləyə imza atmağa imkan verməyən cəbhəçilərdə dayanır)
-Həmin sənəddə dəhşətli bir şey də yox idi. Qeyd olunurdu ki, bu qurumu müttəfiq respublikalar yaradır və bu qurumun əsasını MDB üzvlərinin hərbi nazirləri müşavirə şəklində daxil olurlar.Bu şərtlər də o vaxt Rusiyanı tam təmin edirdi. Mən də Milli Məclisə müraciət edim ki, mənə icazə verin o sənədə qol çəkim. Amma vermədilər. Hətta iki dəfə müraciət elədim, xeyri olmadı. İkinci dəfə parlamentdə bu məsələni müzakirə edəndə Yeltsin Moskvadan zəng edib dedi ki, mən bilirəm siz indi parlamentdəsiniz, deputatlarınıza de ki, Yeltsin xahiş edir, onlar bu müqaviləyə qol çəkilməsinə icazə versinlər. Əvəzində mən Xankəndindəki 366-cı alayın “rasformirovat”olunmasına qəti göstəriş verim. Mən onunla danışıb zala qayıdıb deputatlara dedim ki, filankəs zəng vurmuşdu və filan məsələnin həllini isəyir. Amma mənə icazə vermədilər deputatlar. Mənsə qanunlara hörmət edən adam idim və o sənədə qol çəkə bilməzdim. Həm də məni mütəmadi olaraq tənqid edirdilər ki, nizami ordu yaratmıram. Axı bunları yaxşı taıyırdım. Bilirdim ki, o sənədə qol çəksəm məni vətən xaini elan edəcəkdilər. Mən Yeltsinin bu xahişinin yerə salınmasının acı nəticələri olacağını gözləyirdim, ancaq heç nə edə bilmədim. Biz “qlavkomat”dan imtina edən kimi ermənilər öz ərazilərində güclü rus hərbi bazası yaratdılar. Amma biz rus generalitetini özümüzdən küsdürdük, onların dəstəyindən özümüzü məhrum elədik, bu isə böyük bir səhv idi. Biz bu sənədi fevralın 14-də imzalamalıydıq, imina etdikdən 3 gün sonra ermənilər bütün cəbhə boyu başladılar hücuma.
-O vaxt Xocalının icra başçısı Elman Məmmədovun harayı səslənən kadrlar vardı ki, yollar bağlansa da biz dəfələrlə Bakıdan vertolyot istədik, ancaq səsimizə səs verən olmadı, ona görə də əlsiz-ayaqsızları çıxara bilmədik...
-Bizim vertolyotumuz demək olar ki, az idi və bir neçəsini də vurmuşdular deyə pilotlar uçmaqdan imtina edirdilər. Mən rəhmətlik Çingizə o vertolyotu xahiş edib general Padikeviçdən alaraq Gürcüstandan gətirtdirdim, ona dedim ki, bəs Xocalıda belə bir qırğın olub, xaricdən də çoxlu jurnalistlər gəlib o meyitləri çəkməyə. Xahiş edirəm kömək elə. O da vertolyotu göndərdi Çingizgil də gedib o dəhşətli mənzərəni çəkdi. Çingiz özü mənə zəng elədi ki, Ayaz müəllim, biz Ağdamdayıq və ora gedə bilmirik, dedim sən telefonda gözlə, bu dəqiqə danışaram. Dərhal götürüb Zaqafqaziya dairəsi komandanıyla danışıb vertolyotu aldım, həmin vertolyot da Tiflisdən uçub gəldi Ağdama, Çingizgil də getdi və özüylə də müxbirlər apardı.
-Həmin vaxt Ağdamda siz qərargah da yaratmışdınız deyəsən...
-Biz Ağdamda Nazirlər Kabinetinin nümayəndəliyin açmışdıq. Həsən Həsənovun kənd təsərrüfatı üzrə müavini Musa Məmmədovu da ora göndərmişdik.Bundan əlavə Tahir Əliyevin rəhbərliyi ilə biz orda bir koordinasiya qərargahı yaratdıq ki, silahlı qüvələrin bir-biriylə əlaqəsini təşkil esin. Çünki onda özününmüdafiə batalyonları bir-biriylə nəinki əlaqə qurmurdular, heç yola getmirdilər çox vaxt.
-Tahir Əliyev bir müdddət öncə bizə açıqlamasında demişdi ki, heç orda oturub “bismillah” etməyə macal tapmamış o hadisələr baş verdi...
-Yox, artıq “ştab” fəaliyyətə başlamışdı, ancaq Tahir Əliyev sonradan harasa getmişdi, neynəmişdi, mən bilmirəm. Sadəcə orda bəzi nalayiq işlər də olmuşdu.
-Siz bu qətliamdan sonra Moskvaya və ya İrəvana zəng vurub öz etirazını bildirdinizmi bu nə vəhşilikdi?
-Onlara zəng vurmağın heç mənası da yox idi. Yeltsin həmin vaxt bizə qarşı hədsiz qəzəbli idi. Biz Ali Sovetin qərarıyla bir yanlışlığa yol vermişdik. Bundan qabaq da 1991-ci ilin oktaybr-noyabr aylarında Xalq Cəbhəsinin təkidli tələbiylə Milli Məclis belə bir qərar qəbul elədi ki, xarici silahlı birləşmələr Azərbaycanın ərazisindən çıxmalıdır. Ali Sovetin qərarıyla Qarabağda ermənilərlə azərbaycanlıların təmas xəttində yaxşı-pis xidmət keçən Rusiya daxili qoşunlarının əsgərləri yığışıb getdilər, nəticədə bizim kəndlərimiz və əliyalın camaatımız təpədən dırnağadək silahlanmış ermənilərlə üz-üzə qaldı.
-O zaman Ali Sovetə təsir etmək imkanınız yox idimi?
-Həmin vaxt parlament cəbhəçilərin iradəsiylə davranırdı.
-Qarabağsa yaddan çıxmışdı...
-Ağdamda Musa Məmmədovdan və Tahir Əliyevdən başqa hərbi nazirin müavinləri Dadaş Rzayev və Şahin Musayev də oturmuşdular qərargahda, silahlı birləşmələrin əməliyyatlarını koordinə etmək üçün. Bundan əlavə mən Tamerlan Qarayevi də göndərdim ora ki, sən də ağdamlısan, get orda camaatın içinə, silahlı dəstələrlə də danışın, batalyonlar arasında birlik yaradın. Deyim ki, bunlara kifayət qədər səlahiyyət də verilmişdi.
-Yaqub Məmmədovun spiker qoltuğunda oturması Sizin ideyanız idi?
-Mənə məsələhət elədilər, mən də qəbul etdim. Rəhmətlik Midhət Abbasovla Hacıyev xahiş etmişdilər, mən də onları dinlədim və razılaşdım.
-Martın 6-da Sizin istefanıza min cür don geyindirənlər də oldu. Hətta dedilər ki, hansısa dərmanın təsiri altında istefaya məcbur ediblər...
-Boş söhbətdir. Prezidentə kim nə iləsə təsir edə bilərdi?
-O zaman istefa qərarınızı əsaslandırmağı xahiş edirəm. Özünüzü günahkar bilib getdiniz, yoxsa təzyiqlər qarrşısında istefaya məcbur edildiniz?
-Mənim günahım nə ola bilərdi ki? Əlimdən gələni edirdim, bunu cəbhəşilər də bilirdi. Məsələ başqadır. Ayın 6-da mən oturub xeyli düşündüm ki, nə etməliyəm? Görürdüm ki, gözü qızmış və hakimiyyətə yiyələnmək üçün hər cür təxribata, zorakılğıa getməyə hazır olan Cəbhəçilər sakit dayanan deyillər və Xocalıdan sonra bu hadisələr digər rayonlarımızın da getməsinə səbəb ola bilər. Ona görə də cəbhəçilərin siyasi ehtirasını, avantürasını səngitmək, siyasi gərgiliyi yumşaltmaq üçün çətin olan bu qərarı verdim.
-Getməyinizin səbəbini başa düşdük, ancaq iki aydan sonra hansı dəstəyi aldınız ki, yenidən prezident kürsüsünə iddia etdiniz?
-Mən prosesləri diqqətlə izləyidim və görürdüm ki, cəbhəçilər dinc durana oxşamır və ölkəni cəhənnəmə döndərəcəklər. Ona görə də xalqın təkidli tələbi və dəstəyi ilə yenidən prezidentliyə qayıtmaq istəyirdim. Bilirsiniz, Xocalı qırğınından sonra millətdə mənə qarşı nəsə mənfi rəy vardısa da bir-bir rayonlara gedib insanlarla görüşürdüm və əlimi “Quran”a basırdım ki, bu hadisələrdə mənim heç bir günahım yoxdur.
-Əgər Cəbhəçilər mayın 14-də Sizi devirməsəydilər Şuşanı almaqla bağlı Rusiya ilə razılaşmanızın olduğunu demişdiniz.
-Bəli, razılaşma beləydi ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Sisteminə daxil olmalıydı. Mən də buna razılıq vermişdim. Ancaq Rəhim Qazıyev öz xatirələrində də yazdığı kimi mən mayın 14-də ona dedim ki, sən get Daşkəndə, MDB-nin iclasına, mən dəqiq bilmirəm gələ biləcəm, ya yox. O da telefonda mənə cavab verdi ki, bir şərtlə gedərəm ki, mən Azərbaycanın həmin sistemə daxil olmasına razı deyiləm. Dedim ki, Rəhim, bu, telefon söhbəti deyil. Buna da kimsə deyib ki, Ayaz Mütəllibov səni işdən çıxarmaq isəyir. Ayaz istəsəydi elə səni işdən çıxarardı da. Daha niyə inandığı bir adam kimi Daşkəndə göndərirdi?O da gedib Qraçovun vasitəsilə Yeltsinlə görüşmüşdü...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru